Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5248/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qərarda 28-ci Polis Bölməsinin sahə inspektoru Səbuhi Fətəliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola istinad edilmişdir. Həmin protokolda isə qeyd edilir ki, guya o adı bilinməyən küçədə, xx.xx.2023-cü il tarixdə, saat 12:18-də xırda xuliqanlıq etmişdir. Protokolda və qərarda hansı hərəkətinin xuliqanlığa səbəb olması açıqlanmamış, hal şahidləri göstərilməmişdir. Bu hal isə həmin qərarın və qərarla bağlı protokolun etibarsızlığına əsasdır. Çünki hər bir ittiham sübuta əsaslanmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:20-də ona məxsus olan "Velomoped” nəqliyyat vasitəsində Yasamal rayon 3 saylı ASAN xidmətin qarşısındakı yolun sağ tərəfi ilə hərəkətdə olarkən qəfil arxadan ona uca səslə siqnal verə-verə yaxınlaşan 165 saylı avtobusu görmüşdür. Sürücü avtobusu sol tərəfdən mənə yaxınlaşdıraraq onu sağ tərəfdə yerləşən səkiyə sıxışdırmağa başlayıb. O, sürücünün bu hərəkətini başa düşməyərək dayanmağa məcbur olub. Həmin vaxt avtobusun sürücüsü avtobusu onun sol tərəfində, yolun ortasında saxlayaraq qabaq qapını açıb, ona və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər işlətməyə başyıb. O, bunun səbəbinin soruşmağa macal tapmamış sürücü, avtobusu sürüb uzaqlaşdı. O da öz yoluna davam edib. Bir neçə dəqiqə sonra Yasamal rayonunda yerləşən Kaktus restoranın yanında, Şərifzadə 97 ünvanında, 165 saylı avtobusun axırıncı dayanacağında həmin sürücünün avtobusdan düşdüyünü görərək həmin sürücüyə nəyə görə onu və ailə üzvlərini söyməsinin səbəbini öyrənmək üçün ona yaxınlaşmış və bu barədə ona sual vermişdir. Lakin həmin şəxs cavabında guya yolun ortası ilə hərəkət etdiyindən əcəb edib söydüyünü bildirərək, yenə də onu və ailə üzvlərini küçə söyüşləri ilə söyərək bu azmış kimi 3 dəfə yumruqla, bir dəfə isə ayaqla ona zərbə vurmağa cəhd etmişdir. Lakin o cəldliyi nəticəsində həmin şəxsin bu hücumlarından yayınmışdır. Bu vaxt onlara polis işçisi yaxınlaşaraq həmin şəxsdən niyə söyüş söydüyünü soruşdu. Həmin şəxs isə bildirmişdir ki, guya o yolun ortası ilə "Velomoped”-i sürdüyü üçün aramızda mübahisə yaranıb. Onun bu sözlərindən sonra həmin polis işçisi, sonradan adını bildiyim 28-ci Polis Bölməsinin sahə inspektoru Səbuhi Fətəliyev hər ikisini həmin bölməyə gətirmiş və izahatlarını almışdır. Daha sonra isə bildirmişdir ki, hər ikinizi 100 manat cərimə edilirsiz. O isə onun bu tələm-tələsik gəldiyi nəticəyə etirazını bildirərək, xahiş etmişdir ki, mübahisənin baş verdiyi Kaktus restoranının yaxınlığında olan kameralardan görüntülər çıxarılsın. Lakin sahə inspektoru Səbuhi Fətəliyev onun bu xahişini təmin etməmişdir. Daha sonra o qardaşı Qürbət Qurbanov ilə birlikdə həmin bölmənin rəisinin qəbulunda olmuşlar və ona ərizə verərək xahiş etmişlər ki, həmin kameralarda olan görüntülərə baxış keçirilsin. Rəis bunu edəcəyini bildirsə də, lakin bu günədək bir xəbər yoxdur. Beləliklə də heç bir xuliqanlıq hərəkətlərinə yol vermədiyi halda 100 manatda cərimə olunmuşdur. Hesab edir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin “İnzibati tənbeh vermə haqqında" xx.xx.2023-cü il tarixli, MN №1895502 saylı Qərarı və protokolu qanunsuzdur, qeyriobyektivdir və heç bir sübuta əsaslanmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti müdafiə edərək Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Şikayətə əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EQ ******* saylı qərardan görünür ki, X2 tərəfindən xx.xx.2023-cü il tarixdə günorta 12:18 radələrində xırda xuliqanlıq fakı üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X1 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EQ ******* saylı qərarında göstərilən xırda xuliqanlıq əməli ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, S.Qurbanovun inzibati xətanın törətməsi halı müəyyən edilməmişdir və ona görə də, o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5248/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5248/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver