Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-509/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinin İXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, Bakı Şəhəri Yasamal Rayonu DYPŞ-nin Yol Patrul Xidməti Baş İnspektor polis X8 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun etibarsız sayılması və iş üzrə qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon DYPŞ-nin Yol Patrul Xidməti Baş İnspektor polis X8 tərəfindən barəsində xx.xx.2021-ci il tarixində Yasamal rayon ərazisində İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokola əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə olunmuşdur. Qeyd etmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu 5 saylı uşaq poliklinikasında işləyir. Müəssisəyə Səhiyyə Nazirliyi tərəfindən Tibb işçilərinin portala yerləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixində icazə əmri verilib. xx.xx.2020-ci il tarixdə 174 tibb işçisi, onunda adı daxil olmaqla portalda icazəsini aktivləşdirmək üçün müraciət göndərilib. 173 tibb işçisinin icazəsi aktivləşib. Lakin onun icazəsi texniki qüsurla əlaqədar aktivləşdirilməsi təsdiq olunmayıb. Bu haqda məlumatı xx.xx.2021-ci il tarixdə işdən evə gedərkən Elmlər metrosunun yaxınlığında Bakı şəhəri Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşı icazəsini yoxlayarkən Baş İnspektor Polis X8 tərəfindən icazəsinin təsdiqlənmədiyini bildirdi. Çox cəhd etdi ki, o, həqiqətən 5 saylı uşaq poliklinikasının tibb işçisidir. Lakin buna baxmayaraq protokol tərtib etdi. Onun barəsində yazılan protokol əsassızdır. Qeyd etmişdir ki, inzibati tənbeh haqqında qərarı MN № ******* saylı qərar xx.xx.2021-ci il tarixdə baş inspektor polis X8 tərəfindən təhvil verilmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən X5 xx.xx.2021-ci il tarixdə saat 1830 radələrində Yasamal rayonu, B.Vahabzadə küçəsində icazə olmadan yaşayış yerini tərk edərək ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 5 saylı X7 Rayon Məhkəməsinə ünvanlandığı 51 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həmin poliklinikada çalışan 174 işçi portala salınmış, lakin sistemdə olan texniki qüsurla əlaqədar kiçik tibb işçisi X5 portala salınsa da, icazə təsdiq edilməmiş, icazənin təsdiq edilməməsi xx.xx.2021-ci il tarixdə aşkar edilmişdir. X3 aztəminatlı olması, atasının olmaması və portalda texniki qüsurun olması ilə bağlı gecikmənin nəzərə alıb cərimə qərarının ləğv edilməsi xahiş edilmişdir. Bununla da müəyyən edilir ki, X5 tibb işçisi olmuş, o xüsusi karantin dövründə də işləmişdir, bunun üçün iş yerinə getmək üçün evdən çıxmışdır. Lakin ondan asılı olmayan səbəbdən işlədiyi müəssisə tərəfindən texniki qüsur ucbatından adı icazə üçün portalda qeydiyyatdan keçməmişdir. Ona adının portaldan qeydiyyatdan keçirməməsi barədə məlumat verilməmiş. Lakin tibb işçisi kimi işə çıxmalı olmuş, bu zaman müəyyən edilmişdir ki, onun adı portalda yerləşdirilməmişdir. Onun adının portalda yerləşdirilməməsi barədə məlumat protokol tərtib edildikdən sonra xx.xx.2021-ci il tarixdə məlum olmuşdur. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdəki bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinin İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-509/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-509/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver