Məhkəmə qərarları › İş №3(004)-5049/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5049/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5049/2023 13.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Qərardan şikayət edən şəxs X2, AR DİN Bakı şəhəri Yasamal RPİ-nin DYP şöbəsinin baş inspektoru X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Yasamal rayon DYPŞ-nin polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Yasamal rayon DYPŞ-nin polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 15:10 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində etibarnamə əsasında X5 idarə etdiyi “X8-Prado minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman anidən nömrəsini xatırlamadığı moped sürətlə qarşısından keçmişdir. O isə yoluma davam edərək yaşadığı evə getmişdir. 11 07.2023-cü il tarixdə Yasamal rayon DYP şöbəsindən polis əməkdaşı zəng edərək idarə etdiyi avtomobillə mopedi vurduğunu, bunun nəticəsində də mopedin yolun kənarında dayanmış “Kia optima” markalı avtomobilə dəydiyini bildirmiş və izahat verməyi üçün şöbəyə dəvət etmişlər. O, Yasamal rayon DYP şöbəsinə gedərək hadisə barədə şifahi məlumat vermişdir. Lakin polis əməkdaşı ondan yazılı olaraq heç bir izahat almayıb. Buna səbəb kimi isə həmin vaxt sənədlərinin üzərində olmadığını qeyd etmişdir. Sənədlərini gətirdikdən sonra izahatını alacağını bildirmişdir. Lakin Yasamal rayon DYP şöbəsinin YNH baş inspektoru polis kapitanı X4 tərəfindən X5 xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli protokol tərtib edilərək İXM-nin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Həmin protokol əsasında da Yasamal rayon DYPŞ polis polkovnik leytenantı X3 tərəfindən TP ******* nömrəli, 31 07.2023-cü il tarixli qərar qəbul edilmişdir. Lakin qeyd olunan protokol və qərar qəbul edilərkən ona heç bir məlumat verilməmiş və barəsində inzibati tənbeh tədbiri kimi 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd olunan qərar isə onun ünvanına rəsmi olaraq göndərilməmişdir. X5 xx.xx.2023-cü il tarixdə Yasamal rayon DYP şöbəsinə gedərək qərarı rəsmi olaraq almışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X5, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Yasamal RPİ-nin DYP şöbəsinin baş inspektoru X4 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti qayda pozuntusu faktlara əsaslanmışdır. X5 İXM-nin 327.2 və 327.6-cı maddələri ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuşdur. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 15:10 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində etibarnamə əsasında idarə etdiyi “X8-Prado minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qarşısına qəflətən moped keçmiş və daha sonradan polis əməkdaşları tərəfindən E.Qarayevə bildirilmişdir ki, həmin moped onun qaşısından keçərkən mopedi vurmuş, bunun nəticəsində moped yolun kənarında dayanmış “Kia optima” markalı avtomobilə çırpılmış və buna görə də onun barəsində xx.xx.2023-cü il tarixdə İXP ******* saylı protokol əsasında TP ******* nömrəli, 31 07.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, törədilməsi istinad edilən inzibati xətanın həqiqətən də baş verib verməməsinin müəyyən edilməsi məhkəmə araşdırması zamanı mümkün olmadığından qərar qəbul etmiş orqan tərəfindən şikayətdə qeyd edilənlər yenidən ətraflı araşdırılmalı və onun nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 şikayəti qismən təmin olunsun. AR DİN Bakı şəhəri Yasamal RPİ-nin DYP şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 31 07.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün AR DİN Bakı şəhəri Yasamal RPİ-nin DYP şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar