Məhkəmə qərarları › İş №3(004)-52/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-52/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-52/2025 14.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14 ünvanında olan Şəxs MMC (VÖEN: **********) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 4489400.00 (dörd milyon dörd yüz səksən doqquz min dörd yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" MMC-də olan bank hesabından 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 4489400.00 (dörd milyon dörd yüz səksən doqquz min dörd yüz) ABŞ dolları məbləğindən qalıq qalmış 69002.75 (altmış doqquz min iki dollar yetmiş beş sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, "Azəralüminium” MMC dövlətə məxsus olmaqla Respublika üçün strateji əhəmiyyətə malik və ölkədə 1200 nəfərdən artıq şəxsin məşğulluğunu təmin edən istehsal müəssisəsidir. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamenti tərəfindən "Azəralüminium” MMC barəsində İXM-in 430.4cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "Azəralüminium” MMC 4489400,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "Ziraat Bank Azərbaycan” ASC-də olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı qündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həminməbləğin 69002,75 ABŞ dolları hissəsində olan məbləğə hesabına alınan malların ölkəyə idxal edilmədiyindən banka təqdim edilməmiş, həmçinin qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. "Azəralüminium” MMC 04 mart 2022-ci tarixli gil-torpaq alışı müqaviləsi çərçivəsində "Trafigura PTE LTD”-yə ödənilmiş məbləğ qarşılığında müvafiq qaydada və çəkidə 10000 ton gil-torpaq malı göndərmə limanından göndərilmişdir. Gil-torpaq malı spesifik olduğundan (səpilən mal, məsələn qum kimi) və onun daşıması, yükləmə-boşaldılması zamanı təbii itkilərin yaranması adət halında olduğundan, "Azəralüminium” MMC və "Trafigura PTE LTD” arasında imzalanmış müqavilə üzrə təbii itkilərin müəyyənləşdiriləsi və bu faktları bitərəf olan şirkət tərəfindən təsdiq olunması məqsədilə bu cür hallarda müstəqil ekpertizanın keçirilməsində ixtisaslaşmış və dünya bazarında bu istiqamətdə ən etibarlı və peşəkar şirkətlərdən biri olan İşveçrənin şirkəti "SGS” vasitəsilə inspeksiyalar keçirilmişdir. O cümlədən, sözügedən göndərmə üzrə də "SGS” vasitəsilə ekspertiza (inspeksiya) keçirilçmişdir. Ekspertizanın (inspeksiyanın) keçirilməsi aşağıdakılardan ibarətdir: 1.Gəminin yükləmə limanında çəkinin müəyyən edilməsi; 2.Gəminin çatdırılma limanında çəkinin müəyyən edilməsi (çəkinin çoxalıb azalmasına təsir edən hallar olduqda həmin hala dair müfaviq məluamtın verilməsi); 3. Gəminin boşaldılması və yük daşıyan qatarlara yüklənməsi zamanı baş verən itkilərin beynəlxalq normalara uyğun olubolmamasının müəyyən edilməsi (mallar səpilən olduğundan malların bir yerdən digər yerə boşaldılması və yüklənməsi zamanı təbii itkilərin norma çərçivəsində olması), gündəlik hava şəraitinin müəyyən edilməsi (mallar səpilən olduğundan yükləmə boşaldmaya hava şəratinin təsiri olur, məsələn hava küləkli olduqda mallarda yaranan təbii itki normadan artıq ola bilər, hətta külək həddindən artıq güclü olduqda, tufan olduqa inspeksiya şirkəti (SGS) tərəfindən yükləmə-boşaltma dayandırıla da bilər); 4.Nəticədə qatarlara yüklənmiş gil-torpaq malının Poti limanında kalibrləşdirilmiş tərəzilərdə çəkisinin müəyyən edilməsinə nəzarət etmək (həmin tərəzilər ağır ölçüləri müəyyən etdiyindən həmin tərəzilər 100-200 kiloqrama həssaslığı yoxdur, yəni 100-200 kiloqram çəkidə səhv etməsi qəbul olunandır). Dünyada səpilə bilən malların və onlara daxil olan gil-torpaq malının daşınması yüklənməsi və boşaldılması zamanı təbii itkilərin müəyyən edilməsi və onların normalarının müəyyən edilməsinə dair müxtəlif tənzimləyici aktlar mövcuddur. Onlara İMSBC Kodeksi (X2 X9), Birləşmiş Millətlər Təşkilatının X4 (UN ECE Code of Uniform Standards for Draught Surveys), Rusiya Federasiyanın normativləri (Приказ Министерства транспорта РФ № 36 от xx.xx.2001), X3 (REACH, EN 12390), ABŞ normativləri (OSHA, ASTM) daxildir. Qeyd olunan hər bir normativ üzrə səpilən, o cümlədən gil-torpaq malının daşınması, boşaldılması və yüklənməsi zamanı baş verə biləcək təbii itkilər və onların minimallarışdırlması üçün görüləcək tədbirlər ilə bağlı normativlər müəyyən edilmişdir. Qeyd olunması zəruridir ki, Azərbaycan Respublikasında hazırda qeyd olunan halları tənzimləyən müvafiq normativ¬akt mövcud deyildir, lakin SSSR-i tərəfindən təsdiq edilmiş və vaxtilə Azərbaycanda qüvvəsi olan müvafiq GOST-lar mövcud olmuşdur ki, onlarlda yuxarıda sadalanan normativlərdən irəli gələn təbii itkilərin yaranması halını təsdiq edir. Hər bir normativ fərqli regionlara aid olsa belə ümumi qaydaları bir-birinə uyğunluq təşkil edir. Həmin normativlərdən müəyyən etmək olar ki, gəminin səpilən mallarla yüklənməsi və boşaldılması zamanı itkilərin olması normal olmasına baxmıyaraq, hava şəratinindən asılı olaraq təbii irkilərin faiz dərəcəsi artıqda ola bilər. Həmçinin, qatarlara həmin malların yüklənməsi zamanı təbii itkilərin olması adət və normal hal kimi qiymətləndirir. Ümumilikdə qarışıq daşımaları (gəmi və dəmir yolları, konkret olan haldaki qaydada) itkilərin 1-1,5% olması yuxarıda sadalanan normativlərə uyğun olaraq standart hal kimi qiymətləndirilir və həmin itkilər təbii olması səbəbindən tərəflərin bununla bağlı iddialarını istisna edir. Yuxarıda sadalanan mərhələlər üzrə "SGS” tərəfindən mövcud məsələyə dair keçirilmiş espertiza və inspeksiyaların nəticəsində müəyyən edilmiş halları aşağıda diqqətinizə təqdim edir: 1. Göndərmə limanında gəmiyə 10000 ton gil-torpaq malı yüklənərək yola salınmışdır; 2. Çatdırılma limanına (Poti limanında) gəmi çatanda gəmidə olan gil-torpaq malının çəkisi 10013,55 ton olmuşdur. 13,55 ton artıq müəyyən edilmişdir. Artıq malın çatdırılması gəminin yolda olduğu vaxtda gil-torpağın nəmlik dərəcəsinin artması səbəbindən yaranmışdır; 3. SGS tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, inspeksiya gündəlik keçirilib və gəminin boşaldılması xx.xx.2022-ci il tarixdə başlayıb və xx.xx.2022- ci il tarixədək davam edib və hər tarixə uyğun hava şəraiti qiymətləndirilib və boşaldma-yükləmə prosesinə nəzarət edilib və baş vermiş itkilərin təbii itki normalarında kənar olmadığı müəyyən edilib. Bu faktları təsdiq edən müvafiq foto şəkil və video görüntülər SGS tərəfindən təqdim edilib; 4. İnspeksiyanın sonuncu mərhələsi olaraq qatarlara yüklənmiş (ümumilikdə 152 qatara yüklmə baş vermişdir) gil-torpağın çəkisinin kalibrləşmiş tərəzilər vasitəsilə ölçülərək təbii itkilərin norma çərçivəsində olması müəyən edilmişdir. Boşaldma-yükləmədən sonra qatarlara yüklənən malların 9849,37 ton olduğu müəyyən etmişdir. Bu isə "Trafigura PTE LTD” tərəfindən təqdim olunmuş konosamentdə (Bill of lading B/L) qeyd olunan (10000 ton) çəkidən 150,63 ton təbii itkinin baş verdiyini özündə göstərir. İnspeksiya bitdikdən sonra hər vaqon üzrə qatar fakturası (накладная для отправителя) təqdim olunur və hər fakturada digər məlumatlarla bərabər, yükləmə zamanı müəyyən edilmiş malın çəkisi qeyd olunur. Qeyd olunan fakturalar əsasında qatarlar (152 qatar) Potidən Gəncə şəhərinə yola düşür və həmin fakturalar əsasında vaqonlar üzrə (5-15 vaqonlarda olan malların cəmi) mallar gömrük orqanlarına bəyan edilir. "Trafigura PTE LTD” tərəfindən faktiki 10000 ton malın göndərilməsinə baxmayaraq, malların Gömrük orqanlarına bəyan edilməsi faktiki qatarlara yüklənmiş malların cəmi ilə müəyyən edilir. Burada isə təbii itkilər səbəbindən malların çəkisində qəbul olunan miqdarda azalmaların olması nə "Trafigura PTE LTD”in nə də ki, "Azəralüminium” MMC-nin təqsirinin olmasını özündə əks elətdirmir. Normal mülkihüquq münasibətlər çərçivəsində təbii itkilərin yaranması halının səpələnən malların (giltorpağ) daşınması zamanı yaranma halına hamı üçün məlum olan faktdır (burada forsmajor və ya digər hallar mövcud deyildir) və bu halın, təbii itkinin qarşısının alınması üçün "Azəralüminium” MMC tərəfindən edilə biləcək üsul və texniki mümkünlüklərin olmadığını nəzərə alaraq, təbii itkilər nəticəsində yaranmış çəki azalması nəticəsində ödənilmiş məbləğdən az miqdarda malın "Azəralüminium” MMC-yə çatdırılması Şəxs MMC-nin İXMnin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolda göstərilən əməldə hər hansı bir təqsiri olmadığı qənaətindədirlər. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokola əsasında başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan "xxxx" ASC-nin 16 noyabr 2022-ci il tarixli xarici valyutada köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin bank hesabından "Trafigura PTE LTD” şirkətinin bank hesabına xx.xx.2022-ci il tarixli 5xx-xx-671942-S nömrəli müqaviləyə və xx.xx.2022-ci il tarixli PTESİ1158340 nömrəli invoysa əsasən 4489400.00 (dörd milyon dörd yüz səksən doqquz min dörd yüz) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, Şəxs MMC ilə “Valtemo Plastik Sanayi A.Ş.” şirkəti arasında xx.xx.2022-ci il tarixli 5xx-xx-671942-S nömrəli müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli PTESİ1158340 nömrəli invoysa əsasən malların ümumi dəyəri 4489400.00 (dörd milyon dörd yüz səksən doqquz min dörd yüz) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən "xxxx" MMC vasitəsi ilə “Trafigura PTE LTD” şirkətinin hesabına bağlanmış müqavilə əsasında 16 noyabr 2022-ci il tarixdə 4489400.00 (dörd milyon dörd yüz səksən doqquz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti sifariş verilmiş malların dəyəri olaraq köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 4489400.00 (dörd milyon dörd yüz səksən doqquz min dörd yüz) ABŞ dolları dəyərində vəsaitdən qalıq qalmış 69002.75 (altmış doqquz min iki dollar yetmiş beş sent) ABŞ dolları məbləğində vəsait hesabına mallar “Trafigura PTE LTD” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına idxal edilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 69002.75 (altmış doqquz min iki dollar yetmiş beş sent) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 13800.55 (on üç min səkkiz yüz dollar əlli beş sent) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar