Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5087/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru X6, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "K.Y.Fərəcova Adina X2" X19 tibb bacısı vəzifəsində işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsindən daxil olmuş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə anası X4 yaşadığı ünvan 2nvanında döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X10 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Şəxs ilə anası X5 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu mübahisə zamanı Şəxs X1 qoluna yumruqla vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs izahatında göstərdi ki, 30 avqust 2023-cü il tarixdə saat 01:30 radələrdə yaşadığı evdə olarkən qardaşı Renat Salayev qeyri rəsmi münasibətdə olduğu Pərvin Quliyeva ilə onun yaşadığı evə gəlmiş və qardaşı Renat Salayev onunla mübahisə edərək baş nahiyyəsinə yumruq vurmuş və 2011-ci il təvəllüdlü qızı Xədicə mübahisəni sakitləşdirəndə X9 şillə ilə vurmuşdur. Bu barədə DİN-nin “102” xidmətinə zəng vurub məlumat vermişdir. Həmin vaxtı anası İradə onunla mübahisə edərək ona əxlaqsız sözlər demişdir. Anası iradə ilə mübahisə edən vaxtı Renat mübahisəni sakitləşdirmiş, həmin vaxtı anası İradəyə əl qaldırmamış, qardaşı Renat anası İradəni əli ilə kənarə itələmişdir. X15 ilə evdə yola getmir. X16 qeyri rəsmi münasibətdə olduğu X11 onların evinə gələndən sonra ona məxsus mülkiyyətçi olduğu bir otaqlı evdən onu çıxartmaq istəyirlər və evdə narahatçılıq yaradaraq onu evdən çıxarmaq istəyirlər. İnzibati xəta törətmədiyini nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Eyni zamanda ona verilmiş suala cavab olaraq anası İ.Mustafayevanın bədənində olan xəsarətlərin hansı şəraitdə yaranması ilə bağlı ona verilmiş suala cavab verməyə çətinlik çəkmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, 30 avqust 2023 cü il tarixdə saat 01:30 radələrdə qızı Nəsibə yaşadığı evdə onunla mübahisə edib sağ qoluna yumruqla vuraraq döymüşdür. X7 barəsində qanuni ölçü götürülməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında şahid qismində iştirak edən X14 izahatında bildirdi ki, 30 avqust 2023-cü il tarixdə saat 01:30 radələrdə anası X3 yaşadığı evə gələrkən bacısı Nəsibənin anası İradə ilə mübahisə etdiyini və Nəsibənin anası İradəni əli ilə vurduğu üçün mübahisəni sakitləşdirmişdir. Həmin vaxt bacısı Nəsibə və onun qızı Xədicəni vurmamışdır. İşdə olan Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı polis mayoru Roman Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 və Şəxs qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X17-Təcrübi və X13 rayon şöbəsindən icraatıma daxil olmuş 30 avqust 2023-cü il tarixli 1011 saylı ekspert rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bazunun qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 30 avqust 2023-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs yetkinlik yaşına çatmayan uşaqlarının olnmasını onun barəsində yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5087/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5087/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver