Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5156/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X4 X1 inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək qənaətə gəlir ki, şikayətə baxılması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, şikayətçi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət edərək protokolun ləğv edilməsini xahiş etmişdir. Barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş qərar isə şikayətə əlavə edilməmişdir. Həmçinin qərarın surətinin alınması üçün şikayətçinin özünün səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etməsi, lakin qərarın surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut da əlavə edilməmişdir. Şikayətçi özü qərarın surətinin alınması üçün həmin səlahiyyətli orqana müraciət etməli, qərarın surətini aldıqdan sonra, məhkəməyə həmin qərardan şikayət verə bilər. Əgər səlahiyyətli orqan qərarın surətinin şikayətçiyə verilməsindən imtina edərsə, şikayətçi yuxarı səlahiyyətli orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bundan başqa o da qeyd edilməlidir ki, qərarın mövcudluğu məsələsinə dair məhkəmədə tam hüquqi aydınlıq yaranmamışdır. İnzibati xəta haqqında tərtib edilmiş protokol əsasında səlahiyyətli orqan tərəfindən araşdırma aparılır, hadisənin baş vermə faktı qiymətləndirilir və nəticədə hüquqi qiymət verilərək müvafiq qərar qəbul olunur. Beləliklə protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid olmadığı üçün şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5156/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5156/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver