Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5215/2024 22.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-in direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin direktoru X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, MN №1613788 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək 900 manat məbləğində cərimə edilmişdir. O, sözügedən qərarla razı deyil. Belə ki, qərar onun rəhbərlik etdiyi mərkəzin rəsmi nümayəndəsinin iştirakı ilə qəbul edilsə də, tərəfindən təqdim olunan sübutlar nəzərə alınmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, barəsində aparılmış inzibati xəta haqqında icraatın başlanmasına səbəb vətəndaşlar X10 və X5 şikayətləri olmuşdur. X14 rəhbəri olduğu Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 saylı Şəhər Poliklinikasında işləmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilən gün, yani xx.xx.2024-cü il tarixdə son haqqhesab sənədləri mühasibatlığa təqdim edilmişdir. 1 iyul 2024-ci il tarixdə ödəniş sənədləri hazır edilmiş, lakin müəssisədə çalışan işçilərin əmək haqqları onlardan asılı olmayan səbəblərdən iyulun 6-sı axşam saatlarında açıldığından və sonrakı gün bazar gününə təsadüf etdiyindən vətəndaşın son haqq hesabı 8 iyul tarixində onun bank kartı hesabına köçürülmüşdür. X11 rəhbəri olduğu Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 2 saylı Birləşmiş Şəhər Xəstəxanasında işləmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilərkən son haqq hesab sənədləri Mərkəzin mühasibatlığına xx.xx.2024-cü ildə təqdim edilmişdir. Əmək haqqları ilə bağlı yuxarıda qeyd edilən hal yaşandığından X2 haqq hesabı 8 iyul tarixində onun bank kartı hesabına köçürülmüşdür. X7 əmək məzuniyyətinə dair kompensasiya Mərkəz tərəfindən hesablanaraq qanunvericiliyə uyğun şəkildə verilmişdir. Göründüyü kimi, inzibati xətanın tərkibini yaradan son haqq hesabının 7 gün gec ödənilməsi tərəfindən qəsdən törədilməmiş, müəssisələrin maaşları gec açıldığından son haqq hesabın verilməsi ləngimişdir. Belə olan halda onun inzibati məsuliyyətə cəlb edilməyi qanunsuz və əsassızdır, belə ki yalnız İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Son haqq hesabların gec verilməsi onlardan asılı olmayan səbəblərdən baş verdiyindən hesab edir ki, inzibati xəta törətmədiyindən barəsində inzibati tənbeh vermə haqqında qərarın verilməsi qanunsuz və əsassızdır. Odur ki, hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Hər hansı bir inzibati xəta törətmədiyi halda barəsində əsassız olaraq protokol tərtib edilib cərimə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN №1613788 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X3 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin direktoru X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, vətəndaş X10 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində X5 əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixdə xitam verilərkən son haqq-hesabları gecikdirilərək ödənilmiş, eyni zamanda M.Məmmədovanın əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrində nəzərdə tutulan əmək məzuniyyətinə dair kompensasiya düzgün şəkildə hesablanmamışdır. Buna görə də AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin direktoru X15 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati qərar qəbul edilmiş şəxs öz şikayətində törətmiş olduğu inzibati xətanı bir daha təsdiq etmişdir. Belə ki, şikayət ərizəsində qeyd edilmişdir ki, 3 saylı Şəhər Poliklinikasında işləmiş X14 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyi halda 8 iyul tarixində onun bank kartı hesabına köçürülmüşdür, X7 isə xx.xx.2024-cü il tarixində xitam verilərkən son haqq-hesab gecikdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzşbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun və Konstitusiya məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayyət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X15 tərəfindən kobudcasına pozulmuşdur. «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin direktoru X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin direktoru X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5215/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5215/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver