Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-505/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 onun barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 18:13 radələrində diş həkiminə getmək məqsədilə 8103-ə sms göndərib cavab aldıqdan sonra evdən çıxmışdır. Evə qayıdarkən saat 20:26 radələrində Yasamal rayonu, Ə.Salamzadə küçəsində qurulmuş postda yoxlanış zamanı şəxsiyyət vəsiqəsini təqdim etdiyi təqdirdə polis əməkdaşı ona cərimə yazmaq üçün maşını kənara çəkməyini tələb etdi. O, 03 saatlıq icazə SMS-in olduğunu bildirdi. Polis əməkdaşı isə onun vəsiqəsinin yoxlanışdan keçmədiyini bildirdi. Belə ki, bu hadisədən 04 gün əvvəl ünvanının dəyişilməsi ilə əlaqədar olaraq şəxsiyyət vəsiqəsi təzələnmişdir. Amma şəxsiyyət vəsiqəsi dəyişildiyindən seriya nömrəsinin dəyişildiyini bilmədiyindən 04 qabaq evdən hansı seriya ilə çıxırdısa, elə həmin seriyanı 8103-ə göndəridiyini oradaca fərqinə vardı. Polis onun üstünə qışqıraraq “başqasının vəsiqəsinin seriya nömrəsi ilə evdən çıxdığı” böhtanına cavab olaraq bildirmişdir ki, hər iki şəxsiyyət vəsiqəsinin seriya nömrəsi fərqli olsada, fin kodu eynidir. O, polisə bunun mexaniki səhv olduğunu nə qədər izah etsə də, o, ona İXM-in 211.1-ci maddəsi ilə 200 AZN qərarlı protokol yazdı. Ancaq onun təqdim etdiyi köhnə şəxsiyyət vəsiqəsini öz telefonunda yoxlayarkən ekrana onun şəxslinin çıxdığını gördü. Bildirmişdir ki, o, SMS-ə arxalanaraq evdən çıxmışdır. Bəlkədə, savadsızlığından, ya da qanunlara tam hakim olmadığından vəsiqələrin dəyişilmiş seriya nömrələrinin fərqinə varmamışdır. və nəticədə o, heç kimi aldatmayıb. Protokolu və qərarı gec aldığına görə ötürülmüş müddətin bərpa edib ərizəsinə baxılmasını xahiş etmişdir. Ailə vəziyyəti çətin olduğundan, işsizlikdən və bir aydan çox qapanışa getdiklərindən cərimə ödəməyə imkanı yoxdur. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında inzibati tənbeh tətbiq etmə haqqında qərara əsasən X7 xx.xx.2021-ci il tarixdə saat 20:26 radələrində Yasamal rayonu, Ə.Salamzadə küçəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmişdir (SMS icazə olmadan yaşayış yerini tərk etmə). Buna görə də İXMnin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokol əsasında çıxarılmışdır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-505/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-505/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver