Məhkəmə qərarları › İş №3(004)-528/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-528/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-528/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxs X2 qarşı xırda xuliqanlıq əməli törətmişdir. Belə ki, X7 xx.xx.2023-cü il tarixdə öz yaşadığı Bakı şəhəri, Yasamal rayonu Ə.Ələsgərov küçəsi 507/511 məhəllə, ev 12B binanın qarşısında özünə məxsus olan Nissan Tida markalı avtomobilin qarşısında üst qonşusu olan Şəxs məxsus Kia markalı avtomobili saxlamış, buna görə də S. Qənbərli həmin avtomobilin üzərinə kağızda yazı yazıb qoyuaraq bildirmişdir ki, “zəhmət olmasa burada maşın saxlamayın”. Şəxs isə həmin kağızın üzərinə nalayiq sözlər yazıb S. Qənbərlinin avtomobilinin üzərinə qoymuşdur. S.Qənbərli bu yazılar olan kağızı öz avtomobilinin üzərində görəndən sonra Şəxs yaşadığı mənzilə qalxmış və soruşmuşdur ki bu nə sözlərdi yazıbsan, niyə onu təhqir edir, bu zaman Şəxs cavab olaraq yüksək səslə yenidən binanın blokunda S.Qənbərlini təhqir etmiş, küçə söyüşləri söymüş, üzərinə hücum çəkib əl qol hərəkətləri etmişdir. Həmin səs küyə hadisə yerinə digər qonşu X8 gələrək onları sakitləşdirmişdir. Bununla da Şəxs kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, X9 xx.xx.2023-cü il tarixdə öz yaşadığı Bakı şəhəri, Yasamal rayonu Ə.Ələsgərov küçəsi 507/511 məhəllə, ev 12B binanın qarşısında ona məxsus olan Kia markalı avtomobilin üzərinə kağız yazıb qoymuşdur ki, “zəhmət olmasa burada maşın saxlamayın”. O da həmin kağızın S.Qənbərli tərəfindən yazılmasını güman edərək, kağızın altına yazmışdır ki, get işinlə məşğul ola, amaq adam. Bundan sonra S.Qənbərli onun yaşadığı mənzilə qalxmış bunun səbəbini soruşmuş, o da əsəbi olduğu üçün S.Qənbərlinin ünvanına ifadələr işlətmişdir, hadisəyə digər qonşu gəlmiş onları sakitləşdirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X7 bildirdi ki, 75 yaşı vardır, Bakı şəhəri, Yasamal rayonu Ə.Ələsgərov küçəsi 507/511 məhəllə, ev 12B binada 4-cü mərtəbədə yaşayır. 5-ci mərtəbədə isə Şəxs yaşayır. Şəxs dəfələrlə onu narahat etmiş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə öz yaşadığı binanın qarşısında özünə məxsus olan Nissan Tida markalı avtomobilin qarşısında üst qonşusu olan Şəxs məxsus Kia markalı avtomobili saxlamış, buna görə də həmin avtomobilin üzərinə kağızda yazı yazıb qoyuaraq bildirmişdir ki, “zəhmət olmasa burada maşın saxlamayın”. Şəxs isə həmin kağızın üzərinə nalayiq sözlər yazıb onun avtomobilinin üzərinə qoymuşdur. O da bu yazıları görəndən sonra Şəxs yaşadığı mənzilə qalxmış və soruşmuşdur ki, bu nə sözlərdi yazıbsan, niyə onu təhqir edir, bu zaman Şəxs cavab olaraq yüksək səslə binanın blokunda onu təhqir etmiş, üzərinə hücum edib, yumruqla vurmuşdur. Səs küyə digər qonqşu X8 gələrək onları sakitləşdirmişdir. Buna görə də şikayətçidir, ağır formada cəzalandırılmasını xahiş edir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə inspektoru X6 bildirdi ki, X3 şikayəti üzrə onun özünün, Şəxs vəhadisəni görən digər qonşu X4 izahatlarına almış, müəyyən etmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu Ə.Ələsgərov küçəsi 507/511 məhəllə, ev 12B binanın 5-ci mərtəbəsinin blokunda X5 təhqir etmiş, onun üzərinə hücum etmiş, bununla da kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Həmçinin məhkəmə nəzərə alır ki, inzibati xəta xx.xx.1947-ci il təvəllüdlü zərərçəkmiş şəxsə qarşı törədilməsi nəzərə alınmalıdır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 11:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar