Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5097/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs (tələbkar) X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-6453/2018-006 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı X2 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X6 ayda 154 manat aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Bununla da X12 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X6 09 aprel 2017-ci il tarixdən hesablanmaqla hər ay xx.xx.2011-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat (bir yüz əlli dörd) sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. Həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-3339/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4058/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsi ilə 14 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə tutulan alimentin miqdarı artırılmışdır. 14 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılmış, lakin buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs X12 izahatında göstərmişdir ki, o, maddi vəziyyətinin ağır olması səbəbindən icra sənədini icra edə bilməmişdir. Lakin söz verir ki, qısa zamanda icra sənədinin icra olunması üçün əlindən gələni edəcəkdir. Göstərilən halların nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X11 izahatında göstərmişdir ki, o, yalnız icra sənədinin icra edilməsində maraqlıdır, borclunun vədlərinə artıq inanmır. X2 tərəfindən icra sənədinin tam həcmdə icra olunmasını istəyir. Göstərilən halların nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, X6 09 aprel 2017-ci il tarixdən hesablanmaqla hər ay xx.xx.2011-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat (bir yüz əlli dörd) sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-3339/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4058/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsi ilə 14 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə tutulan alimentin miqdarı artırılmış, 14 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Təqdim edilmiş materiallar məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X6 09 aprel 2017-ci il tarixdən hesablanmaqla hər ay xx.xx.2011-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat (bir yüz əlli dörd) sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. Həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-3339/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4058/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsi ilə 14 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə tutulan alimentin miqdarı artırılmışdır. 14 fevral 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Yasamal rayon İcra şöbəsi tərəfindən X2na tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, X2nun yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 01 avqust 2025-ci il tarixdən saat 17:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 01 avqust 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs haqqında qərarın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. X12 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5097/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5097/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver