Məhkəmə qərarları › İş №3(004)-5251/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5251/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5251/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞnin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il təvəllüdlü, evli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, 36-da qeydiyyatda olanvə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmişdir. Belə ki, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Maqomayev küçəsi, ev 36-da yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində Bakı Apellyasiya Məhkəməsinin qarşısında ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru X6 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə o, qardaşı və yoldaşı ilə birlikdə Bakı Apellyasiya Məhkəməsində olan mülki işə baxılması ilə bağlı sədrin qəbulunda olmaq məqsədilə, işçilərdən onları sədrin qəbuluna salmağı xahiş etmişlər. Lakin onları sədrin qəbuluna buraxmadılar. Sonra məhkəmənin işçiləri ilə aralarında mübahisə yarandı. Bir qədər mübahisədən sonra sədrin qəbuluna düşmüşdür. Əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis bölməsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. İş materialarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Bakı Apellyasiya Məhkəməsində ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA seriyalı 014867 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdə saat 16:50-dən məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş məktub əsasında xx.xx.2024-cü il tarixdə saat 12:30-da Bakı Apellyasiya Məhkəməsinin qarşısında ictimai qaydanı kobud surətdə pozan xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olan, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Maqomayev küçəsi ev 36-da yaşayan, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da Yasamal rayonu, Salamzadə 1055 ünvanında yerləşən Yasamal RPİ-nin inzibati binasından 28-ci PŞ-nə gətirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri X7, şöbənin aparıcı məsləhətçisi X8, Bakı Apellyasiya Məhkəməsi üzrə İcra şöbəsinin icra məmuru X9 və apellyasiya məhkəməsində ictimai asayişi təmin edən polis serjantı X4 iştirakı ilə tərtib etdik həmin aktı ondan ötrü ki, 18 sentyabr 2024-cü il tarixdə saat 12:30-da Şəxs Hacıbala oğlu, X5 və X1 apellyasiya məhkəməsinin vətəndaşların qəbul otağına yaxınlaşaraq məhkəmənin sədri Mübariz Əkbərov tərəfindən qəbul edilmələrini xahiş etmişlər. Müraciət müəlliflərinə qəbul qaydaları izah edilmiş və onlardan şəxsiyyətlərini təsdiq edən sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Lakin qəbul üçün müraciət etmiş Şəxs, Rasim Dadaşov və Qızqayıt Dadaşova şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədən, şəhid ailəsi olduqlarını bildirərək məhkəmə sədri tərəfindən israrla qəbul edilmələrini tələb etmişlər. Həmin vətəndaşlara təkrarən qəbul qaydalarını izah etməyə cəhd olunsa da, onlar, xüsusən də X1 daha aktiv və emosional şəkildə ucadan məhkəmənin sədrinin ünvanına qeyri etik ifadələr səsləndirərək məhkəmənin sədrini, eləcə də məhkəmənin hakimlərini korrupsiyada ittiham edərək ictimai qaydanı kobud surətdə pozulması ilə müşayiət olunan, eləcə də məhkəməyə qarşı hörmətsizlik nümayiş etdirən hərəkətləri ilə ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Qızqayıt Dadaşovam və onunla birlikdə qəbula gəlmiş Namiq və Rasim Dadaşovları intizama dəvət edib sakitləşdirməyə səy göstərilsə də, deyilənlərə məhəl qoyulmamışdır. Dadaşovlar, xüsusən də Qızqayıt Dadaşova məhkəmə sədrinin və hakimlərin ünvanına ucadan təhqiramiz ifadələr səsləndirməkdə davam etmiş, hətta məhkəmə sədri tərəfindən qəbul edilərkən həmin ifadələri sədrin özünə deyəcəklərini bildirmişdir. Qızqayıt Dadaşova ucadan qeyri etik ifadələr səsləndirməkdə davam edərək həmçinin məhkəmə sədri tərəfindən qəbul edilməyəcəyi təqdirdə media nümayəndələrini dəvət edib mövcud hadisəni ictimailəşdirəcəyi ilə bizi hədələmişdir. Göstərilən səylərə baxmayaraq Qızqayıt Dadaşovam intizama dəvət etmək mümkün olmamış, sonuncu məhkəmə sədrinin və məhkəmənin hakimlərinin ünvanına təhqir və ittihamlar ünvanlayaraq ictimai qaydanı kobud surətdə pozmaqda, eləcə də məhkəməyə açıqca hörmətsizlik ifadə etməkdə davam etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında verilmiş izahatlar, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 26 sentyabr 2024-cü il tarixdən saat 16:50-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar