Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-527/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 yanvar 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs ASC tərəfindən 110.000 (yüz on min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən Bankda olan hesabından 22 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 fevral 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən protokolu tərtib edən orqan-Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs ASC 110.000 (yüz on min) ABŞ dolları vəsaiti 22 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 110.000 ABŞ dolları vəsaiti hesabına alınan mallar ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 23 dekabr 2023-cü il tarixdə törədilmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, həqiqətən də hüquqlarını müdafiə etdiyi Cəmiyyət ilə “PARVEN İNSAAT VE DİS TİCARET LİMİTED” şirkəti arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli müqaviləyə, 22 dekabr 2021-ci il tarixli OX1 nömrəli invoysa əsasən "xxxx" ASC-də olan hesabdan həmin şirkətin X3 Bankası A.S.-də olan bank hesabına 22 dekabr 2021-ci il tarixdə 110.000 (yüz on min) ABŞ dolları vəsait qabaqcadan avans olaraq köçürülmüşdür. Həmin vəsaitindən 13610 ABŞ dolları dəyərində mal xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmiş və həmin vəsaitin 49620 ABŞ dolları xx.xx.2023-cü il tarixdə geri qaytarılmış, qalan 46770 ABŞ dolları dəyərində malın gecikmə ilə olsa belə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək dövr ərzində 44879,20 ABŞ dolları məbləğində ölkəyə idxalına nail olunmuşdur. Sonuncu idxal olunan mal, birinci idxal olunan malın davamı olmuşdur. 1890,30 ABŞ dolları vəsait isə qalır. Qalıq məbləğ isə inzibati məsuliyyət yaratmır. Odur ki, göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edib və Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, nizamnamə kapitalı 44.280,00 AZN olmaqla hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 212 olan Şəxs ASC xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X2r. (VÖEN: **********1) İş materiallarında olan "xxxx" ASC-nin 22 dekabr 2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs ASC-nin hesabından “PARVEN İNSAAT VE DİS TİCARET LİMİTED” şirkətinin hesabına 21 dekabr 2021-ci il tarixli müqaviləyə, OX1 nömrəli invoysa əsasən 22 dekabr 2021-ci il tarixdə 110.000 (yüz on min) ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 25 dekabr 2023-cü il tarixli, 13002-01/81 saylı məktubundan görünür ki, Şəxs ASC qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində Azərbaycan Respulikasından kənara qabaqcadan ödəniş müqabilində mal və xidmətlərin ölkəyə idxalını və ya vəsaitin geri qaytarılmasını təsdiq edən sənədləri banka təqdim etməmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, Şəxs ASC tərəfindən 110.000 (yüz on min) ABŞ dolları məbləğində vəsaitin ödənişi 22 dekabr 2021-ci il tarixdə həyata keçirilmişdir. 21 dekabr 2021-ci il tarixli müqaviləyə 01 dekabr 2023-cü il tarixli 01 saylı əlavə razılaşmadan müəyyən edilir ki, müqavilə çərçivəsində ödənilmiş 110.000 ABŞ dolları avans məbləğinin icra oluna bilməyən hissəsinin 49620 ABŞ dolları həqiqətən “PARVEN İNSAAT VE DİS TİCARET LİMİTED” şirkətinin razılığı ilə İVANNA İNTERNATİONAL İNSAAT GİDA VE TEKSTİL LİMİTED şirkəti tərəfindən Şəxs ASC-nin Paşabank ASC-də mövcud olan USD hesabına köçürülməsi haqqında razılığıa gəlinmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş 03 noyabr 2023-cü il tarixli **********9032 nömrəli, 02 yanvar 2024-cü il tarixli **********0374 nömrəli, 02 yanvar 2024cü il tarixli **********0241 nömrəli, 02 yanvar 2024-cü il tarixli **********0488 nömrəli və 10 yanvar 2024-cü il tarixli **********0339 nömrəli gömrük bəyannamələrindən müəyyən edilir ki, qeyd olunan köçürmənin təyinatına uyğun olaraq 03 noyabr 2023-cü il, 02 yanvar və 10 yanvar 2024-cü il tarixlərdə müvafiq olaraq 9507 ABŞ dolları,18231 ABŞ dolları, 5135 ABŞ dolları, 4336,20 ABŞ dolları və 4600 ABŞ dolları vəsait hesabına “PARVEN İNSAAT VE DİS TİCARET LİMİTED” şirkəti tərəfindən Şəxs ASC -nin ünvanına göndərilmiş mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən 110000 ABŞ dollar məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASCdə olan hesabından 22 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində həmin köçürmənin təyinatına uyğun olaraq 108.109,7 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Odur ki, məhkəmə tərəfindən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmadığı müəyyən edildi. Qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstırilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş 16 yanvar 2024-cü il tarixli EP seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 16 yanvar 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrəicraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-527/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-527/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver