Məhkəmə qərarları › İş №3(004)-5255/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5255/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5255/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X16 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞnin sahə inspektoru X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X4 iştirakı ilə, xx.xx.1997-ci il Göygöl rayonunda anadan olan, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Kəpəz rayonu, X18 küçəsi, ev 43-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Qələbə Residensin yaında kirayə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 159B ünvanında yaşayan A.Q.Salamov taksidə müştəriyə qarşı xırda xuliqanlıq inzibati xətanı törədib, həm də mütəmadi olaraq narkotik istifadə edir. Həmin hal müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə inspektoru X11 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilməklə izahatında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində «Melisa park» y/k-dən sifariş qəbul edib müştəriyə zəng etmiş və müştəri işə gecikdiyini və onu gözləməyini demişdir. O, 5 dəqiqə müştərini gözləmişdir. Müştəri xanım gələrək işə gecikdiyini bildirərək əlavə ödəniş qarşılığında maşını tez sürməsi ondan istəmişdir. Yol həddindən artıq tıxac olmuşdur, 30 dəqiqədən tez çata bilməyəcəyini müştəriyə demişdir. Orta zolaqla hərəkətdə olduğu zaman müştəri ona uca səslə niyə sol zolaqa keçmədiyini demişdir.O, izah etməyə çalışmışdır ki, sol zolaq geriyə ödnmək üçündür və təhlükəli manevrlər edə bilməyəcəkdir. Müştəri «sənin kimi sürücü olmaz» ifadəsi işlədərək qışqırmış və pəncərəni bərk vurub maşını saxlamasını istəmişdir. Onu orta zolaqda düşürə bilməzdi, kənara çəkməyə çalışmışdır. Müştəri özünün ödəniş etməyəcəyini bildirmişdir. Həm qışqırmış, ödəniş etməmiş və maşını yumruqlamışdır. O, sərnişinə orta zolaqda getdiyi üçün heç cürə saxlaya bilməyəcəyini, sağa dönəcəyi yerdə saxlayacağını demişdir və gediş haqqını getdiyi yol və gözləmə miqdarıda olan pulu ödəməsini tələb etmişdir. Sərnişin onunla uca səslə danışdığı üçün onunla eyni qaydada danışmışdır. Bu zaman ağ rəngli Rance Rover markalı avtomobilin sürücüsü onu saxlayıb özlərini polis əməkdaşı kimi təqdim edib onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olanlardan və bəzi baş vermiş hadisələr görə o cibində olan avtomobilin açarını saxlanılması üçün nəzərdə tutulmuş dairəvi əşya ilə boğaz nahiyəsinə xəsarət yetirmişdir. Onun özünə xəsarət yetirmə səbəbi polis şöbəsində şəxsin edilən təhqiramiz ifadələr olmuşdur. O narkotik vasitə istifadə etməmişdir, keçmişdə bir dəfə marixuana istifadə etmişdir. Hazırda xanımla mübahisə etdiyinə görə əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ünvan 2 ünvanında işləyir. Hər gün işə taksi xidmətindən istifadə edərək gedir. xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində həmişə olduğu kimi işə getmək üçün «Uber» taksi şirkətindən taksi sifariş etmişdir. Sifarişi əsasında Nissan markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. O həmin taksi sürücüsü ilə əlaqə saxlayıb sürücünü dediyi ünvana gətirərək avtomobilə əyləşib yola düşmüşlər. Təxminən 3 dəqiqə yol getdikdən sonra Yasamal rayonu Tbilisi prospektində sürücüyə işə gecikdiyi üçün bir az tez sürməsini xahiş etmişdir. Sürücü bunun üçün ondan əlavə pul tələb elmişdir. Buna görə sürücüyə iradını bildirdikdə sürücü onun iradına görə qəsdlə avtomobili yavaş sürməyə başlamışdır. O, sürücüyə yavaş sürməməyini, işə gecikdiyini bir daha dedikdə sonuncu nəlayiq ifadələr işədərək yaxşı etdiyini deyib uca səslə üstünə qışqırıb onu hədələmişdir. O, sürücüdən avtomobili saxlmasını tələb etmişdir. Bundan sonra sürücü daha da aqressivləşib onu dirsəyi ilə vurmaq istədikdə o, ətrafdakı insanlardan kömək istəmişdir. Bu zaman sürücü avtomobilin ön qapılarını bağlayıb onun avtomobildən düşməyinə maneə olmuşdur. Sürücü həddindən artıq aqressiv halda özünü qeyri normal aparmışdır. Yolda onun səsinə yanlarında gedən markasını bilmədiyi avtomobil saxlamış, sürücüdən saxlamasını tələb etmiş və özlərini polis əməkdaşı kimi təqdim edib onları polis şöbəsinə dəvət etmişlər. O, sürücünün narkotik maddədən istifadə etməsindən şübhələnmişdir. Onlar arasında baş vermiş mübahisə 6-7 dəqiqə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X9 inzibati xəta törədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə həm də qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən həmin hissədə inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə bölməyə Yasamal RPİ ÇAŞ-nin CA üzrə kiçik inspektoru Müzəffər Əliyevin xx.xx.2204-cü il tarixdə saat 10 radələrində inzibati ərazidə xidmət aparan zaman Toyota Prius markalı avtomobilin içində bir nəfər qadın və sürücünün mübahisəsini görüb həmin şəxslərə yaxınlaşıb özünü təqdim etdikdən sonra həmin şəxsləri 27-ci Polis şöbəsinə gətirməsi, PŞdə həmin şəxslərin Şəxs və X6 məlum olması barədə raportu daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsi 192 ev E l mərtəbə 18 mənzil 8-də yaşayan X1 RPİ 27-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09.30 radələrində Xətai rayonunda iş yerinə getmək məqsədi ilə «Uber» taksi şirkətindən taksi sifariş vermişdir.Şirkətdən ona Nissan markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur.Sürücü ona yaxınlaşıb avtomobilə əyləşib yollarına davam etmişlər. Tbilisi prospektində sürücü avtomobili yavaş sürdüyü üçün ona işə gecikdiyi üçün tez sürməsini xahiş etmişdir.Sürücü bunun üçün ondan əlavə pul tələb etdiyindən o sürücüyə haqlı iradım bildirmişdir.bu zaman sürücü onun iradına görə onunla kobud danışaraq qışqıra-qışqıra ünvansız küçə söyüşləri söyərək təhqir edib ona hədə-qorxu gələrək onu döyməyə cəhd göstərmişdir.Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs bu əməli polis sahə rəisi tərəfindən xırda xuliqanlıq, yəni yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət kimi qiymətləndirilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin protokolda Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamış və həm də məhkəmədə müəyyən edilməmişdir. Belə ki, məhkəmədə tərəfləri dinlənimiş və müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixdə, saat 09.30 radələrində Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsi 192 ev E l mərtəbə 18 mənzil 8-də yaşayan X2 rayonunda iş yerinə getmək məqsədi ilə «Uber» taksi şirkətindən taksi sifariş vermişdir.Şirkətdən ona Nissan markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur.Sürücü ona yaxınlaşıb avtomobilə əyləşib yollarına davam etmişlər. Tbilisi prospektində tıxac olduğundan, Zərərçəkmiş şəxs sol yolla hərəkət etməsini və tez sürməsini xahiş etmiş, sürücü isə həmin yolun dönmək üçün nəzərdə tutulduğun bildirməklə sol yolla hərəkət etməkdən imtina etmişdir. Nəticədə sürücü və müştəri arasında sözlə, səs-küylü mübahisə yaranmış, müştəri sürücüdən saxlamasını tələb etmiş, sürücü isə gediş haqqını tələb etmiş, həm də yolun bu hissəsində saxlaya bilmədiyindən yoluna davam etmişdir. Məhkəmədə sürücünün ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri müəyyən edilməmişdir. Bu isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibini yaratmır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6515 saylı rəyindən görünür ki, müayinə zamanı ekspert-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Deməsinə görə 2018-ci ildən arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdə saat 10:30-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə isə təqsirli bilinməklə həmin Məcəllədə nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 26 sentyabr 2024-cü il tarixdən saat 10:30-dan hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 10:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar