Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5279/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, xx xxxx 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun, Kosacan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şərur rayonu, Kosacan ərazi dairəsi, Kosacan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 sentyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 28 oktyabr 2022-ci il tarixdə saat 03:30 radələrində sürücü Şəxs idarə etdiyi “Mitsubishi Airtirek” markalı **-GF-*** dövlət nömrə nişanlı avtomobillə Saatlı şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısından keçən avtomobil yolunda Bəhrəməpə istiqamətdə hərəkətdə olarkən əks istiqamətli hərəkət olağına çıxmaqla manevr etmə qaydalarını pozaraq idarəetməni itirmiş, avtomobil əks istiqamətli hərəkət zolağına çıxaraq yolun kənarında olan ağaca çırpılmış, nəticədə avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişin X3 alın nahiyəsində, üst dodaqda yaralar, sol baldırın yuxarı 1/3-də ön səthdə qançır əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısı müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsində göstərilmişdir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqan səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində təhbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Göstərilənləri nəzərə alıb toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilməli, Mitsubishi Airtirek markalı **-GF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-nə verilməlidir. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə saat 03:30 radələrində “Mitsubishi Airtirek” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs izahatına əsasən X1, Şərur rayonu Kosacan kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Laçın rayonu ərazisində yerləşən 769 nömrəli Hərbi Hissədə tağı komandiri vəifəsində işləyir. 23 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixə kimi istirahət məzuniyyəti götürüb Bakı şəhərində getmişdir. Məzuniyyət vaxtının sonuncu günü, yəni 28 oktyabr 2022-ci il tarixdə özünə məxsus “Mitsubishi Airtirek” markalı **-GF-*** nömrəli avtomobillə avadı X3 ilə birlikdə iş yeri olan Hərbi Hissəyə qayıdarkən gecə təxminən saat 03:30 radələrində Saatlı şəhəri H.Əliyev propektində yerləşən mərkəzi bazarın qarşsından keçən avtomobil yolunda onu yuxu tutmuş və idaəetməni itirmiş, nəticədə avtomobil yolun sol hissəsinə keçib yolun kənarındakı ağaca çırpılaraq qaqaq hissəsi əzilmiş, həmçinin hadisə zamanı o, sol qolundan, arvadı Pəri Əsgərova isə alın nahiyəsindən xəsarətlər almışlar. Onlara Saatlı MRX-da ilkin tibbi yardım göstərilmiş, hazırda özlərini yaxşı hiss etmişlər. O, izahatına əlavə olaraq, avtomobili sürücülük hüququ olmaqla idarə etdiyini, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, hadisədən əvvəl avtomobili 40-50 km/saat sürətlə idarə etdiyini bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Məhkəmə-tibbi eksertizasının 12 noyabr 2022-ci il tarixli 359 saylı rəyinə əsasən X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alın nahiyəsində, üst dodaqda yaralar, sol baldırın yuxarı 1/3-də ön səthdə qançır küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 28 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Mitsubishi Airtirek” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 28 oktyabr 2022-ci il tarixdə saat 03:30 radələrində Saatlı rayonu, H.Əliyev prospektində ehtiyatsızlıq edərək idarə etdiyi avtomobili yol kənarındakı ağaca çırpmış nəticədə avtomobildə olan sərnişin X3 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 15 noyabr 2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 28 oktyabr 2022-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 13 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur ki, bununlada həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 30 sentyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5279/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5279/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver