Məhkəmə qərarları › İş №3(004)-524/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-524/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-524/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-00109/23 nömrəli 16 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/012/000015 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına daxil omuş yük **********3441 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin Şəxs MMC tərəfindən təqdim olunan **********3437 sorğu nömrəli qısa idxal bəyannaməsinin 44-cü qrafasında nəqliyyat qaiməsinin nömrəsi ******* əvəzinə 147215 kimi, 21-ci qrafasında isə avtomobilin nömrəsi 12AB891/12AB892 əvəzinə 17E99510/17E99610 kimi qeyd edilmişdir ki, bu da **********3441 sorğu nömrəli gömrük bəyannaməsin 44-cü və 18-ci qrafaları arasında uyğunsuzluq təşkil edir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə saat 07:19 radələrində 12AB891/12AB892 nömrəli nəgliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********3437 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə saat 23:32 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Həmçinin, **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 12AB891/12AB892, **********3441 sorğu nömrəli 20,12.2022-ci il tarixli gömrük bəyannaməsinin 44-cü qrafasında nəqliyyat qaiməsinin (CMR-in) nömrəsi ******* qeyd edilmişdir, lakin **********3437 sorğu nömrəli xx.xx.2022-ci il tarix gısa idxal bəyannaməsinin 44-cü qrafasında nəqliyyat gaiməsinin (CMR-in) nömrəsi 147215 qeyd edilmişdir. Bununla da **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 18-ci və 44-cü qrafaları ilə **********3437 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci və 44-cü qrafaları arasında uyğunsuzlug yaranmışdır. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı "xxxx" MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, hal-hazırda "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsidir, şirkətin gömrük məsələləri ona həvalə edilib. Şirkətin ünvanına gələn yüklərə dair bəyannamələrin tərtib edilməsini şirkət olaraq özləri həyata keçirir. xx.xx.2022-ci il tarixdə saat 07:19 radələrində "xxxx" MMC-nin ünvanına “işıqlandırma avadanlığı” yükü Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda keçməklə daxil olmuşdur. Həmin yüklər Bakı Baş Gömrük İdarəsində **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair **********3437 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2022-ci il tarixdə saat 23:32 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Qısa idxal bəyannaməsinin 21-ci qrafasında sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi 17E99510/17E99610, 44-cü qrafasında CMR-in (Nəqliyyat qaiməsinin) nömrəsi 147215 qeyd olunması və gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 12AB891/12AB892, 44-cü qrafasında CMR-in nömrəsi ******* qeyd olunması barədə nəqliyyat şirkəti CMR sənədini əvvəldən düzgün olaraq göndərməmişdir. Onlar sonradan bunu bilmiş və nəqliyyat şirkətinə məlumat vermişlər və yenidən onlara düzgün CMR sənədini göndərmişdir və onlar da həmin sənəd əsasında gömrük bəyannaməsini düzgün olaraq yazmışlar, lakin qısa idxal bəyannaməsini yaza bilməmişlər. Çünki artıq mallar Azərbaycan Respublikasının gömrük ərazisində olmuşdur. Gömrük ganunvericiliyini bilərəkdən pozulmamışdır, nəqliyyat şirkəti CMR sənədi düzgün göndərmədiyi üçün gömrük qanunvericiliyi pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Gündüz Əliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına daxil olmuş yük **********3441 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin, idxalatçı tərəfindən təqdim olunan **********3437 sorğu nömrəli qısa idxal bəyənnaməsinin 44-cü qrafasında nəqliyyat qaiməsinin nömrəsi ******* əvəzinə 147215 kimi, 18-ci qrafasında isə avtomobilin nömrəsi 12AB891/12AB892 əvəzinə 17E99510/17E99610 kimi qeyd edilmişdir ki, bu da **********3441 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan göstəricilərlə uyğunsuzluq təşkil edir. Əməliyyat və Təhqiqat İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rauf Rüstəmov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/012/000015 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına daxil omuş yük **********3441 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin Şəxs MMC tərəfindən təqdim olunan **********3437 sorğu nömrəli qısa idxal bəyannaməsinin 44-cü qrafasında nəqliyyat qaiməsinin nömrəsi ******* əvəzinə 147215 kimi, 21-ci qrafasında isə avtomobilin nömrəsi 12AB891/12AB892 əvəzinə 17E99510/17E99610 kimi qeyd edilmişdir ki, bu da **********3441 sorğu nömrəli gömrük bəyannaməsin 44-cü və 18-ci qrafaları arasında uyğunsuzluq təşkil edir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə saat 07:19 radələrində 12AB891/12AB892 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********3437 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə saat 23:32 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Həmçinin, **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 12AB891/12AB892, **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 44-cü qrafasında nəqliyyat qaiməsinin(CMR-in) nömrəsi ******* qeyd edilmişdir, lakin **********3437 sorğu nömrəli xx.xx.2022-ci il tarix qısa idxal bəyannaməsinin 44-cü qrafasında nəqliyyat qaiməsinin(CMR-in) nömrəsi 147215 qeyd edilmişdir. Bununla da **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 18-ci və 44-cü qrafaları ilə **********3437 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci və 44-cü qrafaları arasında uyğunsuzluq yaranmışdır. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, hal-hazırda Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsiyəm, şirkətin gömrük məsələləri mənə həvalə edilib. Qeyd edim ki, şirkəti ünvanına gələn yüklərə dair bəyannamələrin tərtib edilməsini şirkət olaraq özümüz həyata keçiririk, işin mahiyyəti üzrə bildirirəm ki, xx.xx.2022-ci il tarixdə saat 07:19 radələrində Şəxs MMC-nin ünvanına “işıqlandırma avadanlığı” yükü Cənub Ərazi Baş Gömrük idarəsinin "Astara” gömrük postundan, keçməklə daxil olmuşdur. Həmin yüklər Bakı Baş Gömrük idarəsində **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Əlavə olaraq bildirim ki, **********3441 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair **********3437 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2022-ci il tarixdə saat 23:32 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Qısa idxal bəyannaməsinin 21-ci qrafasında sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi 17E99510/17E99610, 44-cü qrafasında CMR-in(Nəqliyyat qaiməsinin) nömrəsi 147215 qeyd olunması və gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 12AB891/12AB892, 44-cü qrafasında CMR-in nömrəsi ******* qeyd olunması barədə nəqliyyat şirkəti CMR sənədini əvvəldən düzgün olaraq göndərməmişdir. Biz sonradan bunu bilmişik və nəqliyyat şirkətinə məlumat vermişik və yenidən bizə düzgün CMR sənədini göndərmişdir və biz də həmin sənəd əsasında gömrük bəyannaməsini düzgün olaraq yazmışıq, lakin qısa idxal bəyannaməsini yaza bilməmişik, çünki artıq mallar Azərbaycan Respublikasının gömrük ərazisində olmuşdur. Gömrük qanunvericiliyini bilərəkdən pozulmamışdır, nəqliyyat şirkəti CMR sənədi düzgün göndərmədiyi üçün gömrük qanunvericiliyi pozulmuşdur. xx.xx.2022-ci il tarixli **********3437 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, 21-ci qrafada sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi 17E99510/17E99610, 44-cü qrafada nəqliyyat qaiməsinin nömrəsi 147215 qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli **********3441 nömrəli gömrük bəyannaməsindən görünür ki, 18-ci qrafada göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin nömrəsi 12AB891/12AB892, 44-cü qrafada nəqliyyat qaiməsinin nömrəsi ******* qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar