Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5192/2022 18.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditini aparmamışdır. Bununla da o, İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, MN №1262339 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 bildirdi ki, protokolla razı deyillər. Belə ki, "xxxx" MMC şirkəti ümumdünya üzrə xaricdə yerləşən NOKİA şirkətimnin törəmə şirkətlərindən biridir, müxtəlif ölkələr üzrə yüzlərlə belə şirkəti vardır. NOKİA şirkəti tərəfindən illik audit yoxlaması aparılmışdır və həmin yoxlama Bakı şəhəri üzrə "xxxx" MMC-ni də əhatə edir. Bu barədə sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi bildirdi ki, X2 bildirdi ki, "xxxx" MMC şirkətinin özünün auidit yoxlaması keçirilməmişdir. Həmin şirkətin nümayəndəsi bildirsə də ki, bu şirkət ümumdünya üzrə Nokia şirkətinin törəməsidir, lakin həmin ümumdünya üzrə Nokia şirkətinin də illik auidit yoxlamasında "xxxx" MMC şirkətinin adı qeyd edilməmişdir, "xxxx" MMC şirkətinin maliyyə vəziyyətini əks etdirək auidit yoxlamasının keçirilməsinə dair məhkəməyə sübut təqdim edilə bilməmişdir. Ona görə də inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin "xxxx" MMC şirkətinin nümayəndəsi məhkəməyə “Financial statemants” adlı sənəd təqdim etsə də, həmin sənəddə məhz "xxxx" MMC-yə aid hər hansı bir auidit yoxlamasının keçirilməsi qeyd edilməmişdir,həmin sənəddə "xxxx" MMC-nin adı qeyd edilməmişdir, ümumiyyətlə "xxxx" MMC-yə aid hər hansı bir maliyyə məlumatları həmin sənəddə əks etdirilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5192/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5192/2022
18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver