Məhkəmə qərarları › İş №3(004)-5043/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5043/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5043/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X10 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 05 fevral 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 05 fevral 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 1999-cu ildə təsis edilmiş və 2004-cü ildən etibarən lisenziyalaşdırılmış ekspress poçt və kuryer xidmətləri göstərən hüquqi şəxsdir. Cəmiyyət hər zaman öz fəaliyyətində sosial yönümlülüyü əsas götürmüşdür və işçilərinin arasında müharibə veteranları, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud şəxslərin sayı çoxdur. Lakin son olaraq mənə qarşı X16 Xidmətinin tətbiq etdiyi əsassız cərimə bir işəgötürən olaraq sosial yönümlü fəaliyyətində motivasiyasına mənfi təsir etmişdir. Belə ki, onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra "Əmək Müfəttişliyi") inzibati tənbeh vermə haqqında ******* nömrəli, 05 sentyabr 2024-cü il tarixli Qərarı ilə inzibati tənbeh verilməsi nəzərdə tutulmuşdur. Ona həmin Qərar 12 sentyabr 2024-cü il tarixində rəsmi qaydada çatdırılmışdır. Həmin Qərar 14 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli Protokola baxılaraq qəbul edilmişdir. X6 əsaslandırmışdır ki, vətəndaş İsmayılov İsmayıl 04 aprel 2024-cü il tarixindən 21 aprel 2024-cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (kuryer) yerinə yetirilməsinə cəlb edilmiş, əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixində xitam verilməsinə baxmayaraq son haqq-hesab gecikdirilərək 18 iyul 2024-cü il tarxində ödənilmişdir. Beləliklə, Əmək Müfəttişliyi bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 34, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara almışdır ki, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərar əsassızdır və onun qəbul edilməsi zamanı bir sıra hüquq pozuntularına yol verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş işçisi İsmayılov İsmayıl ilə bağlanmış əmək müqaviləsinin tarixinin elektron sistemdə gec işlənməsi problemi onlar tərəfindən qaynaqlanmayıb. Həqiqətən də, İşçi ilə bağlanmış əmək müqaviləsinin tarixi 04 aprel 2024-cü ildir. Həmin müqavilənin elektron sistemdə qeydiyyat tarixi isə 21 aprel 2024-cü ildir. Lakin, əvvəla bu problem onlardan qaynaqlanmır, ikincisi isə bu tarixlərin fərqli olması faktiki olaraq heç bir formada işçinin əmək hüquqlarının pozulmasına gətirib çıxarmamışdır. Əmək və Məşğulluq altsisteminin özü imkan verir ki, əmək müqaviləsinin bağlandığı tarix barədə məlumat sonrakı tarixdə altsistemə işlənsin. Bu artıq sistemin özünün bir xüsusiyyətidir. Belə olmasının da əsas səbəbi odur ki, bəzən fiziki olaraq həmin sistemdən istifadə mümkünsüz olur: hədsiz yükləmələr yaranır, başqa digər sistemin özündən qaynaqlanan texniki nasazlıqlar olur və s. Belə olan halda sistemin özü imkan verir ki, cari tarixdə deyil, başqa bir tarixdə lazımi məlumatlar daxil edilsin. Lakin buna baxmayaraq bizim özümüz təqsirli olaraq əmək müqaviləsi barədə məlumatları başqa tarixdə daxil etməmişlər. Belə ki, onlar İsmayılov İsmayıl ilə bağladıqları əmək müqaviləsini 04 aprel 2024-cü il tarixində elektron sistemə daxil etmişlər. Lakin elektron sistemin özündən qaynaqlanan və onlara məlum olmayan səbəblərə görə bu tarix 21 aprel 2024-cü il tarixinədək uzanmışdır. Bununla belə bu hal Vətəndaşın əmək hüquqlarının pozulması ilə nəticələnməmiş, onun əməkhaqqı əmək müqaviləsi üzrə qeyd edilmiş tarixə uyğun olaraq hesablanaraq tam həcmdə ödənilmişdir. İsmayılov İsmayılın əmək müqaviləsinin tarixi ilə elektron sistemdəki tarixin fərqli olması və ya son haqq-hesabın gecikdirilməsinə dair hər hansı bir şikayət, yaxud müraciəti olmayıb. O, iş yerində işlədiyi dövr ərzində əmək haqqının düzgün hesablanıb ödənilmədiyi barədə Əmək Müfəttişliyinə müraciət etmişdir. Bu hal sübuta yetirilməmişdir. Daha sonra isə Əmək Müfəttişliyi vətəndaşın 01 iyul 2024-cü il tarixli 5T6SEM2240011 saylı müraciətindən kənara çıxmışdır. Protokol indiki vaxtadək ona təqdim edilməyib. Qərarın qəbul edilməsi üçün əsas götürülən X9 verməyib. Protokolu nə fiziki olaraq onun ünvanına, nə də elektron sistem üzərindən göndəriblər. İstisna etmirəm ki, məhkəməyə verdiyi şikayətlə əlaqədar olaraq Əmək Müfəttişliyi həmin Protokolu elektron sistemə keçmiş tarixlə yükləyə bilsin, lakin bu tamamilə hüquqazidd olacaqdır. Protokol və Qərar onun iştirakı olmadan qəbul edilib. Protokolun tərtib edilməsi ilə bağlı ona hər hansı bir dəvət məktubu, bildiriş, çağırış vərəqəsi və s. göndərilməmişdir. Buna görə də bu prosesdə faktiki olaraq iştirak edə bilməmişdir. Qərarın qəbul edilməsi zamanı onun iştirakı təmin edilməmişdir və o qeyd edilən və barəsində aparılan inzibati xətaya dair işdə iştirak etməmiş, öz mövqeyini bildirə bilməmişdir. Əmək Müfəttişliyi prosessual müddətlərə düzgün əməl etməmişdir. Əmək Müfəttişliyinin onun barəsində qəbul etdiyi qərardakı hallar, onsuz da, artıq aradan qalxmışdır. Vətəndaşa son haqq-hesab ödənilmişdir. Əmək Müfəttişliyinin iddia etdiyi inzibati xəta isə baş verdikdən aylar sonra onlar tərəfindən inzibati tənbehin verilməsi barədə qərar qəbul edilib. Əmək müqaviləsi 04 aprel 2024-cü il tarixində imzalanmış, inzibati xətaya dair qərar isə 5 ay sonra 05 sentyabr 2024-cü il tarixində qəbul edilmişdir. Halbuki bütün məlumatlar elektron sistemə işlənilir və həmin məlumatların içərisində əmək müqaviləsi, onun tarixi və s. aydm müşahidə edilir. Əmək Müfəttişliyinin bütün məlumatlara real vaxt rejimində çatımlılığı vardır. Belə olan halda gecikməyə yol verməsinə görə bütün məsuliyyət də onun üzərinə düşür. Əmək Müfəttişliyi real vaxt rejimində həmin məlumatları əldə edə və lazımi prosessual hərəkətləri icra edə bilərdi. Lakin onlar 5 ay sonra Qərar qəbul ediblər. Odur ki, bu hallar tamamilə qanunaziddir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 05 fevral 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 05 fevral 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X15 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə protokoluna əsasən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (kuryer) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixə xitam verilməsinə baxmayaraq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 05 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (kuryer) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixə xitam verilməsinə baxmayaraq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X11 barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. 22 aprel 2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, X5 366.14 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X7 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 05 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 05 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar