Məhkəmə qərarları › İş №3(004)-5258/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5258/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5258/2024 09.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin İQ ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin İQ ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, yuxarıda yaşadığı ünvanda daimi qeydiyyatdadır və orada da yaşayır. İdarə etdiyi 99BK890 qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. xx.xx.2024-ci il tarixində "Salyan postu” adlanan ərazidə hərəkət edən zaman xosha gəlməyən bir hadisə yashanıb. DYP əməkdaşları əvvəl Baki postunda avtomobildə 2 xanim görüb, onları saxlamağa cəhd edibler. O, yavashladib, anlayıb ki, onun avtomobilinə fikir verən və ümumiyyətlə onlar tərəfə gələn yoxdur və bu səbəbdən yollarını davam etmişdirlər. Həmin vəziyyət Salyan postunda təkrarlanmışdır. Posta yaxinlaşanda polis əməkdashi əl edib, saxlatmağa cəhd edib, o surəti azaldıb , amma arxaya baxan güzgüdə gorüb ki, polis əməkdaşi əks tərəfə getmişdir. Onlar tərəfə heç kəs yönlənməmişdir. Onlar yenə yollarına davam etmişlər, çünki nə ödənilməmiş cəriməsi var idi, nədə ki heç bir qanunsuzluğa yol vermemişdir. Bir az qabağda “Lukoil” yanacaq məntəqəsinə giriblər. Su alib cixanda gorüblər ki, yanacaq məntəqəsinin içində, arxalarında polis dayanib. Anlaşılan bu polis əməkdashlari deleduzluqla məşğuldular. Saxlamağa cəhd edirler, sonra reaksiya vermirler, vətəndaş polisin yalniş saxaldığını fıkirləşib durub gedir ve sonradan onların tələbinə tabe olmadıqlarında ittiham edirlər. Avtomobilinə yaxınlaşıb (qeyd edir ki, bu olub yanacaq menteqesinin icinde, halbuki bu meqam ozu qanuna ziddir), mənə surucunun postda dayanmadığını elan edir. Deyib ki, axi baxıb güzgüdən yavaşladıb, amma polis əks tərəfə yönlənmişdir. O da fikirləşib ki, onlarla deyillər. Əl ediblər, sonra maraq gostərməyiblər əks tərəfə gediblər, o da elə anlayıb ki, onlar yalnış saxlamışdırlar. Polis əməkdaşı nə onun nədə ki nəqliyyat vasitesinin sənədlərini yoxlamamışdır. Onların fikri ilə razılashmamışdır, 102 zəng edib sikayet edib, ses yazisı var onlarda, saxlayan polis maşınının nömrəsi, əməkdaşların belə nömrəsi var onda. Bitirindən sonra polis deyib ki, gedib indi o 100 manatı büdcəyə ödəyər. O da onların hərəkətlərinin qanunsuz olduğunu bildirib, protokolla razılaşmır və şikayət ediləcək deyib. Birdə protokol yazılsaydı 102 zəng etməmişdən yazılardı, həmin avtomobilinə yaxınlaşdığı vaxt. Bəlli ki bu mesele qurma bir məsələ olub, biri durub saxlayır, tam saxlatmır, buraxılır yoluna davam edir, arxaca gəlib öz məqsədlərini güdürlər. Məsələnin bu dərəcəyə çatdıgını fikirləşmirdilər. Qorxusundan 102 ilə söhbəti bitiren kimi protokol yazıb. Vaxtlar qeyd olunub. Aralarında 10 saniyə vaxt var. Hələ onları postda saxlamağa cəhd edib polis əməkdaşı da yanında idi, o onu tanımışdır, o biri daha təcrübəli polis ona deyib ki o sussun, heçnə danışmasın, cünki çox yaxşı bilirdilər işin əslini. Onu da bildirir ki, ozü Salyanlıdır, Salyanda anadan olmuşdur. xx.xx.2024 tarixində atasının vəfat edən günden 2 il keçdiyi ücün, ora məzarlığa gedirdilər, avtomobildə 2 azyaşlı uşaq da olub. Heç vaxt qanunsuz hərəkət etməmişdir, bu da sistemdə rahat yoxlanıla bilər. Rayonlara tez-tez çıxır yola ve bütün yol vaxtı nə sürət həddi aşılıb, nədəki heç bir cəriməsi olmayıb, yada ki qanun pozuntusu, əl əxsus da ki, saxlama yerinə yetirilməməsi əmri. O, cinayatkar deyil, harasa qacıb getmirlər, qanundan kənar hərəkət də etməyiblər, amma bunları bilərəkdən xanım sürücülərinə yollarda yaşadırlar. Salyana çatanda Şirvana ayrılan yol tərəfdə daha bir qurma tətbiq etdilər, amma alınmadı. YP939 №-li avtomobildə sükanda oturub onun avtomobilinin şəklini çəkib, bilinmir niyə? Guya ki onlar ‘‘Stop” işarəsinin tələbini icra etmədən hərəkət ediblər, sonra görüb ki alınmır, o, anlayıb məsələni, niye onları saxladiqlarının səbəbini, deyib ki onun onlarla işi yoxdur, o onları buraxıb ki, getsinlər. Onlar gedib Salyan Postu ilə məsələni həll etsinlər. Video görüntülər onun protokoluna əlavə olunmayıb, amma Bakı postunda, Salyan postunda izləmək olar , həmçinin dediyi yanacaq stansiyasi Lukoilin qabaginda da. O bir daha qeyd edir ki, xx.xx.2024 il tarixində o, dəmir yol keçidindən keçməmişdir və DYP əməkdaşlarının tələblərinə tabe olub, avtomobilini yavaşladıb, görüb ki reaksiya verilmir. Fikirləşib ki, onları yox ayrı avtomobili saxlamağa cəhd edirmiş. onlara tərəf yaxınlaşmadıqlarını görüb, polis əməkdaşının əks tərəfə yönləndiyini görüb, hərəkətini davam etmişdir. Beləliklə müəyyən olunur ki, onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir, lakin DYP əməkdaşları əsassız olaraq barəsində cərimə olunmağına dair protokol və qərar qəbul etmişlər. xx.xx.2024-cü ildə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirov tərəfindən (İş № 3(004)-3966/2024) X Tağım Ypx inspektoru X8 tərəfindən qəbul edilmiş 08 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə göndərilmişdir. Lakin AR DİN BDYP idarəsi qərarı dəyişdirilmədən saxlamışdır. Bu qərar tamamilə əsassızdır, bu protokol və cərimə durduğu yerdə yazılıb, arxasınca heç kim düşməyib, heç kim avtomobili saxlamağın tələb etməyib, tabe olmamaq məsələsi olmayıb. Onun İXP ******* saylı protokola əsasən A.R. İXM-nin 327.3 maddəsi ilə təqsirli bilinib 100 manat cərimə və 4 bal qiymətləndirmə qərarının tam ləğv edilməsini, 4 balın silinməsini və onun büdcəyə ödədiyi 131 manat (dəbbə pulu ilə birlikdə) ona geri ödənilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin İQ ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən X4 xx.xx.2024-cü il tarixdə saat 09:48 radələrində Ələt-Astara yolunun 33-cü km-də Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə) təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol olmuşdur. Həmin protokol və qərarda şəxsin xx.xx.2024-cü il tarixdə həqiqətən də “müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5258 /2024 saylı məktubu ilə Azərbaycan Respublikası Baş X12 İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-3966 /2024 saylı qərarı ilə, eyni əməl üzrə qərar ləğv edilmiş və yeni araşdırmaya göndərilmişdir. Lakin inzibati orqan yenidən mahiyyəti üzrə eyni qərar qəbul etmiş, qərara əsas olmuş sübutları isə məhkəməyə təqdim etməmişdir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın X4 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-in 327.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin İQ ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar