Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5124/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarix MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarix MN seriyalı ******* nömrəli qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat miqdarında cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 nümayəndəsi və vəkili Vəkil Yasamal Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza X11 şöbəsinin baş mütəxəssisi X8 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 30 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında ******* saylı protokol tərtib edilmişdir. Protokola əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 14/51, mənzil 93 ünvanında fəaliyyət göstərən obyektdə keçirilmiş yoxlama zamanı X4 lisenziya olmadan özəl tibb fəaliyyəti (lazer epilyasiya) ilə məşğul olur. Həmin protokola əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən MN № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və X7 vəzifəli şəxs kimi 5000 (beş min) manat cərimə olunmuşdur. Hesab edirlər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş MN № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, X7 VÖEN əsasında fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında fəaliyyət göstərən obyekti o, icarə müqaviləsi əsasında X6 icarəyə vermişdir. X4 ümumiyyətlə “lazer epilyasiya” avadanlığına heç bir aiddiyati olmadan vəzifəli şəxs kimi cərimə olunmuşdur. 30 iyul 2023- cü il tarixli icarə müqaviləsindən görünür ki, X9 "xxxx" markalı , X17 epilyasiya cahızını VMR Şirkətlər qrupu MMC-dən icarəyə götürmüşdür. Göründüyü kimi X4 təqsiri olmadan onun barəsində inzibati tənbeh haqqında qərar qəbul olunmuşdur. Qərar əsassız olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən MN № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarnın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan sənədlər öncədən onlara təqdim olunmamışdır, həmin sənədlərdən məlumatsız olmuşlar. Bu da həmin sənədlərin sonradan tərtib edilməsi şübhəsini doğurur. Bundan başqa qeyd etmişdir ki, məhkəməyə təqdim olunan qeyri-yaşayış sahəsinin icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Mülki Məcəlləyə edilmiş son dəyişikliyə əsasən bir ildən artıq müddətə bağlanan icarə müqavilələri notariat qaydasında tərtib və təsdiq olunmalıdır. Buna görə də şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” Publik hüquqi şəxsin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cəmi 14 kv/m olmaqla 1 otağını mülkiyyətçi X2 aylıq 300 manat məbləğində icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. İş materiallarında olan 30 iyul 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, X9 "xxxx" markalı, X16 epilyasiya cahızını "xxxx" MMC-dən icarəyə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarix MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sənədlər əsasında müəyyən edilmişdir Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi barəsində inzibati cərimə qərarı qəbul edilmiş Tünzalə Kərimovanın xüsusi mülkiyyətindədir və mülkiyyətçi kimi özünə məxsus həmin sahəni icarə müqaviləsi əsasında digər bir fiziki şəxsə yəni X6 icarəyə vermişdir, sonradan Ayşən Məmmədova "xxxx" MMC-dən icarə müqaviləsi əsasında götürmüş olduğu "xxxx" markalı, “X16” epilyasiya cahızını həmin sahədə yerləşdirməklə (quraşdırmaqla) müvafiq fəaliyyət göstərmişdir. Başqa sözlə desək həmin sənədlər əsasında müəyyən olunur ki, obyektdə lisenziyası olmadan özəl tibbi fəaliyyətlə (lazer epilyasiyası) Tünzalə Kərimovanın deyil Ayşən Məmmədovanın məşğul olması öz təsdiqin tapır. Digər tərəfdən məhkəmə qeyd edir ki, inzibati qərar qəbul edən orqan tərəfindən X4 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 14/51, mənzil 93 ünvanında yerləşən obyektdə lisenziyası olmadan özəl tibbi fəaliyyətlə (lazer epilyasiyası) məşğul olmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, yuxarıda sadalanan rəsmi sənədlərdən görundüyü kimi Həsənbəy ünvan 2 ünvanın T.Kərimovaya aidiyyəti təsdiq edilmir, inzibati protokol tərtib edilərkən və inzibati qərar qəbul edilərkən inzibati xətanın məhz həmin ünvanda törədilməsini qeyd etməklə mövcud olmayan yerdə inzibati xəta törədildiyi qənaətinə gəlinmişdir. Həmçinin inzibati xətanın törədilmə vaxtı kimi qeyd edilən tarixdə X1 olub-olmamasını, yəni qeyd olunan obyektin onun sahibliyində və istifadəsində olmasını, həmin vaxt Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 14/51, mənzil 93 ünvanında yerləşən obyektin faktiki olaraq kimə məxsus olması, fəaliyyətdə olub-olmamasını araşdırmamış və dəqiq müəyyən etmədən inzibati qərar qəbul edilmişdir. Bununla da görünür ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 210.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X4 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Halbuki inzibati xəta hadisəsinin olması və həmin hadisənin məhz X7 tərəfindən törədilməsi ilə bağlı iş materiallarına inzibati protokoldan savayı hər hansı bir digər sübut əlavə edilməmiş, nə də elə bir sübutun olduğu göstərməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən istinad etdiyi MN1743414 saylı 30 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə yeri (baş vermə yeri) kimi göstərilmış ünvanın mövcud olmayan ünvan (heç bir rəsmi sənədlə öz təsdiqin tapmayan) göstərildiyi üçün həmin sübut məhkəmə tərəfindən mötəbər hesab edilə bilməz. Məhkəmə hesab edir ki, şəxsin təqsirliliyinə dair qərar qəbul edən inzibati orqan iş üzrə bir sübut növü ilə kifayətlənməyərək İnzibati xətalar məcəlləsinin 76-cı maddəsi ilə onlara verilmiş imkanlardan yararlanaraq digər sübutlar toplayıb təqdim etmək imkanları olsa da bunu etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olması, yəni lazer epilyasiyası xidməti göstərən obyekt işlətməsi konkret müəyyən olunmamış, bu hal qərarı qəbul etmiş şəxs tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Bütün bunlar isə X4 təqsirli olmasına əsaslı şübhələr yaradır. Halbuki inzibati xətalar məcəlləsinin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də, məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 210.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsi X4 İnzibati Xətalar Məcəlləsinin məhz 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarix MN seriyalı ******* saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarix MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5124/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5124/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver