Məhkəmə qərarları › İş №3(004)-5145/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5145/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5145/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, F.S.Xəlilzadə 01 fevral 2020-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsində polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X.N.Alılı tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Z.Q,Əliyev bildirmişdir ki, o, 29 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində ona məxsus “Lada Priora” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsində idarə edərkən YPX əməkdaşları xidməti avtomobil ilə qarşısını kəsərək saxlamışlar. Ona bildirdilər ki, güya maşının üzərində konstruksiya dəyişikliyi olduğuna görə avtomobil cərimə meydançasına getməlidir. Bununla razılaşmayaraq, o maşında olar istehsalçının sertifikatını təqdim etdi. Sonradan onlar yenə də təkid edərək, avtomobili cərimə meydançasına aparmaq üçün ona dedilər ki, sükana otursun özü sürüb ora getməlidir. O isə öz növbəsində xahiş elədi ki, protokol tərtib olunsun sonradan getsinlər cərimə meydançasına.O, həmin vaxt polis əməkdaşlarından saxlanma səbəbin soruşduqda polis əməkdaşları həç Məhz buna görə aralarında qısa müddətli mübahisə yarandı. Sonradan YPX-nin əməkdaşların müşayəti ilə cərimə meydançasına gedib avtomobilini orada saxladı və 27-ci PB-nə aparıldı. Göründüyü kimi onun əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə prosesində şahid qismində iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin yolpatrul xidmətinin inspektoru X2 öz izahatında bildirdi ki, xx.xx.2022-ci il saat təxminən 21:05-də Statistika dairəsində Lada markalı **-XH-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsünü konstruksiya dəyişikliyi etdiyi üçün onlar tərəfindən saxlanılmışdır. Sürücüyə avtomobilin duracağa yerləşdiriləcəyini bildirdilər.Lakin sürücü tabesizlik göstərməyə başladı. Dəfələrlə polisin qanuni tələbinə tabe olmağa dəvət etsələrdə sürücü tabe olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində özünə məxsus “Lada Priora” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsində idarə edərkən YPXnin əməkdaşları xidməti avtomobil ilə onun qarşısını kəsərək saxlamışlar. Ona bildirdilər ki, güya maşının üzərində konstruksiya dəyişikliyi olduğuna görə avtomobil cərimə meydançasına getməlidir. Bununla razılaşmayaraq, o maşında olar istehsalçının sertifikatını təqdim etdi. Sonradan onlar yenə də təkid edərək, avtomobili cərimə meydançasına aparmaq üçün ona dedilər ki, sükana otursun özü sürüb ora getməlidir. O isə öz növbəsində xahiş elədi ki, protokol tərtib olunsun sonradan getsinlər cərimə meydançasına. Məhz buna görə aralarında qısa müddətli mübahisə yarandı. Sonradan YPX-nin əməkdaşların müşayəti ilə cərimə meydançasına gedib avtomobilini orada saxlamışdır və 27-ci PB-nə aparılmışdır Bələliklə Şəxs tərəfindən polisin qanuni tələbləri tam şəkildə icra olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZA 003872 saylı inzibati qaydada tutma protokolubdan görünür ki, vətəndaş Şəxs azadlığı 23:00-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin və o dərhal məhkəmə iclas zalından azad olunsun. Qərardan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar