Məhkəmə qərarları › İş №3(004)-5129/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5129/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5129/2025 13.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin EQ 29587234, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin EQ 29587234, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixində verilən etibarnamə əsasında MERCEDES BENZ 1843 YÜK markalı 77LU572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran rayonun Mollakamallı kəndi Bakı istiqamətində yüklə (Atçep) dolu hərəkətdə olarkən SMS Radar vasitəsi ilə telefonuna Azərbaycan Respublikası İXMnin 353.2. maddəsi ilə xx.xx.2025-ci il tarixində 600 manat məbləğində olmaqla cərimə yazılması ilə bağlı sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi avtomobildə olan yük iriqabaritlı və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini guya aşdığı göstərilmişdir və həmin nəqliyyat vasitəsində olan yükün (Atçep) çəkisi də xx.xx.2025-ci il tarixində guya 42590 kq olduğu qeyd edilərək DİNnin Baş X7i İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ29587234 saylı elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qərarın 3-cü bəndi X1 X5 (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:

3. Kombinə edilmiş nəqliyyat vasitələri 3.1. Yəhərli avtoqatarlar üçün: ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında 36 t məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında 38 t məsafəsi 1,8dən çox olduqda ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə 40 t üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə 40 t üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə 40 t Mövcud qanunvericiliyə əsasən nəqliyyat vasitəsinin çəkisi 40000 kq, icazə verilən ümumi kütlənin 05 faizindən yuxarı olduğu, yəni 42000 kq-dan artıq olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş olardı. Belə ki, MERCEDES BENZ 1843 YÜK markalı 77LU572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsi 5 oxludur, (hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsinə ümumilikdə 40000 kq yük vurula bilər. (8000x5=40000+5%)+(2000 kq). İcazə verilən kütlə 42000 kq-dır. xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən də görünür ki, tara 11750 ka, netto 29580 kq ümumi brutto isə 41330 kq. olmuşdur. O, yolda dayanmadan hərəkət edərək 90 km yol qət edərək, Bakı “1 saylı Yol İstismarı" MMC-nin Elektron avtomobil tərəzisində yüklə birlikdə maşını çəkdirib. Həmin tərəzi qəbzində ümumi kütlə 40930 kq olub. Çəkilər arasında yaranan 400 kq fərq yanacaq sərfiyyatından və atsepin suyunun süzülməsi ilə əlaqədar yaranan fərqdir ki, bu da normal haldır. 353.2-ci maddə ilə xx.xx.2025-ci il tarixli EQ 29587234 saylı elektron qərar qəbul edilərək 600 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Bu cəriməni qanunsuz və əsassız hesab edir. Belə ki, nəqliyyat vasitəsinə icazə verilən yük üzrə parametrlər aşılmayıb. Buna görədə DİN-nin Baş X7i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29587234 saylı elektron qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:52:03-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində hərəkətdə olan “MERCEDES BENZ 1843 YÜK” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin netto çəkisi 29580 kq, ümumi brutto isə 41330 kq. olmuşdur. - "xxxx" MMC-nin ********** saylı elektron tərəzi qəbzində xx.xx.2025-ci il tarixdə, saat 03:08-də **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi kütləsi 40930 kq göstərilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29587234 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:52-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “MERCEDES BENZ 1843 YÜK” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcılı icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə Karimov Vakhid barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - BA seriyalı, 465751 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ 1843 YÜK” markalı, **-LU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 7090 kiloqram, maksimal kütləsi isə 19000 kiloqram təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “MERCEDES BENZ 1843 YÜK” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özüboşaldan iriqabaritli və ya ağırçəkili X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbz ilə xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi “MERCEDES BENZ 1843 YÜK” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi çəkisinin 40000 kiloqramdan yuxarı (42590) olduğu aşkar edilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən bu halları təkzib edən, o cümlədən xx.xx.2025-ci il tarixdə, saat 01:52-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “MERCEDES BENZ 1843 YÜK” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42590 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərə və elektron tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr (nəqliyyat vasitəsinin yük vurarkən və yükü boşaldarkən daşıdığı yüklə birlikdə çəkisi) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzinin göstəricilərinin həqiqəti əks etdirmədiyi, həmin vaxt nasaz ola biləcəyi və sözü gedən vaxt nəqliyyat vasitəsinin ümumi çəkisinin 42590 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X1 X5) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X1 X5 40 tonu aşmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbz ilə xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi “MERCEDES BENZ 1843 YÜK” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çəkisinin 40000 kiloqramdan yuxarı, yəni 42590 kiloqram olduğu aşkar edilsə də, 40 tonluq icazə verilən ümumi kütlənin 05 faizi 2000 kiloqram təşkil edir. Belə olan halda isə “MERCEDES BENZ 1843 YÜK” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42000 ton və bu çəkidən yuxarı olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərində olsa da, sonuncu Karimov Vakhid tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 01:52-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “MERCEDES BENZ 1843 YÜK” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə Karimov Vakhidin əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Karimov Vakhid barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 353.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən də, Karimov Vakhid Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin EQ 29587234, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şikayət təmin edilsin. Vakhid Karimov barəsində İXM-in 353.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin EQ 29587234, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar