Məhkəmə qərarları › İş №3(004)-5096/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5096/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5096/2025 11.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 157 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin ünvanına 94317591 nömrəli dəmiryolu nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********9775 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün, iki fərgli dəyəri olan invoys sənədləri skan edilmişdir. Sözügedən gömrük bəyannamələri ilə birgə təgdim olunmuş mal-müşayiət sənədlərinin araşdırılması zamanı malların dəyərinin düzgün bəyan edilməməsi barədə şübhə yaranmışdır. Bakı Baş Gömrük İdarəsində 94317591 nömrəli nəgliyyat vasitəsilə ölkə ərazisinə gətirilən və "Fano Holding” MMC tərəfindən təgdim edilən **********9775 nömrəli gömrük bəyannaməsi və onlara goşma edilən sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, **********9775 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü grafasında geyd olunan mallara dair xx.xx.2024-cü il tarixli SSLC0905 nömrəli invoys tərtib olunmuşdur və invoysa əsasən malların ümumi invoys dəyəri 1340 ABŞ dolları olarag müəyyən edilmişdir. Lakin, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, "Fano Holding” MMC tərəfindən **********9775 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən mallara dair təgdim edilmiş digər xx.xx.2024-cü il tarixli SSLC0905 nömrəli invoysda malların ümumi dəyəri 9800 ABŞ dolları olarag geyd edilmişdir. Bu səbəbdən malların dəyərinin düzgün bəyan edilməməsi barədə şübhə yaranmışdır. Qeyd olunan iş üzrə əhəmiyyət kəsb edən məsələlərin həlli üçün xüsusi biliyə malik olan ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından malların dəyərini müəyyən etməkdən ötrü məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə xx.xx.2025-ci il tarixdə gərar gəbul edilmişdir və 153 nömrəli ekspert rəyinə əsasən **********9775 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 2000 (iki min) ədəd üzərində “FRT Turbo diamond saw Blade” yazısı olan malların 1 ədədinin xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri 3 manat, 2000 ədədininki isə 6000 (altı min) manat müəyyən edilmişdir.Bununla da "Fano Holding” MMC ünvanına idxal olunmuş və **********9775 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yuxarıda göstərilən malların orta bazar giymətinin xx.xx.2025-ci il tarixə 6000 manat olduğu təgdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təgdirdə "Fano Holding” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Gömrük dəyərləndirilməsi şöbəsinə xx.xx.2025-ci il tarixdə 3-33-1100/013/021847 nömrəli raportla sorğu verilmiş və xx.xx.2025-ci il tarixli 3-33-1100/029/023452 nömrəli cavab raportunda geyd olunmuşdur ki, **********9775 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri SSLC0905 nömrəli invoysun 1-ci mövgeyi üzrə 6000 (Altı min) AZN olduğu halda Fano Holding” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 150 AZN, əlavə dəyər vergisi üzrə 205. AZN təşkil edir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirməsi şöbəsinin böyük inspektoru Nicat Şərifov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova ünvanlanmış raportla göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli 3-33- 1100/013/021847 nömrəli raportun icrası ilə əlaqədar bildirilib ki, “Azərekspertiza” Birliyindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş ekspert rəyinə əsasən, **********9775 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri SSLC0905 nömrəli invoysun 1-ci mövqeyi üzrə 6000 (altı min) AZN olduğu halda Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 150 AZN, əlavə dəyər vergisi üzrə 205 AZN təşkil edir. Bununla da o, İXM-in 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, № 00100-02190/25 (EP 0236611) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinərək, gömrük ödənişləri olan 150 manatın 70% məbləğində, yəni 105 (yüz beş) manat (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar