Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5128/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə müvafiq olaraq MN ******* saylı, 20 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 20 sentyabr 2024-cü il tarixli protokola əsasən Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, nə inzibati xəta haqqında protokolda, nə də protokola əlavə edilmiş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı öz əksini tapmamışdır. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ümumi sözlərlə Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı hissəsi boş qoyulmuş, onun konkret olaraq inzibati xətanın törədildiyi yeri, vaxtı, inzibati xətanın mahiyyəti və eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı protokola əlavə edilməmişdir, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 20 sentyabr 2024-cü il tarixli, 6387 saylı rəyindən görünür ki, Şəxs spektral imunnoxromotoqrafik test üsulu ilə aşkar olunmuş Opioidlərin və psixostimulyatorların tərkibinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya mərkəzində müayinədən keçməsi məsləhət görülür. Həmin ekspertiza birliyinin vermiş olduğu nəticəni aldıqdan sonra Narkoloji ekspertizasının rəyinin verilməsi mümkün ola bilər kimi qeyd edilmişdir, bütün bu göstərilən hallar xətanın mahiyyətinin aydın və dəqiq göstərilməməsinə dəlalət edir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.3-cü maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt, və bu xətanın mahiyyəti göstərilir. 100.1.7-ci maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. 100.1.10-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmasını məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokolda barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı, xətanın törədilmə vaxtı, yeri və mahiyyəti göstərilmədiyindən, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 rəyi natamam olduğundan, yəni protokol və digər sənədlər düzgün tərtib olunmadıqdan və təqdim edilmiş materiallar natamam olduqdan, yəni işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün təqdim edilmiş materiallar və protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 100 və 109-cu maddəsinə əsasən məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5128/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5128/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver