Məhkəmə qərarları › İş №3(004)-513/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-513/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-513/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X14 iclas katibliyi ilə, X2 Yol Patrul Xidmətinin İnzibati qrupunun polis kapitanı X10 05 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 şikayətlə məhkəməyə müraciət edərək barəsində Yol Patrul Xidmətinin İnzibati qrupunun polis kapitanı X16 tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli, AD 742895 saylı Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Land-Cruiser” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair X7 tərəfindən X11 etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi tağım Yol patrul xidməti baş inspektor polis leytenantı X21 tərəfindən X4 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı ******* saylı protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı Protokol əsasında xx.xx.2023cü il tarixində TP ******* saylı qərar çıxarılmış, X9 xx.xx.2022-ci il tarixində, saat 16:00-da Yasamal rayonu. Kənar dairəvi yolunda Toyota Land-Crmscr minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin avadanlığının normativ tələblər pozulmaqla dəyişdirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən inzibati xəta törətdiyi müəyyən edilmişdir və 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Normanın məzmunu nəzərə alsaq, İXM-nin 342.2.2-ci maddəsinə əsasən iki əmələ görə məsuliyyət müəyyən edilib: 1) normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması; 2) normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi. Bundan başqa bu normanın konkret sürücü barəsində tətbiqi üçün sübut edilməlidir ki, həmin avadanlığı məhz bu sürücü quraşdırıb və ya dəyişdirib. Çünki norma yalnız həmin hərəkətləri etməyə və həm də yalnız onları edən şəxs üçün məsuliyyət müəyyən edir. Özü də bu əməl qəsdən törədilən əməldir. Ona görə də sürücünün bu əmələ görə tənbeh edilməsi üçün avadanlığın quraşdırılmasını və ya dəyişdirilməsini onun etdiyi sübut olunmalıdır. Eyni zamanda normanın konkret sürücü barəsində tətbiqi üçün normativ tələbləri pozmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş nəqliyyat vasitəsinin idarə olunması (istismar edilməsi) önəmli deyil. Belə ki, xx.xx.2022-ci il tarixli ******* saylı Protokol əsasında çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar ilə X9 İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozduğuna görə 150 manat cərimə olunmasına münasibətdə bildiririk ki, X6 Land-Cruiser minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində heç bir texniki tələbləri pozan, normativ qaydalara uyğun olmayan, avtomobilin görünüşünə, modelinə və ya markasına xələl gətirəcək dəyişiklik və ya hər hansı əlavələr etməyib. M.Məmmədov yalnız avtomobilin bufer və kapotunda dəyişiklik edib ki, bu dəyişiklər də “Yol hərəkəti” haqqında qanunun 1 saylı Əlavəsində göstərilən nəqliyyat vasitələrinin texniki nasazlıqları siyahısına aid edilməmişdir. İXM-nin 342.2.2-ci maddəsinin məzmununu nəzərə alsaq, nəqliyyat vasitəsində texniki vəziyyətin tələblərə uyğun olmaması, normativ tələblərin pozulması və ən əsası hər hansı avadanlığın quraşdırılıb və ya dəyişdirilməsi inzibati araşdırma aparılmadan, ekspertiza keçirilmədən mümkün olmadığından müvafiq maddə ilə protokol tərtib olunmamışdan qabaq inzibati araşdırma keçirilməli idi. Buna baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi tağım Yol patrul xidməti baş inspektor polis leytenantı X8 Xətalar Məcəlləsinin tələblərinə məhəl qoymadan heç bir əsasladırma və sübut olmadan X15 barəsində inzibati cərimə tətbiq etmişdir. Nə qərarda, nə də protokolda hansı əsasla İXM- nin 342.2.2-ci maddəsinin tələblərinin pozulması göstərilməmiş və ya hansı əlavə və dəyişikliklərin avtomobilə olunduğu qeyd edilməmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli ******* saylı Protokol əsasında xx.xx.2023-cü il tarixində verilmiş TP ******* saylı qərar Təqsirsizlik Prezumpsiyasına dair imperativ tələblər pozularaq çıxarılmışdır. Belə ki, nə X9 təqsiri sübuta yetirilməmiş, nə də ki sübuta yetirilməmiş hallar onun xeyrinə həll olunmamışdır. Göstərilənlərə əsasən Bakı şəhər Yol Patrul Xidmətinin İnzibati qrupunun polis kapitanı X16 tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Yol Patrul Xidmətinin İnzibati qrupunun polis kapitanı X10 tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X15 30 dekabr 2022-ci il tarixdə saat 16:00da “Toyota Land-Cruiser” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilən 05 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X15 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Yol Patrul Xidmətinin İnzibati qrupunun polis kapitanı X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X20 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Yol Patrul Xidmətinin İnzibati qrupunun polis kapitanı X16 tərəfindən qəbul edilmiş 05 yanvar 2023cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Yol Patrul Xidmətinin İnzibati qrupuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X9 şikayəti qismən təmin olunsun. Yol Patrul Xidmətinin İnzibati qrupunun polis kapitanı X16 tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Yol Patrul Xidmətinin İnzibati qrupuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar