Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5226/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Gəncə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə növbətçilik qrafiki üzrə əsas növbədə olan zaman xx.xx.2025-ci ildə saat 04.25 radələrində Yasamal rayonu, Tbilisi prospekti 167 ünvanında baş vermiş yol nəqliyyat hadisəsi zamanı hadisə iştirakçıları X4, Şəxs və X5 hadisə yerində göstərdikləri tabesizliklə əlaqədar DiN-in ƏÇPA-nın əməkdaşları tərəfindən PŞ-yə gətirilmiş, həmin şəxslərin sərxoşluq müayinəsi zamanı orta ağır dərəcədə sərxoş olmaları müəyyən edilmiş, həmçinin X4 və Şəxs PŞ-də olduqları müddət ərzində iş rejimini kobud surətdə pozaraq nalayiq ifadələr işlətmiş, əməkdaşların qanuni tələblərinə əhəmiyyət vermədən əl-qol hərəkətləri ilə müdaxilələr elmiş, həmçinin qanuni prosedurların aparılmasına qərəzli şəkildə müdaxilələr elmişlər. Odur ki, qeyd olunan hər iki şəxs barəsində qanuni tədbirlər görülməsi xahiş olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru X6 tərtib etdiyi protokolu müdafiə edərək A.D.Hüseyovanın barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.D.Hüseyova özünü təqsirli bilərək qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 04:26 radələrində bacısı X1 idarə etdiyi “Ford” markalı avtomaşınla məclisdən gələrkən Yasamal rayonu, Tiblisi prospekti ilə Moskva prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt bacısı və o, spirtli içkinin təsiri altında olduğu üçün polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, daha sonra onların qanuni tələblərinə tabe olmamışdır. Bununla yanaşı Yasamal RPİ 29-cu polis şöbəsində olarkən təkrar eyni əməllərədə yol vermiş və polis əməkdaşlarının iş fəaliyyətini pozmuşdur. Yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X16 Alayının Patrul bölüyü polis nəfəri X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 04.40 radələrində AP 2468 çağırışlı xidməti maşınla xidmətdə olarkən o, polis serjantı İmamquliyev İlqar və xidmət yoldaşı polis serjantı polis serjantı X11 radio rabitə vasitəsilə məlumat vermişdir ki, Tbilisi prospekti Bravo marketin qarşısdında YPX inspektorlarına köməklik göstərilməlidir. O, məlumatı qəbul edən kimi deyilən ünvana yaxınlaşmışdır. Yaxınlaşan zaman YPX inspektorları Ford Fusion markalı ** PC *** marşrutun yol nəqliyyat vasitəsinin avto qəza törətdiyini, həmin şəxslərin onları təhqir etdiyini, tabesizlik göstərdiyini bildirdi. Onlar deyilən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, lakin həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayıb, onları küçə söyüşləri ilə təhqir etmiş, ətrafdakı insanları özünə cəlb etməyə çalışmış, yolun hərəkət hissəsinə çıxaraq avtonəqliyyat vasitələrini saxlamağa çalışmışlar. Onlar dəfələrlə həmin şəxslərə xəbərdarlıq etsələr də, həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymadı və tabesizlik göstərmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Yasamal rayon Polis İdarəsinin 29cu polis şöbəsinin məsul növbətçisi X12 və şahid qismində iştirak edən Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru X7 eyni məzmunlu izahat verdilər. İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxılarkən Şəxs törətdiyi əməl öz təsdiqini tapmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, A.D.Hüseyovanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 30 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzbati xəta haqqında protokoldan görünür ki, A.D.Hüseyovanın 30 aprel 2025-ci il tarixdə saat 17:05 radələrində Şəfayət Mehdiyev və Ə.Haqverdiyev küçələrinin kəsişməsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli, AZA 024531 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, A.D.Hüseyovanın həmin tarixdə saat 04:50-də inzibati qaydada tutulmuşdur. İş matereiallarında olan raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:26-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Ford markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin idaəetməni itirərək işıq dirəyinə çırpıldığı müəyyən olunmuş, avtomobildə olan iki nəfər xanım Şəxs və X4 hadisə yerinə yaxınlaşan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik göstərib, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də polis əməkdaşları tərəfindən 29-cu Polis Şöbəsinə aparılmışdır. Daha sonra həmin Polis şöbəsinə yaxınlaşmış və Şəxs və X1 öz qanunsuz əməllərinə davam etməsi mütəmadi olaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmələri, polis şöbəsinin normal iş fəaliyyətini pozmaları, inzibati binanın həyətində ucadan nalayiq ifadələr işlədərək ətrafdakı yaşayış bianalarının sakinləri üçün narahatlıq yaratmış, onların istirahət hüququnu pozmaları müəyyən olunmuşdur. Onlar edilən xəbərdarlıqlara məhəl qoymayıb polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Odur ki, həmin şəxslər barəsində müvafiq tədbir görülməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə A.D.Hüseyovanın polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir.. Həmin Məcəllənin 33-cü maddəsinə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, A.D.Hüseyovanın barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi A.D.Hüseyovanın barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən qəti olaraq 150 manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5226/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5226/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver