Məhkəmə qərarları › İş №3(004)-5231/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5231/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5231/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2, X7 tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Əvvəla qeyd etmək lazımdır ki, şikayətçinin ləğv edilməsini xahiş etdiyi inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-3723/2025 saylı qərarı ilə ləğv edilərək yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Şikayətçi tərəfindən şikayətə əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-125795 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X7 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Odur ki, əvvəla şikayətçi xahişində əslində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini deyil, DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-125795 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etməli idi. Həmçinin təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən X1 qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü müəyyən olunmuş, lakin həmin müddətin üzrlü səbəbdən ötürüldüyü barədə hər hansı sənəd, o cümlədən müddətin bərpa edilməsinə dair vəsatəti şikayət ərizəsinə əlavə etmədiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarına əsasən “İnzibati tənbeh vermə haqqında qərar” 21 iyul 2025-ci il tarixində qəbul edilmiş, lakin həmin qərarı şikayətçinin nə zaman əldə etməsi, ona rəsmi olaraq nə zaman çatdırılması ilə bağlı hər hansı sənəd (qəbz, xəbərnamə, zərf və s.) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X7 tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-125795 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X6 qaytarılmalı və şikayətçiyə DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1- 125795 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-125795 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X6 qaytarılsın. X6 DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-125795 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar