Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5075/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərardan şikayət edən X2, Bakı şəhəri Yasamal rayon DYPŞ-in yol patrul xidməti inspektoru, polis baş serjantı X1 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: X2 Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində onun maşını Yasamal rayon DYP-si tərəfindən saxlanılıb və ona maşında konstruksiya dəyişikliyi olduğunu deyilib maşını cərimə meydançasına aparmışlar və onu özünə isə 10-cu otağa yaxınlaşmasını bildiriblər. O 10-cu otağa yaxınlaşmış və ondan 600 manat verməyini tələb etmişlər. O bununla razılaşmayaraq cərimə yazılmasını istəmiş lakin cərimə tərtib olunmamışdır. 4 gün maşın cərimə meydançasında qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə ona 150 manat cərimə olması ilə bağlı mesaj gəlmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müvafiq şikayətinin məhkəmə tərəfindən baxılmasını xahiş etmişdir.Şikayətin məzmunundan göründüyü kimi şəxs barəsində qəbul edilmiş inzibati qərarı mübahisələndirir və onun qanunsuz olduğu üçün ləğv edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X6 şikayətində göstərdiklərini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon DYPŞ-in yol patrul xidməti inspektoru, polis baş serjantı X3 bildirmişdir ki, X2 idarə etdiyi avtomobildə ban şüşələrinə qanunla icazə verilməyən örtüklərin çəkilməsi və təkərlərinin normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmiş və orada qabaq plyonka və disk təkər sökülmüşdür, bununla bağlı akt da tərtib olunmuşdur. Buna görə də X2 Bakı şəhər DYPİ-nin qərarından verdiyi şikayətin əsassızdır.Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon DYPŞ-in yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2, 342.2.3 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli xəta haqqında inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixində Yasamal ərazisində ona məxsus olan, BMW 525İ markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2, 342.2.3 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və həmin xətanı törətdiyinə görə 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 228 saylı “avtonəqliyyat saxlanılma qəbulu barədə” tərtib olunmuş aktdan görünür ki, BMW 525İ markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmiş, orada qabaq klyonka və disk təkər X5 müşayiəti ilə sökülmüşdür. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və yadəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Yasamal rayon DYPŞ-in TP ******* saylı, xx.xx.2023-cü il tarixli tarixli tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5075/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5075/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver