Məhkəmə qərarları › İş №3(004)-5152/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5152/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5152/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru X2) tərəfindən Şəxs barəsində İXM-in 529.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4249/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, müxtəlif bəhanələrlə icradan yayınmışdır. Bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Buna görə də borclu barəsində qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı icra məmuru bildirmişdir ki, icraata başlama barədə xx.xx.2023-cü il tarixdə qəbil edilmişdir və həmin tarixdə bu barədə bildiriş borcluya göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, bildirişlər ona çatdırılmamışdır. Barəsində olan icra sənədindən xəbərdar deyil. Barəsində olan icra sənədindən və bildirişdən yalnız icra şöbəsində olarkən izahat verərkən məlumat verilib. Həmin tarixdən əvvəl ona bu barədə hər hansı bir məlumat verilməyib, rəsmi qaydada bildiriş çatdırılmayıb. Ona görə də o həmin icra sənədini icra etməkdən yayınmamışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Yəni şəxsin əməlində İXM-nin 529.1-ci maddəsindəki inzibati xəta tərkibi yaranması üçün, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməlidir. Bununla da hazırkı xx.xx.2023-cü il tarixli cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qüvvəyə minməli, bundan sonra 03 ay müddətində həmin cərimə qərarı icra edilməməlidir ki, şəxsin əməlində İXM-nin 529.1-ci maddəsinin tərkibi yaransın. Lakin hazırkı icra edilməmiş qərar səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı deyildir. Həmin qərar məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(004)-4249/2023 saylı cərimə qərarıdır. Həmin cərimə qərarı icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə icra məmurunun qərarı ilə icraata başlanılmışdır. Bundan əlavə 529.1-ə əsasən qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində ödəməməsi həmin maddənin tərkibini yaratsa da, hazırkı iş üzrə müəyyən edilir ki, həmin cərimə qərarının tarixindən 3 ay keçməyib. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən işin məhkəmədə icraatını rədd edən hallar vardır. Lakin iş artıq məhkəməyə göndəridiyi üçün, həmin işin icraatına hazırlıq mərhələsində xitam verilməlidir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar