Məhkəmə qərarları › İş №3(004)-5025/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5025/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5025/2025 06.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, şikayət verən şəxs X2, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27926735 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27926735 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X4, **-BR-*** dövlət nömrə nişanlı X8 markalı avtomobili etibarnamə əsasında idarə edərkən, sürücü olaraq barəsində xüsusi texniki vasitənin müşayəti əsasında xx.xx.2025-ci il tarixində saat 18:57-də Zivərbəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində yol hərəkəti qaydasının pozulmasına dair inzibati xətanın tətbiq edilməsi ilə bağlı müvafiq EQ 27926735 nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci iltarixdə AR İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 AZN məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır.Qərarın əsassız olduğunu və iş üzrə hər hansı məsuliyyət daşımadığını bildirərək Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-3659/2025 nömrəli qərarı ilə şikayəti təmin edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -1 -ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli protokol əsasında qəbul edilmiş 14 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılması qərara alınmışdır. DİN Baş Dövlət Yol Polis İdarəsi xx.xx.2025-ci iltarixli, EQ 27926735 nömrəli protokol əsasında qəbul edilmiş 14 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı tamamilə ləğv edərək işə yenidən baxmalı olduğu halda xx.xx.2025-ci il tarixində inzibati tənbeh növündə 100 manat məbləğində cərimənin mövcudluğu barədə yeni qərar qəbul etmişdir. Bu hal işin yenidən araşdırılması haqqında məhkəmənin qərarının icrasına dair qeyri-müəyyənlik yaradır. xx.xx.2025-ci il tarixli, EQ27926735 saylı inzibati protokol və onun əsasında çıxarılmış xx.xx.2025-ci iltarixli inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən X4 şikayətlə eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN Baş DYPİ-nin nümayəndəsi Nümayəndə bildirdi ki, əvvəla N.Sərdarovanın şikayətində qeyd olunan hallar qərarın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, qeyd olunan yerdə avtobus zolağı nişanı var, sürücünün vəzifəsidir ki, diqqətli olsun, onun nişanı görməməsi qanunla məsuliyyətdən azad olunması üçün əsas deyil. Ona görə də xahiş edir ki, şikayət təmin edilməsin. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən iş materiallarına əlavə edilmiş fotolara baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27926735 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixində saat 18:57-də Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində özünə məxsus “Toyota Corolla minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan videoya məhkəmə iclasında baxılarkən X3 törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X4 xx.xx.2025-ci il tarixində saat 18:57-də Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində özünə məxsus “Toyota Corolla minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağının tələblərini pozmaqla hərəkətini həmin zolaqda davam etdirmişdir. Ona görə də onun barəsində həmin tarixdə EQ 27926735 saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. X1 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qərardan şikayət vermişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun yerdə olan xətlənmənin qırıq-qırıq xətt olması ilə əlaqələndirmişdir, lakin təqdim edilə törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-in 327.1-1-ci maddəsinə əsasən Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə- yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən Şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməsini ümumi istifadədə olan zolağın qırıq-qırıq xətlə işarələnməsi ilə əlaqələndirsə də, həmin hal, yəni sürücünün avtomobil idarə edərkən diqqətsiz olması qərarın ləğv edilməsi üçün əsas ola bilməz. əksinə yol nişanlarına münasibətdə diqqətli olmaq sürücünün vəzifəsidir. Sürücü etiraf etməsə də orada 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı mövcuddur. Həm də məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində elektron qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27926735 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar