Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5083/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə İXP ******* saylı protokol üzrə xx.xx.2022-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən də hazırkı tarixdə iş üzrə icraatı rədd edən hallar yaranmışdır. İcraatı rədd edən hallar isə mövcud olduqda, iş baxışa təyin edilə bilməz və İXM-nin 53.1.2, 105.1, 106.0.4, 109.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Lakin hazırkı inzibati xəta haqqında tərtib edilmiş protokola əsasən, İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Çünki hazırkı iş üzrə cərimə qərarı çıxarıldığı tarixdən hesablanmaqla 20 günlük şikayətvermə müddətinin bitdiyi günün səhəri günü qərar qanuni qüvvəyə minir. Həmin günün səhəri günündən hesablanmaqla, 03 ay ərzində cərimə qərarı icra edilmədikdə, həmin 03 ay müddətin tamam olan günün səhəri günündən hesablanmaqla şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır (03 ay 21-ci gün). Yəni şəxsin əməlində İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta tərkibi yaranması üçün, inzibati tənbehvermə qərar qüvvəyə mindiyi vaxtdan ən azı 03 ay müddət keçməlidir. Bununla da hazırkı protokolda qeyd edilən xx.xx.2022-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qüvvəyə minməli, bundan sonra 03 ay müddətində həmin cərimə qərarı icra edilməməlidir ki, şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaransın. Lakin həmin tarixdən hesablanmaqla, ən azından 03 aylıq müddət keçmədiyindən, İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranmır. İXM-in 53.1.2-ci maddəsinə əsasən həmin inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən işin məhkəmədə icraatını rədd edən hallar vardır. Lakin iş artıq məhkəməyə göndəridiyi üçün, həmin işin icraatına hazırlıq mərhələsində xitam verilməlidir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105- 109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5083/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5083/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver