Məhkəmə qərarları › İş №3(004)-5253/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5253/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5253/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Yusif oğlunun iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ucar rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 26-cı polis bölməsinin 26 sentyabr 2024-cü il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 27 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs Yusif oğluna məxsus “Redmi 13” markalı telefonunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da o, Zərərçəkmiş şəxs Yusif oğluna 300 manat məbləğində maddi ziyan vurmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs Yusif oğluna məxsus “Redmi 13” markalı telefonunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da o, Zərərçəkmiş şəxs Yusif oğluna 300 manat məbləğində maddi ziyan vurmuşdur. Yekun olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, hadisəni etiraf edir. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə idi, onun ozündə olmamasından istifadə edərək telefonu götürmüş, sonra da həmin yerdən uzalaşmışdır. Telefonu tanımadığı şəxsə 80 manata satmışdır. Hazırda ziyanı ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Yusif oğlu bildirmişçdir ki, zalda gördüyü Şəxs adlı şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında onun “Redmi 13” markalı telefonunu dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, o, həmin gün spirtli içki qəbul etmişdir və piyada evinə doğru gedirdi. Sonra ona dostları zəng elədi və olduğu yerin izah olunması üçün telefonu Şəxs götürdü. Sonra da həmin yerdən məhlələrin arası ilə uzaqlaşdı. Polis orqanlarının kameraları vasitəsi ilə müəyyən edildi ki, ondan telefonu məhz bu şəxs götürmüşdür. Hazırda şikayətçidir, çünki belə hadisələr təkrarlanmamalıdır. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Akif Nəsirovun xx.xx.2024-cü il tarixli qərarına əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi və zərərçəkmiş şəxsin izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxsin şəxsiyyətini xarakterizə edən məlumat kimi iş materiallarında olan AZEMİS Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, Şəxs Yasamal Rayon Məhkəməsinin 3(004)-4507/2022 saylı qərarı ilə İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar