Məhkəmə qərarları › İş №3(004)-5112/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5112/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5112/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PBnin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Zərərçəkmiş şəxs əməldə cinayət tərkibinin olmasını bildirirək, 16 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verməsi üçün, 17 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Bunlar aşağıdakılardan ibarət olmuşdur: Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-dən 26-cı Polis Bölməsinə ezam olunmuş təhqiqatçı Ruslan Əfəndiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyatı əməkdaşına həvalə edilməsi üçün göndərilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə protokol tərtib edilməsinə əsas olmuş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-dən 26-cı Polis Bölməsinə ezam olunmuş təhqiqatçı Ruslan Əfəndiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs şikayət vermişdir. Bu səbəbdəndə Şəxs barəsində İXM-in 157-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş 17 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə geri qaytarılmalıdır. Bununla da qərardadda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 157-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş 17 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar