Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5175/2022 04.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:20 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində özünə məxsus “VAZ-21074 minik” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili mövcud standartlara uyğun olmadığına, əlavə avadanlıq quraşdırıb ön hissəsini yuxarı qaldırdığına görə polis əməkdaşları tərəfindən saxlanılmış, ona yaxınlaşıb sənədləri təqdim etməyi bildirilmiş, sənədlərin üzərində olmadığını bildirdi. Bord komyuter vasitəsilə sürücünün şəxsiyyəti müəyyənləşdirilmiş, nəqliyyat vasitəsinə baxış zamanı kustar üsulla örütüyün olduğu da aşkarlandı. Həmçinin nəqliyyat vasitəsində oxa düşən kütlə parametrlərinin pozulduğu da aşkarlandı. Nəqliyyat vasitəsi Yasamal rayonunda yerləşən mühafizə olunan duracağa yerləşdirildi. Bu zaman sürücü avtomobilini qəflətən surətlənməklə təkərləri yolun səthi ilə sürtünmə səslərini çıxarıb yerdə olan çınqıl daşlarını duracaqda olan digər nəqliyyat vasitələrinə maddi zərər vurdu. Həmçinin ekelədiyi hərəktlərinə haqq qazandıraraq, polis əməkdaşının ünvnaına səslənərək yaxşı edirəm, pulum var edəcəm, siz mənə heç nə edə bilməzsiniz deyib, öz hərəkətlərini davam etdirmişdir. Bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. Bununla da o, İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin inspektoru Muxtar Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də avtomobilinin ön hissəsi qaldırıldığı üçün pols əməkdaşı ona soxlyıb duracağa aparmışdır və duracaqda avtomobilinə anidən sürət verərək, yerindən götürmüş, həmin yerdən uzaqlaşmaq istəmiş, lakin əməkdaşlar onu saxlamışlar. əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Etdiy hərəkətlərinə görə peşmançılıq keçirir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin inspektoru Muxtar Məmmədov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:20 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində özünə məxsus “VAZ- 21074 minik” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili mövcud standartlara uyğun olmadığına, əlavə avadanlıq quraşdırıb ön hissəsini yuxarı qaldırdığına görə polis əməkdaşları tərəfindən saxlanılmış, ona yaxınlaşıb sənədləri təqdim etməyi bildirilmiş, sənədlərin üzərində olmadığını bildirdi. Bord komyuter vasitəsilə sürücünün şəxsiyyəti müəyyənləşdirilmiş, nəqliyyat vasitəsinə baxış zamanı kustar üsulla örütüyün olduğu da aşkarlandı. Həmçinin nəqliyyat vasitəsində oxa düşən kütlə parametrlərinin pozulduğu da aşkarlandı. Nəqliyyat vasitəsi Yasamal rayonunda yerləşən mühafizə olunan duracağa yerləşdirildi. Bu zaman sürücü avtomobilini qəflətən surətlənməklə təkərləri yolun səthi ilə sürtünmə səslərini çıxarıb yerdə olan çınqıl daşlarını duracaqda olan digər nəqliyyat vasitələrinə maddi zərər vurdu. Həmçinin ekelədiyi hərəktlərinə haqq qazandıraraq, polis əməkdaşının ünvnaına səslənərək yaxşı edirəm, pulum var edəcəm, siz mənə heç nə edə bilməzsiniz deyib, öz hərəkətlərini davam etdirmişdir. Bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:20 radələrində “VAZ-21074 minik” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 13:50 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 511.1.3cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 13:50 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5175/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5175/2022
04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver