Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5262/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1, Beydullayev Elçibəy Cəmiyyət oğlu tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29330145 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Beydullayev Elçibəy Cəmiyyət oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29330145 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən Beydullayev Elçibəy Cəmiyyət oğlunun sözügedən qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü müəyyən olunmuş, lakin həmin müddətin üzrlü səbəbdən ötürüldüyü barədə hər hansı sənəd, o cümlədən müddətin bərpa edilməsinə dair vəsatəti şikayət ərizəsinə əlavə etmədiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarına əsasən “İnzibati tənbeh vermə haqqında qərar” 17 iyul 2025-ci il tarixində qəbul edilmiş, lakin həmin qərarı şikayətçinin nə zaman əldə etməsi, ona rəsmi olaraq nə zaman çatdırılması ilə bağlı hər hansı sənəd (qəbz, xəbərnamə, zərf və s.) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Beydullayev Elçibəy Cəmiyyət oğlu tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29330145 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər Beydullayev Elçibəy Cəmiyyət oğluna qaytarılmalı və şikayətçiyə DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29330145 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: Beydullayev Elçibəy Cəmiyyət oğlu tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29330145 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər Beydullayev Elçibəy Cəmiyyət oğluna qaytarılsın. Beydullayev Elçibəy Cəmiyyət oğluna DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29330145 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5262/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5262/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver