Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5237/2025 27.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi “Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/003172 nömrəli raporta əsasən, Şəxs MMC ünvanına göndərilən mallara dair xx.xx.2025-ci il tarixdə tərtib edilən **********1744 sorğu nömrə gömrük bəyannaməsi gömrük orqanına ganunvericiklə müəyyən edilmiş müddətdə təqdim etməmişdir. X1 Komitəsi Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İran İslam Respublikasından hügugi şəxs Şəxs MMC-nin ünvanına göndərilən ”Kafel” adlı yük xx.xx.2024-ci il tarixdə saat 11:56-də "Hövsan Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Şirkət tərəfindən sözü gedən mallar barəsində Dəniz Nəgliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixində **********1744 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07,2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 3.6-cı bəndinə əsasən, Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük organına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təgdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayarag verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Nəticədə Şəxs MMC barəsində İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş İdarənin Təhqiqat şöbəsinin rəisi Jalə Orucova tərəfindən verilmiş raportdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” gömrük postundan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/003172 nömrəli raporta əsasən, “Dostlar Stone" MMC ünvanına göndərilən yüklər barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilən **********1744 sorğu nömrəli gömrük bəyannaməsi gömrük orqanına qanunvericiklə müəyyən edilmiş müddətdə təqdim etməmişdir. **********1744 nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən “X3 Dagh Co” şirkətindən 3640 ABŞ dolları dəyərində mallar idxal edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 493-cü maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5237/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5237/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver