Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5152/2025 08.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 iclas katibliyi, Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (tələbkar) X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 08 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-652/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs övladları 14 oktyabr 2018-ci il təvəllüdlü X8 və 16 avqust 2020-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək, habelə “Yeni il”, “Novruz”, “Qurban”, “Ramazan” bayramı günlərində 1 gün (həmin bayramların ikinci günü) saat 11:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 11:00da cavabdeh X9 tərəfindən iddiaçı Şəxs oğluna, həmin gün saat 19:00-da isə eyni ünvanda iddiaçı Şəxs tərəfindən cavabdeh X5 təhvil verilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, qətnamə ilə uşaqla ünsiyyət müəyyən edilmişdir. Uşaqla görüş baş tutmuş, 6-cı gün Şəxs uşağı görüşdən gətirməmişdir. Hazırda tərəf şikayətçidir. İnzibati xəta törətmiş şəxs barəsində tənbeh tətbiq edilməsini xahiş edir. Belə ki, qətnamədə görüşün icra qaydası da müəyyən edilmişdir, yəni günün sonunda uşaq anasına təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 bildirmişdir ki, bu vəziyyətdən çox yorulub. Uşaqla görüş tələbi təmin olunub. O, hər dəfə qorxur ki, uşağı ilə görüşüb, qaytarmayacaq. Hər dəfə icra şöbəsinə müraciət etməli deyil. İcra sənədi vaxtlı-vaxtında icra olunsun. Uşaq deyir ki, ataları onları öyrədir. Analarını istəməsinlər. Uşağa psixoloji təsir edir. Uşaqların 5 və 7 yaşları var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, uşaq burdadır. Analarının yanında uşaq həmişə ağlayır. Onun yanında deyirlər ki, analarını istəmirlər. Anaları onunla vaxt keçərməklərinə əsəbiləşir. Onları öyrədir ki, atalarını istəməsinlər. Uşaq qayıtmaq istəmir. Həmçinin qarşı tərəf ünvanını dəyişib. O, ata olaraq xəbərdar olmalıdır ki, uşaqlarını himayə edən şəxs harada yaşayır. Səvxan müəllimə də bunları bildirmişdir. Hər zaman kamera görüntüsü tələb edir. Uşağın təhvil verilməməsi isə ona görədir ki, uşaq anasına getmək istəmir, onunla qalmaq istəyir. Hazırda uşağı anasına verməyə etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ŞəxsAzərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 652/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs övladları 14 oktyabr 2018-ci il təvəllüdlü X8 və 16 avqust 2020-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək, habelə “Yeni il”, “Novruz”, “Qurban”, “Ramazan” bayramı günlərində 1 gün (həmin bayramların ikinci günü) saat 11:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 11:00-da cavabdeh X9 tərəfindən iddiaçı Şəxs oğluna, həmin gün saat 19:00-da isə eyni ünvanda iddiaçı Şəxs tərəfindən cavabdeh X5 təhvil verilməlidir. İcraata başlama haqqında 16 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan icra məmuru Səvxan Abasov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Yasamal RİH-nin Uşaqlarla iş üzrə komissiyasının məsul katibi X13 Rayon İcra şöbəsinin müraciəti əsasında xx.xx.2025-ci il tarixdə 14 oktyabr 2018-ci il təvəllüdlü X8 və 16 avqust 2020-ci il təvəllüdlü X10 ilə ataları Şəxs ünsiyyətdə olma prosesində iştirak etmişdir. Proses zamanı cavabdeh, azyaşlılar və ataları ilə tək söhbət etmişdir. Söhbət zamanı azyaşlı Ağayeva Zeynəb atasını az istədiyini, lakin görmək istəmədiyini demişdir. Həmçinin atasının anasını 2 yaşında olanda vurduğunu demişdir və bu qənaətə gəlmişdir ki, azyaşlının danışdığı bəzi sözlər ailə tərəfindən öyrədilmişdir. Ağayeva Məleykə söhbət zamanı atasını çox istədiyini bildirmişdir. Cavabdeh Zərərçəkmiş şəxs isə uşaqlarının ataları ilə görüşməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra videoçəkiliş ilə görüş keçirilmişdir. Uşaqlarla atalarının görüşündə ev tərəfindən öyrədilmədir. İş materiallarında olan icra məmuru Səvxan Abasov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:00-da borclunun yaşadığı ünvanda iki azyaşlı uşaqları ilə görüşmək üçün Şəxs həmin ünvana getmişdir. Kiçik qızı 16 avqust 2020-ci il təvəllüdlü X10 onunla getmək istəsə də, lakin böyük qızı 14 oktyabr 2018-ci il təvəllüdlü X8 babası ilə aralarında olan xx.xx.2025-ci il tarixli münaqişəni səbəb göstərərək onunla görüşdən imtina etmişdir. Qeyd edilənlər Z.Ağayevanın şahidliyi ilə baş vermişdir, videoçəkilişlər mövcuddur. Z.Ağayeva ilə əlaqə saxlanılıb uşağın görüşmək istməməsinin səbəbi soruşulduqda, o onun əlaqəsinin olmadığını, heç bir təzyiq göstərilmədiyini bildirmişdir. İş materiallarında olan icra məmurları Səvxan Abasov və Anar Əyyubov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Şəxs könüllü olaraq övladları 14 oktyabr 2018-ci il təvəllüdlü X8 və 16 avqust 2020-ci il təvəllüdlü X6 anasına təhvil vermək üçün icra şöbəsinə gətirərək anasına təhvil verdi, lakin uşaqlar anası Zəhra Ağayeva ilə getmək istəmədiklərini, atası ilə getmək istədiklərini bildirmişdirlər. Səbəb isə onu göstərmişdirlər ki, uşaqlar analarına ataları ilə birlikdə getmək istədiklərini bildirdikdə o, onlara cəza vermiş, evdən qovmaqla hədələmiş, planşet və telefon verməyəcəyini, TVyə baxmayacaqlarını, həyətə oynamağa düşməyəcəklərini bildirmişdir. İş materiallarında olan icra məmurları Səvxan Abasov və Anar Əyyubov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-652/2025 saylı məhkəmə qərarının icra olunması üçün hər iki tərəf Yasamal Rayon İcra Şöbəsinin inzibati binasına gəlmişlər. Şəxs iki övladına xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək baxmış. Daha sonra könüllü olaraq övladları 14 oktyabr 2018-ci il təvəllüdlü X8 və 16 avqust 2020-ci il təvəllüdlü X6 analarına təhvil vermək üçün icra şöbəsinə gətirərək analarına təhvil vermişdir. Beləliklə, müəyyən edilmişdir ki, 2(004)-2328/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-652/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs övladları 14 oktyabr 2018-ci il təvəllüdlü X8 və 16 avqust 2020-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək, habelə “Yeni il”, “Novruz”, “Qurban”, “Ramazan” bayramı günlərində 1 gün (həmin bayramların ikinci günü) saat 11:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 11:00-da cavabdeh X9 tərəfindən iddiaçı Şəxs oğluna, həmin gün saat 19:00-da isə eyni ünvanda iddiaçı Şəxs tərəfindən cavabdeh X5 təhvil verilməlidir. İcra sənədi üzrə 16 may 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin Şəxs icra sədənədinin tələbini pozmuş, iş materiallarına əlavə edilən sübutlar bunu tam olaraq təsdiq edir. Belə ki, icra sənədi üzrə uşaqla ünsiyyət vaxtı müəyyən edilmiş və həmin vaxt bitdikdən sonra uşaq anasına təhvil verilməlidir. Məhkəmə iclasında isə müəyyən edilir ki, uşaq bir neçə gündür ki, anasının yanına gəlməyib, atasında qalmışdır. Məhkəmə iclasında azyaşlı 16 avqust 2020-ci il təvəllüdlü X10 anasına təhvil verilmişdir. Beləlikə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5152/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5152/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver