Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5140/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, qərarından şikayət verilən AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin baş direktoru X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin baş direktoru X4 şikayətlə məhkəməyə müraciət edərək, AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra-İdarə) "xxxx" MMC-nin baş direktoru barəsində 21 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-ü maddəsinə (işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə) əsasən 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. İdarənin qərarı onunla əsaslanmışdır ki, “Əmək və Məşğulluq” altsistemində 09 avqust 2023-cü il tarixli monitorinq zamanı, altsistemdə toplanan məlumatlar əsasında "xxxx" MMC-nin 11 nəfər işçisinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verildiyi müəyyən edilmişdir. Hesab edir ki, İdarənin 21 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli Qərarı ləğv edilməli, inzibati tənbehin tətbiqinin ədalətliliyini təmin etmək, səlahiyyətli orqanda aparılan icraat zamanı yaranan səhvlərin qarşısını almaq məqsədilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk öncə qeyd olunmalıdır ki, müvafiq araşdırma zamanı İdarəyə zəruri sənədlər (məlumatlar) təqdim edilmiş, 11 nəfər işçiyə minimum əmək haqqı məbləğindən az məbləğdə əmək haqqının təyin edilməsi məsələsinə aydınlıq gətirilmişdir. Belə ki, ölkə üzrə minimum əmək haqqının 01 yanvar 2003-cü il tarixindən 345 manata çatdırılması barədə “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına uyğun olaraq tam iş vaxtı ərzində işləmiş hər işçinin əmək haqları ən aşağı həddə 345 manat müəyyən edilməli olduğundan “Əmək və Məşğulluq” altsistemində müvafiq dəyişikliklərin edilməsi zərurəti yaransa da, tərəfimizdən həmin 11 nəfər işçiyə münasibətdə hərəkətsizliyə yol verilmiş, müvafiq dəyişikliklər altsistemə daxil edilməmişdir. Bunlara obyektiv səbəb ondan ibarət olmuşdur ki, işçilər həmin vaxtı sosial məzuniyyətdə (Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər; Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları) və ödənişsiz məzuniyyətdə (Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ) olduqlarına görə, fiziki olaraq iş yerlərində (işdə) olmadıqlarından onların əmək müqviləsində minimum əmək haqqı məbləğinin dürüstləşməsinə dair müvafiq dəyişiklilər edilməmişdir. “Əmək və Məşğulluq” altsistemi operatoru Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olan mərkəzlədrilmiş elektron informasiya sisteminin funksional tərkibinə daxilidir. Əmək müqaviləsi bildirişləri həmin altsistemdə qeydiyyata alınmaqla hüququ qüvvəyə minir. Əmək müqaviləsi bildirişi, əmək müqaviləsindəki əsas əhəmiyyətli informasiyanı (məlumatlar, şərtlər, tərəflərin öhəlikləri) özündə əks etdirən elektron sənəddir. Aşkar mahiyyət budur ki, əmək müqaviləsi bildirişi zaman və prosedur ardıcıllığı baxımından kağız üzərində tərtib olunmuş yazılı əmək müqaviləsindən sonra, onun əasında yaranan tətbiqatdır. Eyni zamanda, yazılı əmək müqaviləsi müqavilə mahiyyətinə uyğun olaraq ikitərəfli əqddir və işçi ilə işəgötürənin iradəsini ifadə edir. Sadalanan xüsusatlara əsasən bəlli olur ki, tam iş vaxtı ərzində işləmiş hər işçinin əmək haqlarının ölkə üzrə rəsmi xarakterli minimum həddə çatdırılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi üçün işçilər də buna razılıq verməli, müvafiq dəyişikliklər kağız üzərində yazılı əmək müqaviləsində aparılmalı olduğundan həmin 11 nəfər işçinin fiziki baxımdan işdə (iş yerində) olması zəruri olmuşdur. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, işçilər sosial və ödənişsiz məzuniyyətdə olduğundan, əmək müqaviləsinə dəyişikliyin edilməsini onarm (hər birinə münasibətdə ayr-ayrılıqda) işə qayıtdığı gün üçün nəzərdə tutulmuşdur. Bundan sonra əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi “Əmək və Məşğulluq” altsisteminə daxil edilməliydi. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hisssəsinə görə əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsi yazılı formada bağlanır. Məcəllənin 46-cı maddəsinin 6-cı 2 hissəsində qeyd edilir: Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir...Əmək müqaviləsinin hüququ qüvvəyə minməsi barədə çıxış edən Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsi “...əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir ” şərtini irəli sürür. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin qərarın 2.2-2.2.3-cü bəndlərində verilmişdir: 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi ... 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi... 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi ... Qeyd olunan hüquq normalarının əlaqəli təhlilindən göründüyü kimi, faktiki iş yerində, işdə, əmək funksiyasının icrasında olmayan işçilərin iradə ifadəsi, müqavilə tərəflərinin bərabərliyi prinsipi gözlənilməklə onların əmək müqaviləsində minimum əmək haqqı ilə bağlı dəyişiklik edilməməklə və bunun nəticəsi olaraq “Əmək və Məşğulluq” altsisteminə müvafiq əmək müqaviləsi bildirişləri daxil etməməklə tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Əks təqdirdə, hərəkətsizliyimiz hər hansı faktiki vəziyyəti təzahür etməyən hərəkətlərlə əvəzlənsəydi əmək müqaviləsinin bağlanması, tərəflərin bərabərliyi barədə hüquq hipotezalarının şərtləri pozulmalıydı. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X5 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq şikayətin təmin edilməməsini və AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X3 lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi X1 iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin baş direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-ü maddəsinə (işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə) əsasən 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin baş direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-ü maddəsinə (işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə) əsasən 1000 manat məbləğində inzibati cərimə edilmişdir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin qərarın 2.2-2.2.3-cü bəndlərində verilmişdir: 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi ... 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi... 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi ... Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, faktiki iş yerində, işdə, əmək funksiyasının icrasında olmayan işçilərin iradə ifadəsi, müqavilə tərəflərinin bərabərliyi prinsipi gözlənilməklə onların əmək müqaviləsində minimum əmək haqqı ilə bağlı dəyişiklik edilməməklə və bunun nəticəsi olaraq “Əmək və Məşğulluq” altsisteminə müvafiq əmək müqaviləsi bildirişləri daxil etməməklə "xxxx" MMCnin baş direktoru X4 tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Odur ki, yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin baş direktoru X1 şikayəti qismən təmin olunsun. AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-5140/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5140/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver