Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5103/2025 13.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi, ev 18 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin ünvanına İran İslam Respublikasından 68AA135/68AA136 nömrə nişanlı avtomaşında MAC20250507 saylı xx.xx.2025-ci il tarixli invoysla müşayiət olunan və **********8391 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşən yüklərə gömrük baxış zamanı bəyannamədə bəyan olunmayan “N.P.K 10-52-10+TE” 11 paçka 110 kg, “N.P.K. 20-20-20+TE” 1 paçka 10 kg, “Dodin WP 65%” 2 paçka 2 kg, “Lambda-Cyhalothrin sc 5%” 8 ədəd 250 ml, “Acetamiprid sp 20%” 7 ədəd 250 gr, “Chlorfenapyr 30% sc” 1 ədəd 500 ml yük aşkar olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 172 nömrəli mütəxəssis rəyinə əsasən, mallara gömrük yoxlaması keçirilən zaman bəyan olunmadığı aşkar olunan 11 paçka 110 kg olan “N.P.K 10-52-10+TE”-nin dəyəri 165 AZN, 1 paçka 10 kg olan “N.P.K. 20-20-20+ТЕ’’-nin dəyəri 88 AZN, 2 paçka 2 kg olan “Dodin WP 65%”-nin dəyəri 15.6 AZN, 8 ədəd 250 ml olan “Lambda-Cyhalothrin sc 5%”-nin dəyəri 26.4 AZN, 7 ədəd 250 gr olan “Acetamiprid sp 20%”-nin dəyəri 55.3 AZN və 1 ədəd 500 ml olan “Chlorfenapyr 30% sc”-nin dəyəri 7.1 AZN, ümumilikdə isə bəyan olunmayan malların dəyəri 357.4 AZN müəyyən edilmişdir. Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən gömrük orqanına düzgün bəyan olunmayan 11 paçka 110 kg olan “N.P.K 10-52-10+TE”-nin dəyəri 165 AZN, 1 paçka 10 kg olan “N.P.K. 20-20-20+ТЕ’’-nin dəyəri 88 AZN, 2 paçka 2 kg olan “Dodin WP 65%”-nin dəyəri 15.6 AZN, 8 ədəd 250 ml olan “Lambda-Cyhalothrin sc 5%”-nin dəyəri 26.4 AZN, 7 ədəd 250 gr olan “Acetamiprid sp 20%”-nin dəyəri 55.3 AZN və 1 ədəd 500 ml olan “Chlorfenapyr 30% sc”-nin dəyəri 7.1 AZN orta bazar qiyməti 357.4 manat təşkil edir. Bununla da o, İXM-in 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, № 00100-02209/25 (EP 0236615) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən 172 saylı mütəxəssis rəyi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş, 357.4 manatın 40% məbləğində, yəni 142,96 manat (yüz qırx iki manat 96 qəpik) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5103/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5103/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver