Məhkəmə qərarları › İş №3(004)-5267/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5267/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5267/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 21 sentyabr 2024cü il tarixli, EQ 23712373 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712374 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712375 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712376 saylı və 21 sentyabr 2024-cü il tarixli EQ 23712377 saylı qərarlarının ləğv edilməsi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 21 sentyabr 2024cü il tarixli, EQ 23712373 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712374 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712375 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712376 saylı və 21 sentyabr 2024-cü il tarixli EQ 23712377 qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə onun asanpay kabinetinə 5 ədəd inzibati qərarla cərimə olunmağı ilə bağlı bildirişlər əlavə olunmuşdur. Belə ki, EQ23712373 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, N.Hikmət-A.Şərifzadə küçəsinin kəsişməsində yol tələbinə riayət etməmə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. EQ23712374 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, N.Hikmət-A.Şərifzadə küçəsinin kəsişməsində yol tələbinə riayət etməməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. EQ23712375 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə Səbail rayonu, Xəqani küçəsində dayanma durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. EQ23712376 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Fizuli küçəsində sürət həddini aşmağına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. EQ23712377 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində sürət həddini aşmağına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 -ci maddəsi ilə 10 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, 5 ədəd inzibati protokol əsasında çıxarılan elektron qərarlar əsassız və qanunsuzdur. Belə ki, elektron qərarlar, nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinə qanunla müəyyən olunmuş müddətin keçməsindən sonra yerləşdirildiyi üçün şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd edilənələrə əsasən 21 sentyabr 2024-cü il tarixli, EQ 23712373 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712374 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712375 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712376 saylı və 21 sentyabr 2024-cü il tarixli EQ 23712377 saylı inzibati tənbeh vermə barədə qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs G.Seyidova barəsində ayrı – ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması halını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.Əliyeva barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi üçün həmin şəxs birinci instansiya məhkəməsinə barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. İş materiallarında göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 21 sentyabr 2024cü il tarixli, EQ 23712373 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712374 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712375 saylı, 21 sentyabr 2024-cü il tarixli EQ 23712376 saylı və 21 sentyabr 2024-cü il tarixli EQ 23712377 saylı qərarlarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar