Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5072/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ İŞ-nin müstəntiqi Nadir Heydərovun 16 oktyabr 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə məhsuliyyətə cəlb olunması üçün qərarın icrasının 27-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X7 tərəfindən MN seriyalı ******* nömrəli 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 31 avqust 2022-ci il tarixdə Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən “Melissa Park” yaşayış kompleksində X6 döyərək inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X7 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində vətəndaş X3 AR DİN-nin “102” Xidmətinə zəng edərək, qızı X4 əri Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. xx.xx.2022ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan X8 ərizə ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində əri Şəxs yaşadıqları ünvanda onun hamilə vəziyyətdə olduğu halda qarın və bel nahiyələrinə təpik zərbələri vuraraq ona bədən xəsarətləri yetirmişdir. X4 müraciəti əsasında toplanılmış material Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olmuş müraciət cinayətlər haqqında ərizələr və məlumatlar uçotu kitabında qeydə alınaraq həmin bölmənin təhqiqatçısı, polis polkovnik-leytenantı Rahid Xanlarov tərəfindən ilkin yoxlama aparılmış və material aidiyyəti üzrə Yasamal RPİ-nin iş-nə göndərilmişdir. Nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş X8 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində əri Şəxs yaşadıqları ünvanda onun hamilə vəziyyətdə olduğu halda qarın və bel nahiyələrimə təpik zərbələri vuraraq ona bədən xəsarətləri yetirmiş, xx.xx.2022-ci il tarixdə isə boğaz nahiyyəsindən əlləri və ayaqları ilə boğaraq, qollarını dişləyərək, sol ayaq nahiyyəsinə təpiklə zərbə vuraraq ayağını sindırmış, ona qarşı nalaiq söyüşlər söymüşdür. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs X6 döyməsi məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd edilən inzibati xətanın törədilməməsinə dair göstərilən xüsusatlara tənqidi yanaşılır və onun tərəfindən verilmiş özünü müdafiə xarakterli məlumat kimi qiymətləndirilir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 oktyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onların barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə tibbi ekspertizası və Patoloji Anatomiya birliyinin Yasamal rayon şöbəsinin 02 sentyabr 2022-ci il tarixli, 893 nömrəli rəyində 1994-cü il təvəllüdlü X5 məhkəmə tibbi ekspertizasına əsasən qərarın təsviri hissəsində hadisə haqqında qeyd olunan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara müvafiq olaraq X4 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. X4 adına “X11” publik hüquqi şəxsində xx.xx.2022-ci il tarixdə tərtib etdiyi xəstəlik tarixində qeyd edilir ki, onun bədəni üzərində hər-hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir, hamiləliyində pozğunluq olmamışdır. X4 adına tərtib olunmuş X1 və Ortopediya İnstitutunda qeyd olunan xəsarətsol bayır topuğun sınığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə saglamlığın uzun müddətdə pozulmasına səbəb olan, sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 16 oktyabr 2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 27 sentyabr 2023-cü il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir ki, bununlada həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5072/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5072/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver