Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5086/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin rəisi Hüseyn İmanov tərəfindən tərtib edilmiş MN ******* saylı, 28 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 avqust 2023-cü il tarixdə bacısı X2 baş nahiyəsinə vuraraq xəsarət yetirmiş, bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin rəisi Hüseyn İmanov tərəfindən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 3(004)- 5086/2023 nömrəli qərarı ilə Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və barəsində inzibati xəta üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2242/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 3(004)-5086/2023 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan Şəxs ona istinad edilən əməlləri törətmədiyini bildirərək, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 Renat Çingiz oğlunun barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş icra orqanına geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddənin dispozisiyasına əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə müşayiət edilən hərəkətlər inzibati xətanın tərkibini yaradır. Lakin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti aydın şəkildə göstərilməmişdir. Belə ki, tərtib edilmiş protokolda barəsində inzibati icraat aparılan Şəxs tərəfindən X2 döyülməsinin nədə təzahür etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer qeyd olunmamışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın törədildiyi yer və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-5086/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5086/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver