Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5117/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X18 Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəitində qanunların icrasına nəzarət idarəsinin prokuroru X2, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsinin 1-ci şöbəsinin müstəntiqi X10, təqsirləndirilən şəxs X11 və onun müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3cü maddələri ilə təqsirləndirilən şəxs X11 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirilən şəxs X11 müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 vəsatətinə və cinayət işinin materiallarına qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X11 müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X12 vəsatətlə məhkəməyə müraciət edərək müdafiəçisi olduğu X16 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslə barəsində qətimkan tədbiri seçildiyi vaxtdan bu yana bir dənə də olsun istintaq hərəkəti keçirilməyib. Ona qarşı irəli sürülmüş ittiham mötəbər sübutlara əsaslanmır. Bakı şəhərində daimi yaşayış yeri və ailəsi var. Himayəsində 3 yetkinlik yaşına çatmayan övladı var, həyat yoldaşı evdar qadındır, ailənin yeganə qazanc gətirəni Şahin Heydərovdur. Səhhətində mövcud olan problemlər saxlanma və qidalanma rejimi ilə əlaqədar olaraq daha da dərinləşmişdir. Belə ki, Şahin Heydərov ağır şəkər xəstəsidir. Bundan da əlavə iki dəfə mikro infakt keçirmişdir. Hazırda Bakı İstintaq Təcridxanasında dəfələrlə arterial təzyiqi normadan aşağı düşərək 78/53 olmuşdur ki, bu da ürəyin fəaliyyətinin dayanmasına gətirib çıxara bilər. Dəfələrlə müstəntiqə müraciət olunsa da müraciətləri nəticəsiz qalmışdır. Bakı İstintaq təcridxanasına tərəfindən sorğu verilmişdir. Həmin sorğuya xx.xx.2025-ci il tarixli, 3-16-17/40-2/2025 saylı məktubla verilən cavabdan da aydın olur ki, Ürəyin İşemiyası və hipoqlikemik dərman preparatlarını gündəlik qəbul etmədikdə döş sümüyü nahiyyəsində və qanda şəkərin miqdarında yüksəlmələr müşahidə olunur. Bu səbəbdən ona ciddi pəhriz, müntəzəm olaraq kardioloji və hipoqlikemik dərmanları qəbul etmək tövsiyə olunmuşdur. Şikayətlərinə əsasən xx.xx.2025-ci il tarixdə ona "Şəkərli diabet İl tip, X15" diaqnozları qoyulmuş, ambulator təyinatlar verilmişdir. Hal hazırda həkim nəzarətindədir. X16 əvvəllər məhkum olunmayıb, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur. Qeyd etdiklərimlə yanaşı Yasamal rayon məhkəməsinin 4(004)- 438/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında da qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində sürücü qismində hadisə yerində sürücü qismində X16 ilə yanaşı Azərbaycan Respublikası vətəndaşları X13 və X1. X3 başqa digər kamaz sürücüləri istintaqa cəlb edilməmişlər. Bununla bağlı tərəfimizdən məhkəmə iclasında müstəntiqə sula verilərkən bildirmişdir ki, həmin şəxslər çörək pulu qazanmaq üçün yük daşımaq niyyəti ilə orada iştirak etmişdir. Hüquqlarını müdafiə etdiyim şəxs də öz ifadəsində bildirmişdir ki, 700 manat qarşılığında E.Nəzərov tərəfindən yüklərin daşınması təklifinə razılıq vermişdir. İttiham tərəfi nədənsə digər kamaz sürücülərinin izahatlarını səmimi olduğuna inansa da nədənsə Ş.Heydorovun sözləri qarşı tərəfdə inam yaratmamışdır. Bütün bunlara baxmayaraq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini zəruri edən halların olub olmaması məhkəmə tərəfindən də araşdırılmamışdır. İttiham tərəfinin müvəkkilimə qarşı qərəzli olmasını sübüt edən digər bir hal isə şəxsin ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi və görüşməsinə qoyulan qadağadır. Belə ki, əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X9 05 iyun 2025-ci il tarixli qərarı telefon danışıqlarına və görüşlərə məhdudiyyət qoyulmuşdur. Sonradan tərəfimdən verilən vəsatət əsasında qeyd edilən məhdudiyyət Yasamal rayon məhkəməsinin müvafiq Qərarı ilə götürülmüş, Qeyd edilən qərardan verilən apellyasiya protesti təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(001)-438/2025 saylı, 30 may 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respubikası CM-nin 206.3.2,213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X16 barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X12 vəsatəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X16 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəntiq Arif Quliyev və prokuror Allahşükür Allahverdiyev vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə vəsatəti cinayət işinin materialları ilə birlikdə araşdırıb, müdafiə tərəfinin vəsatətə olan münasibətini dinləyib belə qənaətə gəlir ki, vəsatət təmin olunmamalıdır. Belə ki, təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213- 1.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X16 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq idarəsinin 2-ci şöbəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru Arif Quliyevin vəsatəti Baş Prokurorluğa daxil olmuşdur. Vəsatətdən və cinayət işi materiallarından görünür ki, həmin cinayət işi daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində - 39.9350937 şimal, 49.3994082 şərq coğrafi koordinatlarında yerləşən ərazidə Azərbaycan Respublikası vətəndaşları X6 idarə etdiyi 44-CG- 974. X11 idarə etdiyi **-CJ-*** və X7 idarə etdiyi 44-BJ- 491 dövlət nömrə nişanlı, “Kamaz” markalı nəqliyyat vasitələrinin yük yerlərində ümumilikdə 262770 qutu “X21”, 188160 qutu “X31 Nano Black”, 92020 qutu “M1 X35”, 76180 qutu "X22 X25”, 58960 qutu "X28 X36”, 57070 qutu “Julıo Glassıc A Cıgarette”, 54960 qutu Robın Nano”, 23740 qutu “X32 Seal”, 21520 qutu "X33”, 11930 qutu “Palmur Nano 4mg Black”, 9970 qutu “X30”, 4970 qutu “X29”, 3500 qutu “Mılano Coffee”, 3490 qutu “X32 Seal Black”, 1750 qutu “X37 Whıte”, 870 qutu “Robın Bubblegum”, 700 qutu "Rıchson Nano 4MG”, 250 qutu “X34”, 250 qutu “Robın Applemınt" markalı olmaqla, ümumilikdə külli miqdarda, 1148807,50 manat dəyərində 873.060 qutu Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişanlama ilə nişanlanmamış tütün məmulatlarından və 176 manat dəyərində 44 bağlamada penoplastdan ibarət cəmi xüsusilə külli miqdarda 1148983.50 manat dəyərində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilmiş malların aşkar edilərək götürülməsi faktına görə 30 may 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsinin rəisi Ülvi Zülfüqarov tərəfindən Azərbaycan Respublikası CMnin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə başlanmış və iş üzrə ibtidai istintaqın aparılması İstintaq idarəsinin 2-ci şöbəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru Arif Quliyevə həvalə edilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı X16 29 may 2025-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən xüsusilə külli miqarda malların Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalıçıltq yolu ilə keçirilməsi və külli miqdarda Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan satış məqsədi ilə saxlanılması barədə tanışı X16 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 1 qutusunun qiyməti 1.35 manat olmaqla, 354739.5 manat dəyərində 262770 qutu “X21”, 1 qutusunun qiyməti 1.2 manat olmaqla, 225792 manat dəyərində 188160 qutu “X31 Nano Black”, 1 qutusunun qiyməti 1.2 manat olmaqla, 110424 manat dəyərində 92020 qutu “Ml X35”, 1 qutusunun qiyməti 1.8 manat olmaqla, 137124 manat dəyərində 76180 qutu “X22 X25”, 1 qutusunun qiyməti 1.2 manat olmaqla, 70752 manat dəyərində 58960 qutu “X28 X36”, 1 qutusunun qiyməti 1.2 manat olmaqla, 68484 manat dəyərində 57070 qutu “Julıo Classıc A Cıgarette”, 1 qutusunun qiyməti 1.3 manat olmaqla. 71448 manat dəyərində 54960 qutu "Robın Nano”, 1 qutusunun qiyməti 1.4 manat olmaqla, 33236 manat dəyərində 23740 qutu "X32 Seal”, 1 qutusunun qiyməti 1.3 manat olmaqla, 27976 manat dəyərində 21520 qutu "X33”, 1 qutusunun qiyməti 1.4 manat olmaqla, 16702 manat dəyərində 11930 qutu “Palmur Nano 4mg Black”, 1 qutusunun qiyməti 1.2 manat olmaqla, 11964 manat dəyərində 9970 qutu “X30”, 1 qutusunun qiyməti 1.2 manat olmaqla, 5964 manat dəyərində 4970 qutu “X29”, 1 qutusunun qiyməti 1.2 manat olmaqla, 4200 manat dəyərində 3500 qutu "Mılano Coffee’’, 1 qutusunun qiyməti 1.4 manat olmaqla, 4886 manat dəyərində 3490 qutu "X32 Seal Black”, 1 qutusunun qiyməti 1.4 manat olmaqla, 2450 manat dəyərində 1750 qutu “X37 Whıte”, 1 qutusunun qiyməti 1.3 manat olmaqla, 1131 manat dəyərində 870 qutu “Robın Bubblegum”, 1 qutusunun qiyməti 1.3 manat olmaqla, 910 manat dəyərində 700 qutu “RİCHSON NANO 4MG”, 1 qutusunun qiyməti 1.2 manat olmaqla, 300 manat dəyərində 250 qutu “MİLANO RED GRAPE”, 1 qutusunun qiyməti 1.3 manat olmaqla, 325 manat dəyərində 250 qutu “ROBİN APPLEMİNT” markalı olmaqla, külli miqdarda, cəmi 1148807.50 manat dəyərində 873060 qutu Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış siqaretlərdən və 1 bağlamasının qiyməti 4 manat olmaqla, 176 manat dəyərində 44 bağlamada penoplastdan ibarət ümumilikdə xüsusilə külli miqdarda, 1148983.50 manat dəyərində malların cinayətkar qrupun istintaqa məlum olmayan üzvləri tərəfindən istintaqa məlum olmayan vaxtda Xəzər dənizinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsindəki sahilinin 39.8593743 şimal, 49.4298060 şərq coğrafi koordinatlarında yerləşən ərazisindən gəmi vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, bundan sonra 29 may 2025-ci il tarixdə saat 2 radələrində o, cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə birlikdə qeyd edilən malları gəmidən Şahin Heydərovun idarə etdiyi **-CJ-***, Azərbaycan Respublikası vətəndaşları X6 idarə etdiyi 44- CG- 974 və X7 idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı nəqliyyat vasitələrinin yük yerlərinə yükləməklə qabaqcadan əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq qəsdən tamah niyyəti və satış məqsədilə saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 5 radələrində keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində həmin nəqliyyat vasitələri Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində - 39.9350937 şimal, 49.3994082 şərq coğrafi koordinatlarında yerləşən ərazidə saxlanılmış, keçirilmiş baxış zamanı sözügedən nəqiiyyat vasitələrinin yük yerlərində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməklə ölkə ərazisinə gətiriimiş 1148983.50 manat dəyərində mallar aşkar edilərək götürülmüşdür. X16 30 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 31 may 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3cü maddələri ilə ona ittiham elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X16 özünü təqsirli bilərək ifadəsində həmin məcburi nişanlama ilə nişanlanmamış siqaretləri və penoplastın ölkə ərazisinə gəmi vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirildiyini, həmin malları Xəzər dənizinin Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindəki sahilinə gəlmiş və birini tanışı Şahin Hedərovun idarə etdiyi ümumilikdə 3 ədəd Kamaz markalı nəqliyyat vasitələrinə yükləyərək satış məqəsədilə saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyindən və mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mallar istifadəyə yararlı olmaqla ümumilikdə 1148,983.50 manat dəyərindədirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-438/2025 saylı qərarı ilə təqsirləndirilən şəxs X11 barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə X11 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarını törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, azadlıqda qalarsa ibtidai araşdırmanın obyektiv aparılacağına, istintaqın gedişinə maneçilik edəcəyi, istintaq və məhkəmə orqanlarından qaçıb gizlənəcəyi, onun daimi yaşayış yerinin olmaması, iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-nin 163.1-ci maddəsinə əsasən, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Həmin Məcəllənin 163.2-ci maddəsinə əsasən, ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Azərbaycan Respublikası CPM-nin 163.4-cü maddəsinin tələbinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Məhkəmədə müəyyən olundu ki, təqsirləndirilən şəxs X11 hazırda həbsdə saxlanması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.1- 155.1.4-cü maddələrində nəzərdə tutulmuş və həbs qətimkan tədbirinin seçilməsi üçün əsas olmuş hallar hal-hazırda aradan qalxmamışdır. Ona görə də məhkəmə, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, azadlıqda qalarsa ibtidai araşdırmanın obyektiv aparılacağına, istintaqın gedişinə maneçilik edəcəyini, istintaq və məhkəmə orqanlarından qaçıb gizlənəcəyini, həmçinin onun iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunmasını, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerinin olmamasını eləcə də cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməməsini nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə təqsirləndirilən şəxs X11 müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 vəsatətini əsaslı hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155, 163, 447, 448.1.3, 452-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X11 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət təmin edilməsin. Qərarın surəti təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, müstəntiqə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilsin. Qərar elan olunduqdan sonra 3 (üç) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5117/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5117/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver