Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5234/2025 27.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100/02270 nömrəli 06 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/020746 və 3-33-1100/012/020739 saylı raportların icrası ilə əlaqədar bildiririk ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən **********7480 və **********8444 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “Plastik paletlər” yüklərinin öhdəlik müddəti müvafiq olaraq xx.xx.2025- ci il və xx.xx.2025-ci il tarixlərdə bitmişdir. Lakin şirkət tərəfindən həmin malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi üçün **********6727 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixində müraciət edilmişdir. İs materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli **********7480 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi bəyan olunduğu gündən 1 (bir) il müddət, yəni xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli **********8444 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi bəyan olunduğu gündən 1(bir) il müddət, yəni xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. Qeyd olunan raportda göstərilənlər araşdırma zamanı müəyyən edilmişdir ki. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləsdirilərək xx.xx.2024-cü il tarixli **********7480 sorğu nömrəli xx.xx.2024-cü il tarixli **********8444 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlər müəyyən edilsə də, adı qeyd olunan MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********7480 sorğu nömrəli xx.xx.2024-cü il tarixli **********8444 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən mallar barəsində öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən bir ay sonra, lakin üç aydan çox olmayan müddətdə təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2025-ci il tarixdə **********6727 sorğu nömrəli gömrük bəyannaməsi ilə müraciət edilmişdir. Bununla da hüquqpozma faktı xx.xx.2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6-cı bəndinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti idxal xüsusi gömrük Protokol tərtib edən orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanı ünvan 2riallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/020746 və 3-33-1100/012/020739 saylı raportların icrası ilə əlaqədar bildiririk ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən **********7480 və **********8444 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “Plastik paletlər” yüklərinin öhdəlik müddəti müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə bitmişdir. Lakin şirkət tərəfindən həmin malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi üçün **********6727 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixində müraciət edilmişdir. İs materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli **********7480 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi bəyan olunduğu gündən 1 (bir) il müddət, yəni xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli **********8444 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi bəyan olunduğu gündən 1(bir) il müddət, yəni xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. Qeyd olunan raportda göstərilənlər araşdırma zamanı müəyyən edilmişdir ki. ünvan 1 ünvanında qeydiyyatda olan ŞəxsMMC tərəfindən müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləsdirilərək xx.xx.2024-cü il tarixli **********7480 sorğu nömrəli xx.xx.2024-cü il tarixli **********8444 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlər müəyyən edilsə də, adı qeyd olunan MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********7480 sorğu nömrəli xx.xx.2024-cü il tarixli **********8444 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən mallar barəsində öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən bir ay sonra, lakin üç aydan çox olmayan müddətdə təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2025ci il tarixdə **********6727 sorğu nömrəli gömrük bəyannaməsi ilə müraciət edilmişdir. Bununla da hüquqpozma faktı xx.xx.2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir avdan üç avadək müddətə qecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 499.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5234/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5234/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver