Məhkəmə qərarları › İş №3(004)-5046/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5046/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5046/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, xx xxxx 1994-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Astara rayonu, Astara ərazi dairəsi, Şahağacı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 sentyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 17 sentyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində mopedlə İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki: X8 izahatında bildirmişdir ki, 2006-cı il tarixdən BC kateqoriya sürücülük hüququna malikdir, əvvəllər yol nəqliyyat yol hadisəsi törətməmişdir. “Chevrolet Cobalt minik” markalı **-AU-*** d.q.n-lı avtomobili yol vərəqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Yasamal rayonu, Tbilisi prospekti ilə “20 yanvar” dairəsi istiqamətində hərəkət edərək irəlidə tıxac olduğundan “ASK” plazanın yaxınlığında işıqfordan 150 metr qarşıda sağ zolaqda dayanan zaman ondan arxada dayanan “Daevo Nexia” markalı avtomobilin arxa sağ oturacağında əyləşən sərnişinin qapını açması və həmin avtomobili sağ hissədən ötmə edən mopedin qeyd etdiyi avtomobilə çırpılaraq aşması və mopedin irəli atılaraq avtomobilinin sağ yan hissəsinə çırpılması nəticəsində avtomobilinə təqribən 100-150 manat ziyan dəymişdir. Hadisə nəticəsində mopedin sürücüsü xəsarət aldığı üçün hadisə yerinə Yasamal RPİ-dən TŞ-dən polis əməkdaşları gələrək hadisəni araşdırmağa başlamışdırlar. X2 izahatında bildirmişdir ki, 2015-ci il tarixdən BC kateqoriya sürücülük hüququna malikdir əvvəllər yol nəqliyyat hadisəsi törətməmişdir. **-ND-*** d.q.n-lı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2023-ci il tarixdə, saat 20:00 radələrində Tbilisi prospekti ilə hərəkət edən zaman “ASK” Plazanın qarşısında işıqfordan 150 metr məsafə “20 yanvar” dairəsi istiqamətində sağ zolaqda tıxacda dayanan zaman avtomobildə arxa sağ oturacaqda əyləşən sərnişin avtomobilin orta qolaltı saxlanc yerinə 3 manat pul ataraq düşmək istədiyini bildirib və anidən qapını açmışdır. Bu zaman avtomobillə səkinin arasından sağ hissədən avtomobilini ötmə etmək istəyən moped avtomobilin qapısına çırpılaraq ayaq üstə asfalt örtüyünün üzərində qalmış və moped altından çıxaraq ondan qarşıda dayanmış “Chevrolet Cobalt” markalı **-AU-*** d.q.n-li avtomobilin sağ yan hissəsinə çırpılaraq asfalt örtüyün üzərinə aşmışdır. Hadisə zamanı hadisəni törətmiş mopedin sürücüsü məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə yalandan heç bir xəsarət almadığı halda xəsarət aldığını bildirdiyi üçün o, X9 çağırmaq istədikdə imtina etdiyi üçün, gələcəkdə şər və böhtan ata biləcəyindən narahat olub qanuna müvafiq araşdırılma aparılması üçün DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə bildirmiş və mopedin sürücüsün xəsarət aldığını bildirməsi barədə məlumat vermişdir. X6 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə N.Nərimanov rayonu Ə.Rəcəbli küçəsindən “Bolt” taksi xidmətindən taksi sifariş vermişdir. Şirkətdən “Daevvo Nexia” markalı **-ND-*** d.q.n-lı avtomobil təyin edilmiş və qeyd etdiyi ünvanda taksiyə əyləşərək təyinatı üzrə hərəkətdə olarkən Yasamal rayonu, Tbilisi prospekti H.Əliyev adına sarayın qarşısında işıqfora 100-150 metr qalmış sürücüyə avtomobili saxlamasını bildirib, qapını yarıya kimi açaraq avtomobildən enmək istədikdə markasını bilmədiyi moped əyləşdiyi avtomobilin qapısına və daha sonra qarşıdakı avtomobilə çırpılmışdır. Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu Tbilisi prospekti ilə “20 yanvar” dairəsi istiqamətində hərəkətdə olarkən tıxacda dayanmış “Daevvo Nexia” markalı **-ND-*** d.q.n-lı avtomobili sağdan ötmə etmək istəyərkən avtomobilin arxa sağ oturacağında əyləşmiş sərnişin anidən avtomobilin qapısını açdığı üçün avtomobilin qapısına çırpılmış və moped əlindən çıxaraq Daevvo markalı avtomobildən qarşıda dayanmış “Chevrolet Cobalt” markalı **-AU-*** d.q.n-lı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində yüngül əzilmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisəni araşdırmağa başlamışdırlar. Araşdırma zamanı bədən səthində olan xəsarətlərin təyin edilməsi məqsədi ilə Şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılmış sonuncu xəsarət almadığını və MTE-sından keçməkdən imtina etdiyini bildirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs xəsarət alması ilə bağlı hər hansı xəstəxanadan Yasamal RPİ-nin NH-nə məlumat daxil olmamışdır. Odur ki, Şəxs MTE-sının təyin edilməsi mümkün olmamışdır. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. Materialın təhlili göstərir ki, mopedin sürücüsü vətəndaş Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa Daeevo Nexia markalı **-ND-*** d.q.n-lı avtomobilin sərnişini X3 hərəkətlərində”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 10-cu hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasına dair toplanmış materialda Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, mopedin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tələblərinə və “Daevvo Nexia” markalı **-ND-*** d.q.n-lı avtomobilin sərnişini X4 İXM-nin 338.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs mopedlə xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində ehtiyatsızlıq edərək X5 və X1 avtomobilinə maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxsin əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar