Məhkəmə qərarları › İş №3(004)-5028/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5028/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5028/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X22 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, “X30” MMC-nin direktoru vəzifəsində işləyir. Müəssisə əsasən kənd təsərrüfatı məhsullarının becərilməsi fəaliyyəti ilə məşğul olur. Məlum olduğu kimi bu sahədə fəaliyyət mövsümi xarakter daşıdığından müəssisə əməkdaşlarla onların qarşılıqlı razılığı ilə müddətli əmək müqavilələri bağlamaqla onları işə cəlb edir. Belə əməkdaşlardan biri də müəssisədə Birqadir vəzifəsində işləyən X13 olmuşdur ki, onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bundan sonra Nigar Qurbanovanın şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinin pozulduğu müəyyən edilmişdir. Bununla bağlı vəzifəli şəxs olaraq barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlar barədə X17 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-H-42397/2025 nömrəli məktubu ilə ona məlumat verilərək, X7 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 1073 nömrəli əmrin ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması və 30 gün müddətində həmin idarəyə məlumat verilməsi xahiş edilmişdir. X17 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli qeyd edilən məktubu xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə yaşadığı ünvanda ona təqdim edilmişdir. Bundan sonra “X30” MMC-nin xx.xx.2025-ci il tarixli 1879/1 nömrəli əmrinə əsasən X7 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 1073 nömrəli əmr ləğv edilərək işçinin əvvəlki vəzifəsinə bərpa olunması qərara alınmış, bu barədə işçi Nigar Qurbanovaya məlumat verilərək ona əvvəlki vəzifəsində işə başlaması təklif olunmuşdur. Lakin sonuncu müəssisədə işə bərpa olunmaqdan imtina etmişdir. Qeyd olunanlar barədə xx.xx.2025-ci il tarixli 11/13 nömrəli məktubla X17 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilmişdir. Qeyd olunanlarla yanaşı Nigar Qurbanovanın müəssisəyə qarşı əmək haqqının və son haqq hesabın ödənilməsi tələbi ilə bağlı Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında baş tutmuş mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişdə də 1-ci tərəf olaraq N.Qurbanova müəssisədə işə bərpa olunmaqdan imtina etdiyini təsdiq etmiş, həmin sazişə əsasən ona xx.xx.2025-ci il tarixədək əmək haqqı və son haqq hesab hesablanaraq ödənilmiş, həmçinin sonuncu əmək münasibətlərinə xitam verilməsi barədə yenidən ərizə ilə müəssisəyə müraciət etmişdr. Qeyd edilənlər barədə X17 Xidməti Bakı şəhər İdarəsinə əlavə məlumat verilərkən isə onlara bildirildi ki, barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar və onun əsasında tətbiq edilmiş inzibati cərimə qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi tərəfindən X17 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının icrası ilə bağlı xx.xx.2025-ci il tarixli 3-17-5/2-H-42397/2025 nömrəli məktubu xx.xx.2025-ci il tarixdə alınmış və həmin məktubda göstərilmiş 30 günlük müddət keçmədən, yəni məktubun alınmasından sonra 10 gündən gec olmayaraq inzibati orqanın tələbi icra olunmuş, N.Qəhrəmanovanın əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025- ci il tarixli əmr xx.xx.2025-ci il tarixli əmrlə ləğv edilmişdir Lakin işçi xx.xx.2025-ci il tarixdə müəssisəyə gələrək işə bərpa olunmaq istəmədiyini, yəni işə çıxmaqdan imtina etdiyini bildirmişdir. Bu barədə xx.xx.2025-ci il tarixli məktubla X17 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilmiş, inzibati hüquqpozmanının tam olaraq aradan qaldırılması onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığı bildirilmişdir. Lakin təəssüflə bildiririk ki, qeytd olunan inzibati orqan həmin məktubdakı məlumatların doğruluğunu yoxlamalı olduğu halda bu barədə hər hansı yoxlama aparmadan 1700 manat inzibati cərimə məbləğinin ödəniləsi öhdəliyini üzərinə qoymuşdur. Ona görə də xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın və həmin qərara əsasən tətbiq olunmuş 1700 (bir min yeddi yüz) manat cərimə məbləğinin ləğv edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi və vəkili Vəkil şikayətlə eyni məzmunlu izahat verməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 may 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X18 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, qeyd etdi ki, qərar qanunidir, çirkətə pozuntunun aradan qaldırılmas ilə bağlı 1 ay vaxt verilsə də qeyd olunan pozuntu 1 aydan gec aradan qaldırılmışdır, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən vətəndaş X6 xx.xx.2024cü il tarixli 03 ay müddətinə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13.1-ci bəndinin tələbləri pozularaq müddət bitmədən xx.xx.2025-ci il tarixdə bu Məcəllənin 68.2 bəndinə əsasən xitam verilmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinməklə onun barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan 05 iyun 2025-ci il tarixli “X31” MMC-dən X9 ünvanlanmış məktubdan görünür ki, X17 Xidmətinin qərarına əsasən “X32” MMC-nin 1073 nömrəli əmri ləğv olunur. Müəssisəyə gəlməyi və eyni əmək müqavilə şərtləri ilə işə başlaması xahiş olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin “X31 MMC-yə ünvanlanmış məktubdan görünür ki, X7 X30 MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X17 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar "Əmək və məşğulluq' altsisteminə baxış keçirilərkən X33 MMC ilə X13 arasında 17.08 2024-cü il tarixli 3 (üç) ay müddətinə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq müddət bitmədən xx.xx.2025-cı ıl tarixdə bu Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Bu səbəbdən də barənizdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 07 05.2025-cı ıl tarixli. MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq X6 əmək müqaviləsinə xitam verilməsi barədə 20.02 2025-cı il tarixli 1073 nömrəli əmrin ləğv edərək törədilmiş inzibatı xəta pozuntusunun aradan qaldıraraq X17 Xidmətinin Bakı şəhər İdarəsinə 30 (otuz) gün ərzində məlumat verilməsi xahiş olunmuşdur. 03 iyun 2025-ci il tarixli X30”MMC-nin Direktor müavini Mirzəyev Vüqar , Baş Aqronom Qurban Qurbanov, İnsan resursları üzrə menecer Rima Cavadova tərəfindən tərtib edilmiş aktdan görünür ki, X7 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025ci il tarixli 073 nömrəli əmri ləğv etdiyini və xx.xx.2025- ci il tarixindən işə çıxmasını bildirdi. Buna baxmayaraq X21yıtmayacağını, işləmək istəmədiyini bildirmişdir. İş materiallarında olan ərizədən görünür ki, X17nin qərarı əsasında o, xx.xx.2025-ci il tarixdə işə bərpa olunması barədə bildirişi alsa da müəsssiəylə əmək münasibətlərini davam etdirmək niyyətində deyil. Mediasiya sazişi əsasında hesablanmış 2715 manat vəsaitin ona ödənilməklə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş edir. “X30” MMC-nin X12 ünvanlanan 05 iyun 2025-ci il tarixli məktubundan görünür ki, cəmiyyətin xx.xx.2025-ci il tarixli 1073 nömrəli əmrinə əsasən X10 əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli 1073 nömrəli əmr ləğv olunaraq işçi əvvəlki vəzifəsinə bərpa olunması qərara alınmış və bu barədə sonuncuya məlumat verilmişdir. X5 xx.xx.2025-ci il tarixdə müəssisəyə gələrək məcburi iş buraxmaya görə hesablanmış məbləğdən təxminən 2 dəfə artıq pul vəsaiti tələb etmiş, əvvəlki vəzifəsinə işə çıxmaqdan imtina etmiş və bununla əlaqədar hər hansı sənədə imza etməyəcəyini bildirmişdir. Ona görə də bildirir ki, yol verilmiş inzibati xətanın üzürlü səbəblərdən tam olaraq aradan qaldıra bilmirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, xx.xx.2024-cü il tarixli X14 ilə “X30”MMC arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bundan sonra Nigar Qurbanovanın şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinin pozulduğu müəyyən edilmiş və vəzifəli şəxs olaraq barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlar barədə X17 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-H-42397/2025 nömrəli məktubu ilə ona məlumat verilərək, X7 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 1073 nömrəli əmrin ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması və 30 gün müddətində həmin idarəyə məlumat verilməsi xahiş edilmişdir. Bundan sonra “X30” MMC-nin xx.xx.2025-ci il tarixli 1879/1 nömrəli əmrinə əsasən X7 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 1073 nömrəli əmr ləğv edilərək işçinin əvvəlki vəzifəsinə bərpa olunması qərara alınmış, bu barədə işçi Nigar Qurbanovaya məlumat verilərək ona əvvəlki vəzifəsində işə başlaması təklif olunmuşdur. Lakin sonuncu müəssisədə işə bərpa olunmaqdan imtina etmişdir. Qeyd olunanlar barədə xx.xx.2025-ci il tarixli 11/13 nömrəli məktubla X17 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilmişdir. Daha sonra Nigar Qurbanovanın müəssisəyə qarşı əmək haqqının və son haqq hesabın ödənilməsi tələbi ilə bağlı Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında baş tutmuş mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişdə də 1-ci tərəf olaraq N.Qurbanova müəssisədə işə bərpa olunmaqdan imtina etdiyini təsdiq etmiş, həmin sazişə əsasən ona xx.xx.2025-ci il tarixədək əmək haqqı və son haqq hesab hesablanaraq ödənilmiş, həmçinin sonuncu əmək münasibətlərinə xitam verilməsi barədə yenidən ərizə ilə müəssisəyə müraciət etmişdr. Qeyd edilənlər barədə X17 Xidməti Bakı şəhər İdarəsinə əlavə məlumat verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X11 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 07 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar