Məhkəmə qərarları › İş №3(004)-5224/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5224/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5224/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Bəxtiyar Mirzəyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən vəzifəli şəxs - “X180” MMC-nin direktoru Şəxs Zərərçəkmiş şəxs sosial yardımın ödənilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına köməklik etmək üçün 2024cü ilin avqust-sentyabr ayları ərzində dövlətə olan borcun ödənilməsi adı altında ayrıayrılıqda 500 manatdan artıq olmayan məbləğdə pul vəsaitini alaraq dələduzluq yolu ilə özgəsinin əmlakını talamış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətmişdir. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Bəxtiyar Mirzəyev məhkəmə iclasında “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarın məzmununa uyğun izahat verərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, barəsində qəbul edilən qərar tam əsassızdır, onun dələduzluq niyyəti olsa idi, xidməti müqavilə bağlamaqdan imtina edərdi. Zərərçəkmiş şəxs aldatmamış, ondan aldığı pulu vergi işlərinin həll edilməsi üçün vermiş, ancaq mühasiblər onu da aldatmışdır. Həmçinin ona sübutlarını təqdim etmək üçün şərait yaradılmamışdır. Barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş, həkim olmadan onu dindirmiş, pozuntu törətmişlər. Aldığı məbləği xidmət göstərmək üçün almışdır. Zərərçəkmiş şəxs sosial yardım almaq üçün ona müraciət etmiş, o da ona köməklik göstərmişdir. Həmçinin 460 manatı da vergiyə vermək üçün almışdır. Özü 1-ci qrup əlildir. Qeyd olunan halların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən, vəzifəli şəxs - “X180” MMC-nin direktoru Şəxs Zərərçəkmiş şəxs sosial yardımın ödənilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına köməklik etmək üçün 2024-cü ilin avqust-sentyabr ayları ərzində dövlətə olan borcun ödənilməsi adı altında ayrı-ayrılıqda 500 manatdan artıq olmayan məbləğdə pul vəsaitini alaraq dələduzluq yolu ilə özgəsinin əmlakını talamış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətmişdir. vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx) - xx.xx.1992-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasını vətəndaşı, evli, “X181” MMC-nin direktoru, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında toplanmış 02/2-39c-24 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanması, cinayət işi üzrə ibtidai istintaqın aparılmasının Baş İdarənin İstintaq idarəsinə həvalə edilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə başlanmış ********* №-li cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, X6 həmin ifadəsində bildirmişdir ki, X1 xx.xx.2019-cu il tarixdə serroz (qaraciyər çatışmazlığı) xəstəliyindən ölmüşdür. İki yetkinlik yaşına çatmayan uşağını tək böyütdüyü üçün və maddi imkanı yaxşı olmadığından sosial yardım almaq istəmişdir. Xatırlamadığı şəxslər ona bildirmişdir ki, Şəxs adh şəxs sosial yardım düzəldə bilir. 5 ildir ki, istifadəsində yalnız ***-***-**-** saylı mobil nömrə vardır. Həmin nömrədən Salehin istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng edib, sosial yardım təyin olunması ilə əlaqədar ona köməklik etməsini xahiş etmişdir. Saleh özünü vəkil kimi təqdim edib, ona köməklik edə biləcəyini, lakin buna görə ona 600 manat verməli olduğunu, onu işlə də təmin edəcəyini, onun müəssisəsində xadimə kimi işləyəcəyini, aylıq 345 manat əmək haqqı alacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Salehin tələb etdiyi 600 manat pulu xatırlamadığı milli ön və ya e-manat terminalından onun ona bildirdiyi kart hesabına göndərmişdir. 1 həftə sonra Saleh bir maşınla gəlib arayış və digər sənədləri ondan götürmüşdür. Həmin vaxt Saleh maşında olmuş, oturuşundan, danışığından ve hərəkətlərindən başa düşmüşdür ki, əlildir. Saleh 30 yaşlarında, qaraşın, qarabəniz, eybəcər idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları evlərinə gələrək baxış keçirmiş, qısa müddət sonra isə ailəni təmsil edən şəxs kimi onun adına ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Həmin yardım aylıq 436.62 manat olmaqla, 6 ay ərzində cəmi 2.619,72 manat məbləğində onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq Saleh onu işə çağırmamış və əmək haqqı da verməmişdir, əmək müqaviləsinə xitam verib-vermədiyini də bilmir. Bir neçə dəfə Salehlə əlaqə saxlayıb iş barədə soruşduqda, narahat olmamağını, işə çağıracağını bildirmişdir. Buna baxmayaraq Saleh onu işə çağırmamış və əmək haqqı da verməmişdir. Qeyd etdiyi kimi 6 ay sonra sosial yardım dayandırılmışdır. Bu barədə 2023-cü ilin noyabr ayında Salehlə danışdıqda, o bildirdi ki, vergi ödəmədiyi üçün, onun adına olan sosial yardım dayandırılmışdır, vergini ödəsə bərpa olunacaq. Bu səbəbdən də, o, xx.xx.2024-cü il tarixdə Salehin dediyi 4169 73** **** 0419 nömrəli kart hesabına tələb etdiyi 245 pulu göndərmişdir. Lakin həmin pulu göndərdikdən sonra, sosial yardım bərpa olunmamışdır. Buna görə də ona aydın oldu ki, Saleh onu aldadaraq 245 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs həmin ifadəsində bildirmişdir ki, Təxminən 15-20 ildən çoxdur ki, ***-***-**-** saylı mobil nömrəni istifadə edir. 2021 -ci ilin təxminən oktyabr ayında azyaşlı qızı Əsnanın sənədi üçün Koroğlu metrostansiyasının yaxınlığındakı “ASAN Xidmət” Mərkəzinə getdiyi zaman, orada Şəxs adlı şəxsi tanımışdır. Belə ki, o, həmin vaxtlar maddi vəziyyəti çətin olduğundan, sosial yardım almaq istəyirmiş. Şəxs sosial yardım düzəltdiyini eşitdikdə, onunla bu barədə danışmışdır. Saleh də dedi ki, peşəkar vəkildir, sosial yardım məsələləri ilə əlaqədar qanunları yaxşı bilir, ona sosial yardım düzəldə bilər. Saleh əlil arabasında hərəkət edirdi, 30 yaşlarındadır, qarabuğdayı bənizli olmuşdur. Salehə bildirmişdir ki, qardaşı X65 2020-ci ilin noyabr ayının 8-i Qarabağ müharibəsində şəhid olmuşdur. Saleh də dedi ki, bu işlərə görə vəkil kimi xidmət haqqı alır, lakin o, şəhid bacısı olduğu üçün ona hörmət edəcək və sosial yardım təyin olunduqdan sonra az məbləğdə pul verər. Sonradan onunla razılaşdı ki, bu işə görə 100 manat məbləğində xidmət haqqı versin. Saleh həm də demişdi ki, imkanı yaxşı olmadığı üçün onu öz müəssisəsində operator kim işə düzəldəcək. Salehin tələbi ilə ona xx.xx.2021-ci il tarixdə onu bütün dövlət orqanlarında təmsil etməklə rəsmiləşdirmə aparmaq və digər xidmətlər göstərməsi üçün ona etibarnamə vermişdir. 2022-ci ilin aprel-may aylarında onların evinə DSMF-in işçiləri yoxlamağa gəldilər, o da Salehin vəkil olmasını və onun onu operator kimi işə düzəltməsini deməsinə inanıb, həmin vəzifəli şəxslərə Salehin yanında işə düzəldiyini bildirdi. Bir müddət sonra xx.xx.2022-ci il tarixdən hesablanmaqla ailəni təmsil edən şəxs kimi onun adına aylıq 151,50 manat məbləğində sosial yardım təyin edilmişdir. 12 ay ərzində cəmi 1.818 manat məbləğində sosial yardım pulu onun adına olan "xxxx" ASC-yə məxsus plastik bank kartına köçürülmüşdür. Həmin pulu ailəsinə xərcləmişdir. Lakin sonradan Salehin tələbi ilə sonuncunun dediyi xatırlamadığı kart hesabına xidmət haqqı kimi 150 manat pulu Lənkəran şəhərində xatırlamadığı terminaldan göndərdi. İkinci dəfə Saleh 2023-cü ildə may ayında yenidən ona sosial yardım düzəltdi, aylıq 87 manat sosial yardım aldı. Buna görə isə Salehə tələb etdiyi 100 manat pulu Nardaran qəsəbəsindəki “Al market”də quraşdırılmış terminaldan göndərdi. 2024-cü ilin iyul ayında sosial yardımın dayandırıldığını və yardım almadığını bildirdikdə, Saleh dedi ki, borcum olduğuna görə onun sosial yardım almağına məhdudiyyət qoyulub, həmin məhdudiyyətin götürülməsindən Ötrü dövlətə olan borcunu, yəni 400 manat pulu ona göndərməlidir. O da xx.xx.2024-cü il tarixdə özünün və ya tanışlarından kiminsə adına olan "xxxx" ASC-yə məxsus 4169 73“ “** 4348 saylı kart hesabından Şəxs ona dediyi 5239 1517 2032 1887 saylı kart hesabına 400 manat pul göndərdi. xx.xx.2024-cü il tarixdə isə Salehin tibbi sığorta pulunun ödənilməsi adı ilə tələb etdiyi 46 manat pulu həmin kartından Salehin dediyi 5411 2498 0143 1474 saylı kart hesabına göndərmişdir. Bir dəfə də yardım üçün 1 manat pulu xatırlamadığı vaxt Salehin dediyi 4169 7388 1360 8811 kart hesabına, həmçinin xx.xx.2024-cü il tarixdə 20 manat pulu Salehin tələbi ilə sonuncunun dediyi 4169 **** **** 0419 saylı kart hesabına göndərmişdir. Saleh onu işə düzəltdiyini desə də, sonradan onu çağırmamış, onunla işləməmişdir, ondan əmək haqqı almamışdır. İstintaqa çağırıldığı zaman öyrənmişdir ki, işləmədən sosial yardım almaq olmur. O isə bunu əvvəlcədən bilmirmiş. Bilsə idi, Salehə etibar etməzdi. Saleh ona demişdi ki, vəkildir və hər şeyi qanunla edir. İndi başa düşmüşdür ki, Saleh onu aldatmışdır. Saleh ona görə sosial yardımla bağlı rəsmiləşdirmə işlərini özü etibarnamə əsasında aparmışdır, rəsmiləşdirmə işlərini necə həyata keçirməsini bilmir. Salehlə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri İlə danışıq aparmışdır. Hətta adına sosial yardım təyin olunub- olunmadığına sistemdən baxmaq üçün Salehin adını xatırlamadığı anası ilə də danışmışdır. Belə ki, Salehin anası da evindəki kompüter vasitəsilə sistemə baxmış və ondakı kodu soruşub sosial yardım təyin olunub-olunmadığını yoxlamışdır. Salehin anasını görməmiş, ancaq telefonla danışmış, telefondakı profil şəklində orta yaşlı sarışın qadın təsvirini görmüş, yəqin ki həmin şəxs olmuşdur, nömrəsini xatırlamır. “Sübutların qiymətləndirilməsi haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında və təqsirləndirilən şəxsə yenidən ittiham etmə haqqında xx.xx.2025-ci il tarixli qərarların dəyişdirilmədən qüvvəsində saxlanılması, polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs Şəxs ifadələrində və digər prosessual sənədlərdə rüşvət tələb etməməsi, almaması, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı cinayətlərini törətməməsi, dələduzluq etməməsi və digər xüsusatlarla bağlı göstərdiyi vəsatətlərin əsassız hesab olunması və özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirilib rədd edilməsinin nəzərə alınması, həmin ifadələrin sübut və sübut növü kimi qəbul edilməməsi, X98, X40 və X41 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, onların barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, X81, X99, X100, X121 və X50 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, onların barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, X101 və X51 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, onların barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, X102 və X66 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, onların barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, X52, X42 və X82 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, onların barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, ƏƏSMN-nin tabeliyində DOST Agentliyinin 2 sayl Bakı DOST Mərkəzi Xidmətlər şöbəsinin böyük mütəxəssisi X67, həmin Agentliyin 3 saylı Bakı DOST Mərkəzi Monitorinq şöbəsinin aparıcı mütəxəssisi X68 və ƏƏSMN-nin, o cümlədən həmin Nazirliyin tabeliyində DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun digər hər hansı əməkdaşının əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, X13, Zərərçəkmiş şəxs, X69, Fərəcova (Məmmədova) Elnarə Oruc qızı, X53, X103, X54, X135, X104, X122, X105, X19, X106, X70, X107, X83, X43, X71, X84, X123, X108, X124, X125, X72, X29, X109, X55, X30, X6, X31, X136, X44, X126, X150, X73, X20, X110 və X32 barəsində Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, Şəxs X2 məxsus 245 manat və Zərərçəkmiş şəxs məxsus 467 manat məbləğində pul vəsaitlərini talaması xüsusatları üzrə Şəxs əməlində cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şəxs X2 məxsus 245 manat və Zərərçəkmiş şəxs məxsus 467 manat məbləğində pul vəsaitlərini talaması, habelə vəkil adından qanunsuz istifadə etməsinə görə materialın ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi məsələsinə baxılması, iş üzrə xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun zərərçəkmiş şəxs qismində, xx.xx.2025-ci il tarixli qərarla X33 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmasının nəzərə alınması, iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla X34 və X85, xx.xx.2022-ci il tarixli qərarla X137, X151 və X86, xx.xx.2023cü il tarixli qərarla X87, xx.xx.2024-cü il tarixli qərarla X88, xx.xx.2025-ci il tarixli qərarla X21, X29 və X122, xx.xx.2025-ci il tarixli qərarla X89 və X111, xx.xx.2025-ci il tarixli qərarla X35 zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə alınmış şahid və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə və baxış protokolları, arayışlar və digər istintaq sənədlərinin sübut və sübut növü hesab olunması və cinayət işinin materiallarında saxlanılması, X7, X56, X45, X57, X46, X36, X14 və X58 təqdim etdikləri cəmi 8 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 26414 saylı və xx.xx.2024-cü il tarixli 26950 saylı, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü tarixli BKC/LGL-18546/24 saylı və xx.xx.2024-cü tarixli BKC/LGL-18298/24 saylı, habelə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL-02/25 saylı məktublara əlavə edilmiş cəmi 5 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 2024/111/17868 saylı məktuba əlavə edilmiş 2 ədəd CD disk, iş üzrə şahid qismində dindirilmiş X22 istintaqa təqdim etdiyi öz adına rəsmiləşdirilmiş 4169 74** **** 5245 saylı, X18 adına rəsmiləşdirilmiş 4169 74** **** 4377 saylı, X23 adına rəsmiləşdirilmiş 5103 07** **** 1623 saylı, X58 adına rəsmiləşdirilmiş 4169 74** **** 1477 saylı, X37 təqdim etdiyi öz adına rəsmiləşdirilmiş 4169 74** **** 7240 saylı və arvadı X38 adına rəsmiləşdirilmiş 5103 07** **** 3456 saylı, X15 təqdim etdiyi arvadı X24 adına və X45 arvadı X16 adına rəsmiləşdirilmiş müvafiq olaraq 5103 07** **** 3823 və 5103 07** **** 9808 saylı, X25 adına rəsmiləşdirilmiş 6768 67** **** 4827 saylı, X8 adına rəsmiləşdirilmiş 4169 74** **** 1047 saylı, X26 adına rəsmiləşdirilmiş 5103 07** **** 2451 saylı, X3 adına rəsmiləşdirilmiş 5103 07** **** 8912 saylı, X27 adına rəsmiləşdirilmiş 4169 74** **** 0575 saylı, X59 təqdim etdiyi arvadı X47 adına rəsmiləşdirilmiş 510307** **** 1675 saylı, X90 adına rəsmiləşdirilmiş 5103 07** **** 0132 saylı, X74 adına rəsmiləşdirilmiş 5103 07** **** 8986 saylı, X9 adına rəsmiləşdirilmiş 5103 07** **** 6897 saylı, X17 adına rəsmiləşdirilmiş 5103 07** **** 2097 saylı, Rəna Qasımovanın təqdim etdiyi əri X4 adına rəsmiləşdirilmiş 5103 07** **** 0788 saylı, X60 adına rəsmiləşdirilmiş 5103 07** **** 3727 saylı, X39 adına rəsmiləşdirilmiş 5103 07** **** 1723 saylı, X10 adına rəsmiləşdirilmiş 5103 07** **** 9775 saylı və arvadı X28 adına rəsmiləşdirilmiş 4169 74** **** 9412 saylı, X66 adına rəsmiləşdirilmiş 5103 07** **** 1977 saylı "xxxx" ASC-yə məxsus bank çıxarışları, iş üzrə zərərçəkmiş şəxslər Ricay Ramiz oğlunun, X46, X66, X11 təqdim etdikləri əməliyyat qəbzləri, ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs Şəxs təqdim etdiyi öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 6768 6771 7134 2144 saylı, iş üzrə zərərçəkmiş qismində dindirilmiş X46 təqdim etdiyi öz adına rəsmiləşdirilmiş “X119” Açıq Səhmdar Cəmiyyətinə məxsus 4098 0944 2108 0480 saylı, habelə iş üzrə şahid qismində dindirilmiş X61 təqdim etdiyi öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 5213 6751 0724 8289 saylı və X48 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 4169 78** **** 2895 və 4169 73** **** 8962 saylı, X62 təqdim etdiyi öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 5239 15** **** 1887 saylı, X75 təqdim etdiyi öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 5103 07** **** 1860 və 4169 73** **** 1127 saylı bank kartlarından çıxarışlar, Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sosial arayışların əks olunduğu 1 ədəd CD. disk, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-17-1/2- 101749/2025 saylı məktuba əlavə edilmiş cədvəl (hesab məlumatları), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X120 Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD disk (əmək müqaviləsi bildirişləri), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 267855/2024 saylı məktuba əlavə olunan maddi-məişət şəraitinin yoxlanılmasına dair tərtib edilmiş müayinə aktları, ibtidai istintaq zamanı “DOST” Agentliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş bir ədəd flaş-kartın cinayət işi üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları üzrə materialın ayrılaraq arxivə təhvil verilməsi, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******0419 nömrəli kart hesabına 245 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli, 1-55610739 nömrəli qəbzdən görünür ki, 416973******5373 nömrəli kart hesabından 416973******8811 nömrəli kart hesabına 1 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli, 1-62076565 nömrəli qəbzdən görünür ki, 416973******4348 nömrəli kart hesabından 541124******1474 nömrəli kart hesabına 46 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 4127********8061 nömrəli kart hesabından 4169********0419 nömrəli kart hesabına 20 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, 416973******4348 nömrəli kart hesabından 523915******1887 nömrəli kart hesabına 400 manat ödəniş edilmişdir. AzEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs 1-ci qrup əlildir, 300 manat təqaüd alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş səlahiyyətli şəxsin nümayəndəsinin izahatı, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin yazılı izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, əlilliyi olan uşaqlara İctimai işlər tətbiq oluna bilməz. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə qeyd edir ki, Şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə baxışı zamanı öz təqsirini etiraf etməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs əlil olmasını, təqsirli bilindiyi maddənin sanksiyasında ictimai işlər və inzibati həbs növündə tənbeh tədbirlərinin nəzərdə tutulduğunu, əlilliyi olan şəxslərə AR İXMnin 28.4.1-ci maddəsinə əsasən ictimai işlər, həmin 30.2-ci maddəsinə əsasən inzibati həbs növündə tənbeh tədbirlərinin tətbiq edilməsinin istisna edildiyini nəzərə alaraq onun barəsində AR İXM-nin 34-1-ci maddəsinin tətbiq edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və AR İXM-nin 28.4.1, 30.2 və 34-1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-in 34-1-ci maddəsi tətbiq edilməklə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və İXM-in 34-1-ci maddəsi tətbiq edilməklə barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar