Məhkəmə qərarları › İş №3(004)-5286/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5286/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5286/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X8 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs iştirakları ilə, "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 saylı icra sənədini icra sənədini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru E.N.Kazımlı tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 saylı icra sənədi üzə xx.xx.2022-ci il tarixdə icraata başlamış, tələbin könüllü icrası ilə bağlı və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclu tərəfindən icra sənədi hazıradək icra edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati protokol tərtib edilmiş "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsində qeyd olunan tələblərlə bağlı "xxxx" MTK tərəfindən hamısı icra olunub. Belə ki, 2013-cü ildən etibarən inşa edilmiş binada qazanxana quraşdırılmış və fasiləsiz isti su ilə təchiz olunmuşdur. Lakin 2017-ci ildə sakinlərin, o cümlədən tələbkar Zərərçəkmiş şəxs, borcları yığılmışdır. Bu səbəbdən də isti su verilişi "xxxx" İB tərəfindən dayandırılmışdır. Məhz buna görə, 2017-ci ildən etibarən binaya qaz verilib və bütün qonşular fərdin qaydada kombidən istifadə edirlər. Hazırda binada 3 ədəd lift fasiləsiz fəaliyyət göstərir və sakinlər rahat şəkildə onlardan istifadə edirlər. Belə ki, xx.xx.2023-cü il tarixli Fövqəladə Hallar Nazirliyi X7 Görülməsi və X9 Agentliyinın Yasamal İcra şöbəsinə göndərilən məktubda qeyd olunur ki, baxış zamanı quraşdırılmış hər üç liftin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Bloklarda təmir və təmizlik işləri tam yekunlaşıb. "xxxx" ASC tərəfindən Yasamal İcra şöbəsinə göndərilən məktubda da qeyd olunmuşdur ki, "xxxx" MTK-ya məxsus binada elektrik sayğaçları Texniki Şərtin tələblərinə uyğun binanın 1-ci mərtəbəsində xüsusi panolarda quraşdırılmışdır. Tələbkarın avtomobilinin binanın sahəsində yerləşən dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ ilə bağlı hakim Ayaz Məmmədovun tərəfindən xx.xx.2023-cü il tarixdə icra vərəqəsinin izahı ilə bağlı çixarılmış qərardadda göstərilmişdir ki, 2(004)-98/2022 saylı xx.xx.2002-ci il tarixlı qətnaməsində olan “binanın sahəsində yerləşən açıq tipli dayanacaqdan istifadə hüququ” sözləri “binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanılması və açıq tipli dayanacaqdan istifadə hüququ” sözləri kimi başa düşülsün. Beləliklə binanın altında qarajda avtomobil üçün yer ayrılması barədə tələbkarın tələbi əsassızdır. Qarajda 205 yer mövcüd olub, hal hazırda onlar hamısı satılıb. Əlavə olaraq Şəxs bildirdi ki, hazırda "xxxx" MTK fəaliyyət göstərmir həmin binanın sakinləri tərəfindən müştərək qaydada MMC yaradılıb və bütün məsələlər həmin qurum tərəfindən həll olunur. İcra vərəqəsində qeyd olunan 20117 manat pul məbləği tələbkar Zərərçəkmiş şəxs və 250 manat ekspertiza xərci onun tərəfindən ödənilib.Bütün göstərilənləri nəzərə alaraq onun barəsində aparılan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 98/2022 saylı icra sənədinə əsasən ona 20117 manat məbləğində pul vəsaiti ödənilmişdir. Digər məsələlərlə bağlı bəndlər tam icra olunmayıb. Belə ki, liftlər fasilələrlə işləyir. Qazanxana mövcüd olsa da isti su mənzillərdə yoxdur. O, hesab edir ki, dövlət qurumu tərəfindən borca görə isti suyun verilməməsi icra vərəqəsində qeyd olunan tələbin icra olunması ilə bağlı heç bir əlaqəsi yoxdur. "xxxx" MTK və onun arasında olan müqavilədə işıq sayğacların mənzillərin qarşısında qoyulması qeyd olunmasına baxmayaraq hələki bu məsələ həllini tapmayıb. Ona məxsus avtomobil üçün binanın ərazisində yani binanın altında yer ayrılmayıb və onun istifadə hüququ tanınmayıb. Ayaz Məmmədov tərəfindən çixarılan qərardaddan narazı olduğuna Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlayaraq həmin qərardadı əsassız və qanunsuz hesab edir. Binada təmizlik və təmir işləri yalnız icra qurumun nümayəndələri və ya hər hansı bir rəsmi şəxslər gələndə aparılır. Şəxs məhkəmənin qərarlarına hörmətsizliklə yanaşır və qərəzli olaraq qətnaməni icra etmir. Hazırda o, yalnız icra sənədinin tam icra edilməsində maraqlıdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 saylı icra sənədinə əsasən "xxxx" MTK-nın üzərinə tələbkar X4 ilə ünvan 2 ünvanda "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), "sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulmuş, tələbkar X3 məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna borclu "xxxx" MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır, tələbkarın avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməlidir və tanınmalıdır. Borclu "xxxx" MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar X3 ödənilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat borclu "xxxx" MTKdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası haqqında bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu "xxxx" Mənzil Tikintisi Kooperativə və Kooperativin sədri Şəxs göndərilmişdir. Təqdim edilmiş materiallar məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə icra vərəqəsinin izahı ilə bağlı çixarılmış qərardadda göstərilmişdir ki, 2(004)-98/2022 saylı xx.xx.2002-ci il tarixlı qətnaməsində olan “binanın sahəsində yerləşən açıq tipli dayanacaqdan istifadə hüququ” sözləri “binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanılması və açıq tipli dayanacaqdan istifadə hüququ” sözləri kimi başa düşülsün. 02 oktyabr 2023-cü il tarixli "xxxx" ASC tərəfindən Yasamal İcra şöbəsinə göndərilən məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK-ya məxsus binada elektrik sayğaçları Texniki Şərtin tələblərinə uyğun binanın 1-ci mərtəbəsində xüsusi panolarda quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli Fövqəladə Hallar Nazirliyi X7 Görülməsi və X9 Agentliyinın Yasamal İcra şöbəsinə göndərilən məktubda qeyd olunur ki, baxış zamanı quraşdırılmış hər üç liftin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona "xxxx"MTK-nın müdiri və təsisçisi Şəxs tərəfindən 20117 manat pulu qəbul edib.Əlavə olaraq Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş aktdan görünür ki, binanın altında olan avtomobil dayanacaqda 205 mövcüd olmuş yerlər hamısı satılıb və əksəriyyətinə atıq mülkiyyət haqqında çıxarışıar verilib. İş materiallaında olan xx.xx.2023-cü il tarixlı "xxxx"ASC-dən olan məktubdan görünür ki,Zərərçəkmiş şəxs məxsus 139 nömrəli mənzilin istilik təchizatı xidmətlərinə görə 15.70 manat borcu vardır. Beləliklə məhkəmə hesab edir ki, icra vərəqəsində qeyd olunan bəndlər Şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı borclu "xxxx" MTK-nın rəhbəri Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra vərəqəsinin icra olunmamasında Şəxs münasibəti qərəzli olamamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar