Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5057/2022 11.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən 22655,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 22655,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, müqaaviləyə əsasən nəqliyyat xidməti göstərilməli idi. Bu səbəbdən də nəqliyyat xidməti göstərilmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin aktı və əlavə edilmiş sənədləri məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan **********6 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “X2” ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və tərəflərin öhdəlikləri həmin müqavilədə göstərilmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilə üzrə ümumilikdə hər bir daşınan yüklərin daşıma haqqı və logistik xidmətləri hər iki tərəflə razılaşdırılmış müqaviləyə İnvoyslara uyğun olaraq həyata keçirir. Qeyd edilən müqavilləyə xx.xx.2020-ci il tarixli “Satınalma müqaviləsinə dəyişikliyə” əsasən aşağıdakı dəyişiklik edilmişdir: Satıcı invoyslarda göstərilən müddətlərdə “CİP BAKU” çatdırılma şərtlərinə uyğun olaraq malı Alıcıya çatdırmağı öz öhdəsinə götürür. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə xx.xx.2020-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 22655 ABŞ dolları məbləğində valyuta xx.xx.2020-ci il tarixli **********6 saylı müqavilə əsasında “BRANCH BANKİNG and TRUST COMPANY” şirkətinə köçürülmüşdür. Ödənişin təyinatı kimi göstərilmişdir ki, CON.**********6, xx.xx.2020, İNV 119826169A, 119853670C, 119853670D, 100 vaiz qabaqcadan ödəniş, XİDMƏT. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil aktına əsasən satıcı öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətdə) yerinə yetirdi. İcraçı tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti göstərilən müqavilənin şərtlərinə cavab verir və bununla bağlı Sifarişçinin İcraçıya qarşı etirazı yoxdur. Beləliklə hazırkı iş üzrə barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi protokola etirazının əsası kimi göstərir ki, xaricə köçürülmüş valyuta yük daşıma müqaviləsi üzrə xidmətin haqqı kimi əvvəlcədən ödəniş olmasını, yəni yükün xaricdən Azərbaycana gətirilməsi üçün köçürülməsini bildirsə də və bu xidmətin yerinə yetirilməsinin təsdiqi kimi məhkəməyə xx.xx.2020-ci il tarixli AKT təqdim etsə də, məhkəmə qeyd edir ki, həmin akt özü-özlüyündə yükün xaricdən Azərbaycana gətirilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilmir. Həmin AKT aşağıdakı sənədlərlə birlikdə götürüldükldə, qeyd edilən xidmətin tam yerinə yetirilməsini təsdiq edə bilər. Belə ki, yük xaricdən Azərbaycana gətirilibsə, bu zaman Azərbaycan sərhəddindən keçməklə, bununla da gömrükdən keçməklə mümkündür. Gömrükdən yük keçirilmişdirsə, yəni nəqliyyat xidməti göstərilərək yük xaricdən Azərbaycana gömrükdən keçirilərək təyinat məntəqəsinə çatdırılmışdırsa, bu yüklərin gömrük sərhəddindən keçməsini, məhz həmin yükləri gətirən nəqliyyat vasitəsinin (yüklər quru yola gləmişdirsə avtomobilin dövlət qeydiyyat nömrələri, nəqliyyat vasitəsinin markası, əgər dəniz yolu ilə və ya hava yolu ilə gəlmişdirsə, yenə də bu barədə məlumatlar əks etdirilmiş gömrük bəyənnamələri) gömrük sərhəddindən keçməsini təsdiq edən sənədlər, yəni X3 mövcud olmadılır ki, həmin bəyənnamələrlə təsdiq edilsin ki, xaricdən Azərbaycana yük gətirilmişdir, bununla da nəqliyyat xidmətləri göstərilmiş olsun. Lakin bu cür sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Təqdim edilmiş AKT isə özü-özlüyündə yuxarıda göstərildiyi kimi xaricdən yükün Azərbaycana gətirilməsini təsdiq edən yeganə sübut kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci il tarixdə edilmiş dəyişiklikdən sonra həmin bənddə nəzərdə tutulmuş müddət 02 il müəyyən edilmişdir. Həmçinin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçirilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13002-01/63 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 22655,00 ABŞ dolların 20% məbləğində, yəni 4531 ABŞ dolları (dörd min beş yüz otuz bir dollar) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5057/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5057/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver