Məhkəmə qərarları › İş №3(004)-519/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-519/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-519/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı elektron qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı elektron qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 istifadəsində olan “Mercedes Benz C200 CDİ ” minik markalı 90LS927 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri Şirin Mirzəyev 104, GPS640.4164322,49.9368991 ərazisində yolayrıcını keçmə qaydalarının pozulmasına görə barəsində Bakı şəhər DYPİ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə elektron qərar çıxarılmışdır. Göründüyü kimi Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (fiziki şəxs kimi) X2 barəsində qəbul edilmişdir. Təqdim edilmiş sənədlərdə inzibaiti xətanın törədildiyi yer kimi Bakı şəhəri Şirin Mirzəyev 104 ünvanı qeyd edildiyindən və həmin inzibati ərazı Bakı şəhəri, Nizami rayonunun ərazisi olduğundan hazırkı şikayətə həmin ərazidə fəaliyyət göstərən məhkəmədə baxılmalıdır. Digər tərəfdən elektron məhkəmə informasiya sisteminin məlumatlarından görünür ki, X2 ünvan 3 ünvanında qeydiyyata alınmışdır. Lakin E.Bağırov hazırki şikayətində işə onun yaşayış yerində baxılması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə yeri Bakı şəhəri Nizami rayonu ərazisidir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı elektron qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar