Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5145/2025 08.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hakimi X1, X4 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı baxaraq, MÜƏYYƏN ETDİM: 05 avqust 2025-ci il tarixdə, X4, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 16-1- 128268 saylı və EQ 27734346 saylı , xx.xx.2025-ci il tarixli qərarlarla bağlı şikayətə baxılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, şikayət düzgün tərtib olunmamış, barəsində şikayət verilən qərarı nə vaxt almasına dair sənəd və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti iş materiallarına əlavə olunmamışdır. Həm də qərarlardan görünür ki, inzibati xətalar müxtəlif ərazilərdə və müxtəlif vaxlarda törədilmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərarlardan X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalı qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, hər bir qərardan ayrılıqda adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən xx.xx.2025-ci il tarixli, 16-1-128268 saylı və EQ 27734346 saylı, xx.xx.2025-ci il tarixli qərarlardan verilmiş şikayət geri qaytarılsın. X3 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hər bir qərardan ayrılıqda adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5145/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5145/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver